Mahir Abbaszadə: Laçınlılar Prezidenimizin qətiyyətli siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlarına inanırlar

«Laçın rayonun Ermənistan tərəfindən işğal edilməsindən 26 il ötür. Bu hadisə Ermənistanda hərbi təcavüzkarlığın dövlət siyasəti olduğunu bir daha təsdiqlədi». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.M.Abbaszadə bildirib ki, işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. Onun sözlərinə görə, beynəlxalq təşkilatların qərarlarına rəğmən işğal hələ də davam edir, beynəlxalq hüquq normaları kobudcasına pozulur. ATƏT-in Minsk qrupunun vasitəçiliyi isə hələ də heç bir nəticə verməyib.«Xalqımızın səbri tükənməz deyil. Bu gün Azərbaycanın güclü ordusu var. Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əgər sülh danışıqları nəticə verməsə, ordumuzun gücünə bütün işğal altında olan torpaqlarımız azad ediləcək. Hazırda Laçın rayonunun 74 min nəfərdən çox sakini 26 ildir ki, respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşayır. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik qəsəbələr salınıb. Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Laçınlılar Prezidenimizin qətiyyətli siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlarına inanırlar»-deyə, M.Abbaszadə vurğulayıb.

yap.org.az