“Arif Hacılının təşəbbüsü başlanğıcından yalnış təşəbbüsdür” RƏY-ÖZƏL

"Müsavat başqanı Arif Hacılının fikri ilə tanışam o bütün müxalif qüvvələri vaxtı ilə bir-birinə qarşı kifayət qədər ciddi ittihamlar irəli sürmüş qüvvələri bir araya toplamaq barədə təklif irəli sürüb". Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.Onun sözlərinə görə, özünün fezbuk səyifəsində yazdığı kimi 8 siyasətçiyə ismarıc göndərib: "Onlardan 5-i müsbət cavab verib, 3 isə hələ ki cavab verməyib. Yəni bu sırada Əli İnsanov, Əli Kərimli, Cəmil Həsənli və digərləri də var. Ümumiyyətlə, Müsavat başqanı Arif Hacılının təşəbbüsü başlanğıcından yalnış təşəbbüsdür. Çünki ən yaxın keçmişdə bura dəvət olunan siyasətçilərin əksəriyyəti bir-birinə qarşı ciddi ittihamlarla çıxış ediblər. İnanmıram ki, uzun illərdi bu qədər bir-birinə qarşı ciddi radikal münasibətdə olan siyasi qüvvələrin rəhbərləri bir masa arxasında əyləşib normal bir birlik yarada bilsinlər. Çünki burada iştirak edəcək qüvvələrin böyük əksəriyyəti eyni düşərgənin adamları deyillər. Yəni bunların böyük bir hissəsi zaman-zaman törətdikləri cinayətlərə görə, hakimiyyətdən uzaqlaşdırılmış, məhbəs həyatı keçirmiş insanlardırlar. Bir sözlə, adları çəkilən insanların bir araya gələrək nə isə bir birlik yaratması böyük bir şübhə doğurur. Belə bir yaranması mümkün deyil".

sia.az