Müxalifət

  • 9 758

İstefalar AXCP-ni bitirəcək

image

Mais Səfərli: "AXCP və Müsavat kimi partiyalar xarici fondlardan, ayrı-ayrı maraqlı dairələrdən, demək olar ki, hər ay külli miqdarda maliyyə yardımları alırlar"

Məlum olduğu kimi, dağıdıcı müxalifət düşərgəsində təmsil olunan siyasi partiyaların əksəriyyəti maliyyə hesabatı verməkdən imtina edirlər. Hesabat verənlər isə, sadəcə, əməliyyat aparılmadığını qeyd edirlər. Təbii ki, bu, qanunsuzluqdur. Bilərəkdən "Siyasi partiyalar haqqında" qanunun tələblərini pozmaq deməkdir. Çünki heç kəsə sirr deyil ki, AXCP və Müsavat kimi partiyalar xarici fondlardan, ayrı-ayrı maraqlı dairələrdən, demək olar ki, hər ay külli miqdarda maliyyə yardımları alırlar. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, partiyalar hakimiyyətə gəlməyə iddialı olan siyasi təşkilatlar olduqlarından, fəalliyyətləri də şəffaf olmalıdır: "O cümlədən də, maliyyə şəffaflığı onların fəaliyyətində olmalıdır. Yəni bütün partiyalar kimi, müxalifət düşərgəsini təmsil edən partiyalar da, maliyyə hesabı verməlidirlər. Deməli, o qanunu yerinə yetirməyənlər özlərini qanundankənar elan edirlər. Müxalifətçilər özünü nə hesab edirlər: dağlara çəkilmiş partizanlarmı? Bir sözlə, maliyyə hesabatı verməkdən imtina edən həmin partiyalar böyük qanun pozuntusuna yol verirlər. Çünki "Siyasi partiyalar haqqında" göstərildiyi kimi, fəaliyyətlərini şəffaf qurmalıdırlar və qanunda nəzərdə tutulduğu kimi, maliyyə hesabatı verməlidirlər". "AXCP və Müsavat kimi partiyaların xaricdən maliyyə yardımları aldıqları faktlarla sübuta yetirilir. Amma maraqlıdır ki, onlar maliyyə hesabatı verəndə, hesabatlarına sıfır yazırlar. Bununla bağlı nə deyə bilərsiniz" sualına cavab olaraq, M.Səfərli bildirdi ki, əgər doğurdan da, müxalifət partiyaları maliyyə hesabatı verəndə, hesabatlarında sıfır göstərirlərsə, əslində, gerçəklikdə bunların maliyyələri varsa, onda hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı çox ciddi şəkildə məşğul olmalıdırlar ki, qanun pozuntusu baş verməsin: "Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən şəxslərin xaricdən maliyyə yardımları almaları heç də onlara başucalığı gətirməyəcəkdir. Onsuz da müxalif qüvvələrin xalqın və cəmiyyətin gözündə nə isə bir dəyərləri yoxdur. Onların xaricdən maliyyə yardımları almaları vəziyyətlərini daha da ağırlaşdırır". M. Səfərli onu da bildirdi ki, müxalifət düşərgəsini təmsil edən liderlərin hər hansı bir məsələ ilə bağlı bir araya gəlmələri qeyri-mümkündür: "Çünki onların arasında uzun, illərdir ki, davam edən bir çox ciddi ziddiyyətlər var. Müxalifət partiya sədrləri arasında olan bu ziddiyyətlər, hətta böyük dava-dalaşlara səbəb olub. İstefalar və qopmalar da bu ziddiyyətlərdən yaranır. Hazırkı, məqamda, daha cox Müsavat və AXCP-də istefaların baş verməsi bu partiyaları məhv edəcək. Müxalifət təmsilçiləri arasında münasibətlər səməmi olmadığına görə, hər zaman müəyyən siyasi etikadankənar davranışlara yol verilir. Ona görə də, müxalifət heç vaxt bir araya gələ bilməyəcək. Əksinə, müxalifət liderlərinin səhv siyasətlərinin nəticəsi olaraq, partiyalardan istefalar və qopmalar baş verəcək. Bu baxımdan, bu günlər verilən populist və məntiqsiz bəyanatlar gündəmdə qalmaq üçün verilən boş bəyanatlardan başqa bir şey deyil".

GÜLYANƏ

Digər xəbərlər