PDF Oxu

Siyasət

  • 2 256

Azərbaycanın qlobal problemlərin həllinə strateji yanaşması - ŞƏRH

Azərbaycanın qlobal problemlərin həllinə strateji yanaşması - ŞƏRH

Prezident İlham Əliyevin Almaniyaya səfərinin əsas məqsədi “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak olsa da, yalnız bu mühüm tədbirlə məhdudlaşmadı. Məlum olduğu kimi, Petersberq İqlim Dialoqu 2010-cu ildən bəri beynəlxalq iqlim danışıqlarının tərkib hissəsi hesab olunur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının uğurlu işinin əsas istiqamətlərini müəyyən etmək üçün hər il seçilmiş ölkələrin yüksək səviyyəli nümayəndələri Almaniyaya gəlirlər. Builki tədbirdə Azərbaycan Prezidenti COP29-un təşkili ilə bağlı çıxış etdi və ölkənin sessiyaya hazırlığının yüksək səviyyədə davam etdiyini vurğuladı. Dövlətimizin başçısı lakonik çıxışında həm sessiyanın yüksək səviyyədə təşkil olunacağı, həm də Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verilməsini nəzərdə tutan konkret tədbirlər barədə iştirakçılara məlumat verdi. Bu çıxış, Almaniyada keçirilən digər tədbirlər, o cümlədən Almaniya Kansleri, Prezidenti və xarici işlər naziri, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə keçirilən görüşlərdə COP29 üçün mühüm addımlar oldu.

Petersberq İqlim Dialoqunun Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq üzrə əsas mərhələlərdən biri olmasını nəzərə alsaq, Azərbaycanın bu mərhələni uğurla keçdiyini qeyd edə bilərik. Dövlətimizin başçısı Almaniyada olarkən həm Petersberq İqlim Dialoqunın Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı, həm digər görüşlərdə, Almaniya Federal Kansleri Olaf Şoltsla keçirdiyi birgə mətbuat konfransında COP29-la bağlı anti-Azərbaycan qüvvələrin, mərkəzlərin və bəzi dövlətlərin apardıqları kampaniyanı alt-üst etdi. Azərbaycan Prezidenti verilən ən sərt sualları yüksək diplomatik üsulla, səbirlə, təcrübəli dövlət rəhbəri kimi təmkin və ciddi arqumentlərlə cavablandırdı. Bununla da Prezident İlham Əliyev anti-Azərbaycan qüvvələrin aylarla davam edən qərəzli kampaniyasına ciddi zərbə vurdu.

Həmçinin Almaniya ilə münasibətlərdə Azərbaycan tərəfindən asılı olmayan səbəblərdən yaranmış gərginliyin aradan qalxması, Avropanın ən böyük iqtisadiyyatına malik ölkə ilə əməkdaşlığın genişlənməsi baxımından da səfəri çox uğurlu hesab etmək olar. Prezident İlham Əliyevin belə bir fikri Azərbaycana qarşı hələ də bədxah münasibəti davam etdirən dövlətlərə xəbərdarlıqdır ki, heç vaxt işğalla barışmayan Azərbaycan xalqı və dövləti beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq ərazi bütövlüyünü hərbi-siyasi yollarla təmin edib. Həmin dövlətlər düşmənçilik siyasətlərindən əl çəkməli və Cənubi Qafqazı qarışdırımağa çalışmamalıdırlar. Azərbaycan və Almaniya iqlim dəyişikliklərinin ağır nəticələrinin aradan qaldırılmasına töhfələrini verməyə hazırdırlar və bu sahədə əməkdaşlığın böyük potensialı var. Ən vacib məsələlərdən biri odur ki, Almaniya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynadığını qəbul edir və buna əməkdaşlığın maddi təməllərindən biri kimi baxır. Azərbaycanın panavropa qaz təchizatçısı kimi qiymətləndirilməsi o deməkdir ki, ölkəmiz Avropa üçün vacib olduğundan əməkdaşlıq etməkdə maraqlıdır.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutuüzrə Ərazi partiya təşkilatının sədri

Digər xəbərlər