PDF Oxu

Siyasət

  • 738

Qəhrəman ordumuz – qürur mənbəyimiz

image

24 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Gənclər və İdman idarəsi”, “Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi”, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi” və “20 Yanvar küçəsi 19” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi hərb sahəsində vəziyyəti kökündən dəyişdirdi. Ümummilli liderin rəhbərliyi altında respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər nəticəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafı təmin edildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin ilk hərbi hissəni təsis etdiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd edilir.

Daha sonra çıxış edən natiqlər – “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının sədri Turan Hüseynov, “Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi” Ərazi Partiya Təşkilatının sədri Sənan Quliyev, Ağstafa Gənclər Evi Sosial Xidmət müəssisəsinin əməkdaşı Kifayət Əlisgəndərova və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışıblar, gənclərin vətənpərvər böyümələrindən bəhs ediblər.

Digər xəbərlər