Siyasət

  • 1 069

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir - ŞƏRH

image

Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.

XXI əsrin əvvəllərindən başlayaraq, Azərbaycan sosial-siyasi-iqtisadi cəhətdən güclü inkişaf yoluna qədəm qoyur. Günü-gündən çiçəklənən Azərbaycan rəhbərliyi istər siyasi, istərsə də iqtisadi cəhətdən bir çox ölkələrlə yeni-yeni müqavilələr imzalayır, qarşılıqlı iş birliyi istiqamətində lazımi tədbirlər görür.

Təməli 90-cı illərin əvvəllərindənqoyulmuş Azərbaycan-Rusiya əlaqələri qısa zaman ərzində diplomatik tərəfdaşlıqla nəticələnir ki, bunun ardınca hər iki ölkə arasında strateji tərəfdaşlıq istiqamətində müxtəlif sazişlər imzalanır.

İki ölkə arasındakı siyasi tərəfdaşlıq dövlət başçısı İlham Əliyevin hakimiyyəti illərində daha da möhkəmlənir. Ölkə başçısının imzaladığı müxtəlif sərəncam, saziş və fərmanlar ölkəmizin Rusiya ilə əlaqələrinə də öz təsirini göstərir, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri günbəgün möhkəmlənib, daha geniş sahələri əhatə edir.

İlham Əliyev 2004-cü ildə prezident seçkilərindəndərhal sonra ilk olaraq Rusiyaya səfər edərək, hər iki ölkə arasındakı dostluq, tərəfdaşlıq münasibətlərini bir daha bütün dünyaya bəyan edir. Həmin ildən bu günə kimi Azərbaycan-Rusiyaarasında təxminən 260-a yaxın müxtəlif sahələrin inkişafını nəzərdə tutan sənədlər imzalanıb.

Rusiya və Azərbaycan arasındakı münasibətlər təkcə siyasi istiqamətdə deyil, eyni zamanda ticarət sahəsində də özünü doğruldur. İki ölkə arasında yük daşımasına olan tələbat günbəgün artır. Azərbaycan və Rusiya arasında nəqliyyatla bağlı müxtəlif layihələr imzalanıb ki, bunlardan biri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasıdır.Azərbaycan və Rusiya arasında bu istiqamətdə atılan növbəti addım isə “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər Yol xəritəsi”dir.

Bundan başqa Azərbaycan və Rusiya arasında müxtəlif şirkət və ofislər arasında bağlanmış sazişlərin də xüsusi rolu var. Hər iki ölkə arasında bu istiqamətdə müxtəlif müqavilələr imzalanmış, ölkəmizdə 1400-ə yaxın Rusiyaya aid müəssisənin fəaliyyətinə şərait yaradılmışdır. Həmin müəssisələrin bir neçəsinin maliyyə məsələləriölkəmizin üzərinə düşsə də, böyük qisminin maddi vəsaiti Rusiya tərəfindən təmin edilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Rusiya-Azərbaycan arasında ilbəil müxtəlif sazişlər imzalanır ki, bunlardan biri də 2022-ci ildə İlham Əliyevlə, Rusiya prezidenti Vladimir Putin arasında Kremldə strateji müttəfiqlik haqqında imzalanmış sazişdir. Həmin saziş iki ölkə arasındakı regional təhlükəsizliyi nəzərdə tutur. Həmin sazişin ayrı-ayrı bəndlərində iki ölkə arasındakı müxtəlif məsələlər öz əksini tapır.

2020-ci ildə II Dağlıq Qarabağ müharibəsi zamanı da Rusiya prezidenti Vladimir Putinlə ölkə başçımız İlham Əliyev arasında imzalanmış sazişlə müharibənin başa çatdığı elan edilir, Qarabağdan erməni daşnakları tamamilə çıxarılaraq, işğal edilmiş torpaqlarımız, işğaldan tam azad edilir.

Rusiyanın böyük hərbi bazara sahib olması, iki ölkə arasında hərb sahəsindəki münasibətlərə də təsir göstərərək, bu sahədə də müəyyən işlərin həyata keçirilməsi ilə nəticələnir. Azərbaycan və Rusiya arasında imzalanan müxtəlif sazişlər iki ölkə arasında, eyni zamanda regionda sülhün qorunub-saxlanılmasında mühüm rol oynayır.

Multikultural ölkə olaraq, Azərbaycanda müxtəlif millətlərə, irqlərə və dinlərə məxsus insanlar yaşayıb, fəaliyyət göstərirlər. Cənab prezident bütün bu məsələləri nəzərə alaraq Azərbaycan-Rusiya arasında regionlarası forumların da təşkilinə xüsusi qayğı və diqqət göstərir. Prezident öz çıxışlarında həmin forumlara diqqəti yönəldərək, hər iki ölkə arasındakı mühüm rolundan bəhs etmişdir.

Azərbaycan və Rusiya arasındakı münasibətlər təkcə siyasi-iqtisadi istiqamətdə deyil, eyni zamanda humanitar sahədə də özünü göstərir. İki ölkə arasındatəhsil məsələsi də daima diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycanda istər ali, istərsə də orta məktəblərdə Rus dilində təhsilə xüsusi önəm verilir. Bundan başqa azərbaycanlı şagird və tələbələrin də Rusiyada təhsil almasına geniş şərait yaradılır.

PƏRVANƏ TALIBOVA

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində

İncəsənət Gimnaziyasının müəllimi

Digər xəbərlər