Siyasət

  • 1 068

Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar konsert keçirilib

image

Ağdam Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar konsert proqramı təşkil edilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, ruhuna ehtiram ifadə ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid ailəsi üzvlərinin, qazilərin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin, ziyalıların, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, partiya fəalı Mətanət Misirxanova və digər natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyevin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olmasından, Ulu Öndərin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımların Onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər olmasından, bu gün Ümummilli Liderin ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində uğurla inkişaf etdirilməsindən bəhs ediblər.
Tədbirin gedişində Bakı Kamera Orkestrinin müşayiəti ilə Respublikanın xalq artistləri Nəzakət Teymurovanın, Aygün Bayramovanın, əməkdar artistlər Fehruz Səxavətin, Səbuhi İbayevin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim ediblər.

Digər xəbərlər