Siyasət

  • 3 626

"Ölkəmizin sosial iqtisadi inkişafı hər bir vətəndaşa əsaslı surətdə müsbət təsirini göstərəcək" AÇIQLAMA-ÖZƏL

image

“Prezident İlham Əliyevin Real Tv-yə müsahibəsi ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsində əldə olunmuş naliyyətlərin təhlili kimi qiymətləndirilir ”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.2019-cu ilə inqilabi islahatlarla start verildiyini deyən deputat söyləyib ki, Dövlət başçısının söylədiyi kimi bu islahatların əsası 1993-cü ildən Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün də sürətlə inkişaf etdirilərək ölkə iqtisadiyyatının inkişafına nail olunub: “Ulu Öndər tərəfindən həyata keçirilən siyasi islahatlar nəticəsində ölkəmiz dünya siyasətinə inteqrasiya edib və inkişaf etmiş ölkələrin daxil olduğu birliklərə üzv olub. Ölkəmiz aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində idxalçı ölkədən ixrac edən ölkəyə çevrildi. Bütün bunlara dövlət - vətəndaş sağlam münasibətlərin nəticəsidir. Azərbaycan əhalisinin intellektual səviyyəsinin artması bu münasibətlərin daha da inkişafına səbəb olur. Ölkəmiz enerji təhlükəsizliyi siyasətini həyata keçirərək elektrik enerjisi alan ölkədən ixrac edən ölkəyə çevrilib. Ölkə 95% təbii qazla təmin olunub, içməli su ilə təminat 70% -ə çatdırılıb”.E. Səlimov vurğulayıb ki, Azərbaycan Prezidenti müsahibədə ölkəmizdə həyata keçirilən islahatlara toxunaraq, bu islahatların 2019-cu ildə də davam edəcəyini qeyd etdi: “Dövlət başçısının söylədiyi kimi 2018-ci il Azərbaycan üçün uğurlu illərdən biri oldu, regionların üçüncü sosial-iqtisadi inkişafı Proqramı uğurla başa çatdı və ölkəmiz sürətli iqtisadi inkişafa nail oldu. Şəhid ailələrinə məcburi köçkün və qaçqın ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsində onlar mənzil və avtomobil ilə təmin olunur. Şəhid ailələri birdəfəlik 11 min manat yardımla təmin olunurlar. Şamaxıda baş vermiş zəlzələdən zərər çəkmiş vətəndaşlarla Cənab Prezidentin görüşü xalqımız tərəfindən yüksək qiymətləndirilərək Prezident xalq münasibətlərinin yüksək səviyyədə olmasını bildirir”.Deputat qeyd edib ki, 2019-cu il regionların dördüncü sosial-iqtisadi inkişafı Proqramını ilk ili olaraq ölkəmizin davamlı inkişafını elə indidən görürük: “İqtisadiyyatda yeni bir mərhələ başlayıb. Cənab Prezidentin sərəncamı ilə minimum əməkhaqqının 180 manata çatdırılması, təqaüdlərin artırılması ilə bağlı göstərişin verilməsi və digər sosial yönümlü sərəncam və tapşırıqlar ölkə əhalisinin rifahına bilavasitə təsir göstərən amillərdən biridir. Dördüncü Proqram həyata keçirilərkən ölkəmizin sosial iqtisadi inkişafı hər bir vətəndaşa əsaslı sürətdə müsbət təsirini göstərəcək.Aparılan islahatlar həmişə olduğu kimi ölkəmizin inkişafına, daha da qüdrətlənməsinə, inkişaf etmiş ölkələr sırasına daxil olmasına xidmət edəcək”.Ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirlərin nəticəsində ölkəmizə turist axınının sayının artdığını və turizmin inkişafına böyük təkan verdiyini dilə gətirən E. Səlimov qeyd edib ki, ölkəmizdə həyata keçirilən xarici siyasət milli maraqlarımız qorunmaqla həyata keçirilir: “Azərbaycanda düngün siyasətin nəticəsində sabitlik məkanına çevrilib. Aparılan sosial iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edərək regionun ən güclü ölkələrinin birinə çevrilib. Biz buna inanırıq, çünki həyata keçirilən islahatların başında Möhtərəm Prezidentimiz durur.Ölkə rəhbəri tərəfindən uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanın uğurlu gələcəyi gözlənilir. Yaxın zamanlarda hər bir Azərbaycan vətəndaşı bunu yaxından hiss edəcək”.

sia.az

Digər xəbərlər