YAP Gədəbəy rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib.

Tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın memarı, YAP-ın yaradıcısı Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Rayon mədəniyyət evində davam edən tədbirdə YAP-ın 25 illik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin rəhbərlik etdiyi partiyamız müasir Azərbaycanın inkişafında müstəsna rol oynayır.
Tədbirdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyəti başçısı Ramiz Yediyarov bildirib ki, YAP ötən 25 il ərzində mühüm bir inkişaf yolu keçib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasında nail olduğu siyasi birlik modeli Azərbaycan xalqı üçün də bir nümunəyə çevrildi. Məhz Yeni Azərbaycan Partiyası milli birliyin yaranmasında böyük rola malik oldu.
Tədbirdə həmçinin YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət Əliyeva, veteran partiya üzvü Baxış Nağıyev və digərləri də çıxış ediblər.
Tədbir bədii hissə ilə davam edib.

yap.rg.az