Siyasət

  • 2 701

"Ermənistan bundan düzgün nəticə çıxarmalıdır" AÇIQLAMA-ÖZƏL

image

“Prezident İlham Əliyevin ötən gün keçirilən müşavirədə Azərbaycanın ərazi bütövlüyü, eləcə də Ermənistan rəhbərliyini konstruktiv mövqeyə səsləyəcək fikirləri Ermənistana və onun rəhbərliyinə verilən şansdır. Ermənistan bütün baş verənlərə baxmayaraq Azərbaycanın hələ də danışıqlar prosesinə sadiq qalmasını düzgün dəyərləndirməli və nəticə çıxarmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.E.Mirzəbəyli bildirib ki, əslində sağlam düşüncəsi olan hər bir kəs Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri təhlil edib, nəticə çıxara bilər: “Çünki, 9 ay müddətində Azərbaycanın əldə etdiyi nəticələr Ermənistanın 10 illər ərzində əldə etdiyi və edə biləcəyi nəticələrdən dəfələrlə üstündür. Bu inkişaf dinamikası tempi, ölkənin silahlı qüvvələrinin gündən-günə güclənməsi, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artması, mövqelərinin möhkəmlənməsi, eyni zamanda hərbi əməkdaşlıq müstəvisində ölkəmiz üçün geniş perspektivlər açıldığı, ölkəmizin müdafiə sənayesinin çox ciddi şəkildə inkişaf etdiyi nəzərə alınarsa, tamamilə doğru nəticə çıxarıla bilər”.Siyasi şərhçi söyləyib ki, bu işğalçılıq siyasətinin sonu yoxdur: “Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyib, Dağlıq Qarabağ üzərindən ölkəmizin suveren hüquqlarını tanımayıb, o zaman qədər bu ölkədə nə sabitlik olacaq, nə vətəndaş cəmiyyəti qurulacaq, nə də faktiki olaraq Ermənistan bir dövlət kimi formalaşmayacaq. Bu aspektdən Azərbaycan Prezidentinin cari ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər birmənalı şəkildə Ermənistan cəmiyyətinə, indiki və gələcək rəhbərliyinə verilən mesaj, son şansdır. Əgər Azərbaycanın bugünkü potensialı, burada söhbət tək hərbi potensialdan getmir, bütövlükdə iqtisadi potensialı, beynəlxalq əlaqələri işə düşərsə, bunun qarşısında Ermənistan qısa müddət ərzində davam gətirə bilməyəcək. Bu baxımdan ölkə başçısının mesajı regionda sülhün, əmin-amanlığın dayanıqlı olması, regionda olan bütün xalqların, ölkələrin inkişaf etməsi, sabit inkişaf yoluna qədəm qoyması üçün verilən önəmli mesajdır”.

sia.az

Digər xəbərlər