Sosial

  • 6 422

"Müasir texnologiyalara əsaslanan təhsil sistemi yaradılmalıdır" MÖVQE

image

"Azərbaycanda sosial-iqtisadi sahələrdə modernləşmə, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yerli standartların beynəlxalq səviyyəyə yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu baxımdan, ölkənin inkişafı naminə elm və təhsildə müasir texnologiyaların tətbiqi müstəsna önəm daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva deyib.Deputatın sözlərinə görə, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və fərdi xüsusiyyətləri nəzərə alan müasir, fəal-interaktiv metodlar, yanaşmalar istənilən sahədə daha yüksək nəticələr verir: "Həmçinin həmin məqsədlə davamlı olaraq mütərəqqi tədris metodlarının və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır".S.Əliyeva qeyd edib ki, müasir, innovativ tədris metodlarından, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş sistemin səmərəli fəaliyyətini şərtləndirən əsas amillərdir: "İnnovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli təhsil kadrlarının hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də bu baxımdan mühüm önəm kəsb edir. Beləliklə, təhsilin inkişafı, yeniləşməsi, onun daha aydın hədəflərinin müəyyənləşməsi və bu hədəflərə çatmaq istiqamətində səylər göstərilməsi bütövlükdə Azərbaycanın inkişafının təməllərini təşkil edir".Ölkəmizin dinamik inkişafının əsasında duran fundamental amillərdən biri intellektual resursların səfərbər olunması, elm və təhsilin tərəqqisinin institusional əsaslara söykənməsidir. Görülən işlər isə Azərbaycanda təhsilin bütün pillə və səviyyələrində inkişaf dinamikasının əldə olunmasında mühüm rol oynayır" - deyə, deputat əlavə edib.

sia.az

Digər xəbərlər