Siyasət

  • 3 051

YAP Qəbələ rayon təşkilatı “Hərəyə bir ağac əkək” aksiyasına start verdi

image

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubleyi ilə əlaqədar Qəbələdə “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində keçirilən aksiyaya start verildi.

Aksiyada YAP Qəbələ rayon təşkilatının fəalları yaxından iştirak edərək aksiyanın birinci mərhələsində ağac əkmişlər.
Aksiyada Qəbələ-Bakı maqistiral avtomobil yolunun kənarına və Zərifə Əliyeva küçəsinə, şəhərin parklarına 3363 ədəd bəzək bitkiləri, o cümlədən Görüc, Ağcaqayın, Katalpa ağacları əkilmişdir.
Ağacəkmə aksiyası gələn ilin mart ayınadək davam edəcəkdir.

yap.org.az

Digər xəbərlər