Siyasət

  • 3 935

Tərtərlilər Heydər Əliyev siyasətinin davamına səs verəcəklər

image

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçki-təşviqat kampaniyası çərçivəsində martın 22-də Tərtər rayonunun Kəbirli-Bayandur kəndlərində 375 nəfər seçicinin iştirakı ilə görüş keçirilib.Seçki-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbiri YAP rayon təşkilatının sədri Ramiz Şabanov açaraq Yeni Azərbaycan Partiyasının namizədi, Prezident Əliyevin 2003-2018-ci illərdə ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolu keçdiyindən, bu gün Vətənimizin dünayda sayılıb-seçilən ölkələrlə bir sırada qərarlaşmasından, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan qətiyyətli addımlardan, ölkənin siyasi, iqtisadi, mədəni və sosial sahələrində aparılan islahatlardan danışıb.R.Şabanov çıxışında bir daha vurğulayıb ki, hal-hazırda dünyanın ölkə başçıları arasında az-az şəxslər var ki, onlar eyni zamanda, liderlik səviyyəsinə yüksəliblər. “Azərbaycan xalqı fəxr edir ki, onun prezidenti, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev gənc yaşından liderlik nüfuzunu və adını qazanıb”-deyə vurğulayan R.Şabanov həmçinin bildirib ki, məhz Prezidentin fəaliyyəti nəticəsində ölkəmiz hər tərəfli inkişaf edərək bu gün rəqabətdavamlılıq dərəcəsinə görə dünya ölkələri arasında 35-ci yerdə qərarlaşıb: “Bütün bunlar İlham Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. Azərbaycan dünyada sabitlik adasının mövcud olduğu diyara çevrilib. R.Şabanov əmin olduğunu bildirdi ki, seçicilərimiz bu ilki Prezident seçkilərində də haqqa, ədalətə, inkişafa, YAP-ın namizədi hörmətli İlham Heydər oğlu Əliyevə səs verəcəklər”.Seçki-təşviqat kampaniyası ilə əlaqədar keçirilən tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahveridyev, Kəbirli kənd sakinləri, Raqub Məmmədov, Aybəniz Məmmədova, Bayandur kənd sakinləri, Rafiq Səfərov, Zakir Bayramov və Ziyəddin Məmmədov çıxış edərək, əminliklə qeyd ediblər ki, Tərtər rayonunun sakinləri Ulu Öndər Heydər Əliyev siyasətinin davamına – Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklər.

sia.az

Digər xəbərlər