Siyasət

  • 4 252

Siyasi şərhçi: "Paşinyanın radikal çıxışları daxili ictimai rəyə hesablanıb"

image

“Tipik erməni "dığa"sı Paşinyanın Qarabağ mövzusunda radikal çıxışları daxili ictimai rəyə hesablanıb. O, Qarabağ klanına qarşı etiraz dalğası üzərində baş nazir postuna sahiblənib. Amma bu klan Ermənistanda hələ də söz sahibidir, ciddi maliyyə resurslarına malikdir”. SİA-nın verdiyi məlumata görə, bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, klanı parçalamadan, Qarabağ ermənilərinin dəstəyini almadan, ən azı neytrallığını təmin etmədən Paşinyan və qrupu üçün qısamüddətli hakimiyyət dönəmində və seçkilərdə nəticə əldə etmək mümkün olmayacaq: “Bu baxımdan da Qarabağ məsələsində özünü Sarkisyandan daha radikal göstərir. Dağlıq Qarabağın ayrıca subyekt kimi danışıqlar prosesinə cəlb edilməsi barədə bəyanatların da əsasında bu amil dayanır. Çünki Qarabağ klanının təmsilçiləri – Köçəryan və Sarkisyan bunu bacarmayıblar. Paşinyan da onların bacarmadıqları müstəvidən çıxış edərək dividend qazanmağa cəhd göstərir. Ola bilsin ki, kimlərsə məsələyə məhz bu kontekstdən yanaşa bilmirlər. Bu normal və anlaşılandır. Amma Paşinyanın xalqımıza və dövlətimizə qarşı səsləndirdiyi aşağılayıcı fikirlərdən yararlanaraq kampaniya aparanları, bu erməni "dığa"sının sərsəm açıqlamalarını tirajlayanları, təbliğ edənləri anlamaq mümkün deyil.Əgər siz özünüzü Azərbaycan xalqının nümayəndəsi sayırsınızsa və yenə də Paşinyanın aşağılayıcı fikirlərinin təbliğinə davam edirsinizsə, o zaman belə anlaşılır ki, aşağılanmaqdan, təhqir olunmaqdan xoşunuz gəlir. Bunun adı isə mazaxizmdir. Yox əgər özünüzü Azərbaycan xalqının təmsilçisi hesab etmirsinizsə, o zaman erməni olduğunuzu etiraf edin, biz də Azərbaycanın işğal altında olmayan ərazilərində yaşayan ermənilərlə bağlı rəqəmlərdə dəqiqləşdirmə aparaq”.

sia.az

Digər xəbərlər