İyirmi min insan yağışdan zəhərlənib

İranda aramsız yağışlar insanların kütləvi zəhərlənməsinə səbəb olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Xuzestan vilayətində iyirmi minə yaxın insan "boğulma" diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların bir qismi ilkin tibbi yardımdan sonra xəstəxanaları tərk edib. Fəlakət zonasına əlavə xilasedici və səhiyyə qüvvələri cəlb olunub.Ölkənin rəsmi strukturlarının yaydığı məlumatda atmosferin çirkli olması nəticəsində yağan yağışlar havanı kəskin ağırlaşdırdığı deyilir.Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində sel və daşqınlar nəticəsində 18 şəhərə və 3 adaya ciddi ziyan dəyib.

sia.az