Siyasət

  • 5 362

YAP İmişli rayon təşkilatında “Nəsimi ili”nə həsr olunmuş şer müsabiqəsi keçirildi

image

YAP İmişli rayon təşkilatı Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin650 illiyi münasibətilə rayon ümumutəhsil məktəbliləri arasında şer müsabiqəsi keçirmişdir.

Tədbiri giriş sözü ilə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “ Nəsimi ili ” elan edilmişdir. Bu şairə verilən dəyərin, hörmət və ehtiramın, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına verilən böyük diqqətin nəticəsidir.
Tədbirdə iştirak edən rayon təhsil şöbəsinin müdiri Ələmdar Quliyev və digər natiqlər də çıxışlarında İmadəddin Nəsiminin öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm etdirdiyini, böyük Nizaminin Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları davam və inkişaf etdirərək öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədakar bir sənətkar olduğunu qeyd etmişlər.
Sonda müsabiqə iştirakçılarının qalibləri fəxri fərmanla təqdim olundu və qiymətli hədiyyələrlə mükafatlandırildılar.

yap.org.az

Digər xəbərlər