Siyasət

  • 3 668

"Azərbaycan sərmayə yatırımı üçün açıq bir ölkədir" ÖZƏL-ŞƏRH

image

“Davos İqtisadi Forumunda cənab Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə biz işgüzar görüşlərin şahidi olduq. Ölkə başçısı orada dünyanın aparıcı şirkətlərin rəhbərləri ilə eyni zamanda bir çox ölkələrin hökumət və dövlət nümayəndələri ilə görüşlər keçirdi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, Azərbaycan sərmayə yatırımı üçün açıq bir ölkədir: "Azərbaycan həmişə bu çağırışlarla çıxış edib. Düşünürəm ki, cənab Prezident İlham Əliyevin Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyasında çıxışı zamanı “Azərbaycan sərmayələrə açıqdır, biz şirkətləri podratçı olmağa dəvət edirik” çağırışı da önəmli faktorlardan biridir. Azərbaycanın münbit şəraiti, ölkəmizin geostrateji əhəmiyyətli bir ərazi olması ölkəmizə sərmayə yatırımı baxımından kifayət qədər əlverişlidir. Ona görə də dünyanın aparıcı iqtisadiyyatla məşğul olan şirkətlərinin Azərbaycana gəlməsi və burada fəaliyyət göstərməsi indiyədə qədər olan dövr ərzində kifayət qədər uğurlu olub. Bu tək Azərbaycan iqtisadiyyatı üçün deyil, eyni zamanda qarşılıqlı iqtisadi əlaqələrin qurulmasında önəm kəsb edən hadisələrdəndir. Həmçinin bu həmin şirkətlərin özləri üçün kifayət qədər əhəmiyyətli bir layihələrdir. Ona görə də ölkə başçısı tərəfindən vurğulanan məsələlər Azərbaycanı bundan sonra da dünyanın aparıcı şirkətləri ilə qarşılıqlı əməkdaşlıq etməyə əlavə stimul yaradır. Azərbaycan iqtisadiyyatının günü-gündən davamlı və sürətli şəkildə inkişafı əlaqələrimizi daha da genişləndirir”.

sia.az.

Digər xəbərlər