Sosial

  • 4 497

“Elm tədqiqatdan başlayır” layihəsinə aid təlim keçirilib

image

Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət mühəndisliyi fakültəsi “Beynəlxalq münasibətlər” kafedrasının təşkilatçılığı ilə “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələr, magistr və doktorantlar üçün “Elm tədqiqatdan başlayır” layihəsi çərçivəsində təlim keçirilib.SİA-nın məlumatına görə, təlimin təşkilatçısı kafedra müdiri Kənan Allahverdiyev və təlimin moderatoru isə kafedranın müəllimi Ayşəm Balayeva idi.Təlimlərin keçirilməsində məqsəd elm sahəsində mövcud kadr potensialını, o cümlədən elmi tədqiqat problemləri ilə məşğul olan gənc mütəxəssislərin, eləcə də elmdə peşəkar idarəçilik funksiyalarını həyata keçirməyə qadir olan kadrların hazırlığını təmin etməklə, elmi potensialı ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəltməkdir.Təlimlər zamanı gənclərə düzgün elmi tədqiqatın aparılması, tədqiqat nəticələrinin təhlili ilə bağlı məlumatlar verilib, xüsusi analiz proqramı olan SPSS proqramında bazanın yaradılması, məlumatların daxil edilməsi və təhlili ilə bağlı biliklər verilib, tələbələrə, magistr və doktorantlara proqramda işləmə texnikası öyrədilib.

sia.az

Digər xəbərlər