Siyasət

  • 4 004

“Prezidentin səfərləri balanslı və çoxistiqamətli xarakter daşıyır”

image

“Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini, onun yüksək beynəlxalq nüfuza malik ölkə olduğunu, dünyada Azərbaycana hörmətlə yanaşıldığını, rəyi ilə hesablaşıldığını əyani şəkildə təsdiq edir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.XİN sözçüsünün sözlərinə görə, Prezidentin bütün səfərləri balanslı və çoxistiqamətli xarakter daşıyır və Azərbaycan Respublikasının milli maraqlarına, ölkə vətəndaşlarının mənafeyinə xidmət edir: “Son iki ay ərzində dövlət başçısının həyata keçirdiyi intensiv səfərlərə, xarici ölkə rəhbərlərinin ölkəmizə olan səfərlərinə, görüşlərə baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu və çoxistiqamətli xarici siyasətinin bir daha mənzərəsini görmüş olaq. Əlbəttə ki, bütün bu qəbildən olan effektiv və fəal diplomatik addımların həyata keçirilməsi ilk növbədə dövlət başçımızın özünün liderlik keyfiyyətləri və şəxsi xüsusiyyətləri ilə əlaqədardır. Həmçinin də bu əsnada Azərbaycan Respublikasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir ki, ölkəmiz beynəlxalq münasibətlərdə etibarlı və layiqli tərəfdaş dövlət kimi qəbul olunur. Bizlə tərəfdaşlıq etmək istəyən ölkələrin də sayı gündən-günə artır”.

sia.az

Digər xəbərlər