Analitika

  • 5 799

Ağdam-Xankəndi qaz xətti – seçim Qarabağ ermənilərinindir ANALİTİK

image

Əgər Azərbaycan qazından istifadə etmək istəyirsənsə tələb edilən qanunlara tabe ol, ya da köç Ermənistana və orada qazpromun, yaxud İranın qazı ilə canını qızdır

Məlum olduğu kimi, Azərbaycan rəsmi şəkildə bəyan edib ki, SOCAR şirkəti 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəməri çəkəcək, eləcə də qaztənzimləyici qurğu məntəqələri quracaq. Belə ki, bu məqsəd Prezident İlham Əliyevin imzası ilə “İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış birinci dövlət proqramı” çərçivəsində də öz təsdiqini tapıb.Beləliklə, bu gün hələ də qondarma “dqr” adı altında, eləcə də Rusiya sülhmərsamlıları kontingentnin (RSK) açıq-aşkar himayəsi sayəsində günaşırı həyasız bəyanatlar səsləndirən, separatçı-quldur rejimi hansı reallığı qəbul etməlidirlər? Yaxud rəsmi Bakının bu qərarı hansı anlamı daşıyır?
Azərbaycana məxsus qaz kəmərinin işə düşməsi İrandan qanunsuz yol ilə daxil olan, habelə qazprom tərəfindən verilən mavi yanacağın qarşısını kəsəcək
İlk olaraq qeyd edə bilərik ki, artıq 2025-ci ilin sonuna qədər Ağdamda erməni işğalçıları tərəfindən məhv edilmiş qaz kəmərinin inşası başa çatdırılacaq. Lakin daha bir fakt budur ki, xəttin Xankəndiyə birləşdirilməsi planı hələ də orada qalan erməni silahlı birləşmələrinin tamamilə tərksilah edilmələrinə qədər mümkün görünə bilinməz. Ancaq “İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış birinci dövlət proqramı” artıq qəbul olunub və hədəf də müəyyən edilib!Misal üçün, Azərbaycana məxsus qaz kəmərinin işə düşməsi İrandan qanunsuz yol ilə daxil olan, habelə qazprom tərəfindən verilən mavi yanacağın qarşısını kəsəcək. Daha dəqiq desək, Azərbaycanın ərazisində nəzarətsiz qaz bazarının, eləcə də digər enerji resurslarının qapısı bağlanacaq.
Azərbaycanın ərazisində fəaliyyət göstərən operatorlar qazı yalnız qeydiyyata alınmış sayğaclar vasitəsi ilə Xankəndi və s. şəhərlərdə yaşayan istehlakçılara AZN-lə ödəniş qarşılığında satacaqlar
Bunun ardınca isə Xankəndi və ətrafındakı qaz istehlakçıları başqa çıxış yolları qalmadığına görə qanuni qaydada SOCAR ilə müqavilə imzalamalı olacaqlar. Yəni Azərbaycanın ərazisində fəaliyyət göstərən operatorlar qazı yalnız qeydiyyata alınmış sayğaclar vasitəsi ilə Xankəndi və s. şəhərlərdə yaşayan istehlakçılara AZN-lə ödəniş qarşılığında satacaqlar. Müqavilənin əldə edilməsi üçün isə vətəndaşlığı təsdiq edən şəxsiyyət vəsiqəsi müəyyən olunmalıdır.Fakt budur ki, bütün bunlar artıq əvvəlcədən müəyyənləşdirilib və qərarlaşdırılıb. Daha dəqiq desək, bundan sonra daha heç bir xarici dairələr və təşkilatlar Azərbaycanı Qarabağdakı ermənilərin qazlarını kəsməsində ittiham edə bilməzlər. Konkrertləşdirsək – əgər Azərbaycan qazından istifadə etmək istəyirsənsə tələb edilən qanunlara tabe ol, ya da köç Ermənistana və orada qazpromun, yaxud İranın qazı ilə canını qızdır. Seçim özlərinindir...
Rövşən RƏSULOV

Digər xəbərlər