Siyasət

  • 6 635

“Azərbaycanın beynəlxalq təşəbbüsü ələ alır“

image

“ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı fikirləri qərəzli yanaşma tərzidir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Azərbaycanda növbəti mühüm görüşün keçiriləcəyini deyən siyasi şərhçinin sözlərinə görə, artıq üçüncü dəfədir ki, ayrı-ayrı güclərin hərbi rəhbərləri ölkəmizdə toplaşacaq: “Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin, eləcə də mühüm görüşlər üçün məkan kimi seçilməsinin xüsusi əhəmiyyəti var. Bu, ilk növbədə ölkəmizin təhlükəsizliyindən, digər tərəfdən də Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir”.E. Mirzəbəyli qeyd edib ki, ölkəmizin beynəlxalq nüfuzunun artmasından narahat olan bəzi dairələr Azərbaycan haqqında formalaşan bu rəyi dəyişdirməyə cəhd edərək yalan məlumatlar yayıb, Azərbaycanın təhlükəsiz ölkə olmadığını vurğulamağa çalışırlar: “Görünür Azərbaycanın bir sıra sahələrdə beynəlxalq təşəbbüsü ələ alması bəzi ölkələri narahat edir. Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışan ölkələr ölkəmizin bu təşəbbüslərini özlərinə yaxın ərazilərdə gerçəkləşdirmək istəyirlər”.Xatırladaq ki, ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan amerikalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

sia.az

Digər xəbərlər