Siyasət

  • 4 045

Qabil Hüseynli: “Paşinyanın boşboğazlığı özünə qalacaq” ÖZƏL-MÖVQE

image

“Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar sərsəmlikdir və heç bir reallığı əks etdirmir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır: “Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab etməsi absurddur. Azərbaycan öz ərazisindən imtina edən deyil. Hələki sülh danışıqları gedir. Tezliklə ərazilərimiz işğaldan azad olunacaq və Paşinyanın boşboğazlığı özünə qalacaq”.Qeyd edək ki, rəsmi Bakı Paşinyanın Qarabağa dair populist və avantürist açıqlamalarına əsasən reaksiya vermir və Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətlərin yolu ilə getməyəcəyinə ümid edir. Lakin belə görünür ki, erməni inqilabının liderinin Qarabağ məsələsində nəinki hansısa konstruktivlik nümayiş etdirmək niyyəti yoxdur, eləcə də o ümumiyyətlə danışıqlar aparmaqda maraqlı deyil.

sia.az

Digər xəbərlər