Analitika

  • 4 384

Aİ missiyası Ermənistana gəlməyinə gəlir... ANALİTİK+ÖZƏL

image

Bəs sonrakı proseslər nəyi göstərəcək?

Beləliklə, Avropa İttifaqının Ermənistana göndərdiyi missiyanın sayı 2000 nəfərə qədər çata bilər və erməni tərəfi məhz bu istiqamətdə cəhdlər göstərir. Hətta əvvəlcədən “mülki sülhməramlı” olmaq istəyənlər kifayət qədər idi. Daha dəqiq desək, 400 nəfərə yaxın avropalı Ermənistana getmək üçün hazır olduqlarını bildirmişdilər. Amma nədənsə bu bəs etmirmiş. Ermənistan necə deyərlər, öz ölkəsində əsl “hərbi-sülhməramlı missiya” görmək istəyir. Əbəs deyil ki, artıq 27 ölkəənin xarici işlər nazirləri yeni “Avropa missiyasını” təsdiq etməlidirlər.Və o da əbəs deyil ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan Vyanada səfərdə olarkən oradan ölkəsinə deyil, birbaşa Brüsselə uçub.
Ermənistanın iki məqsədi var

Bəs erməni tərəfinin daha bir məqsədi nədir? Məsələ ondadır ki, Ermənistan rəhbərliyi Qərb “sülhməramlılarını” nəinki silahlı toqquşmaların olduğu ərazilərdə, eyni zamanda Azərbaycanla delimitasiya olunmamış qeyri-müəyyən sərhədlər boyunca yerləşdirməyə can atır. Burada isə iki məqsəd var: Azərbaycanın Ermənistanla sərhədlərdə dəqiqləşdirmələr aparmasının qarşısını almağa cəhd etmək, eləcə də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını ölkə ərazisindən çıxarmaqla Ermənistandakı mövcudluğuna birdəfəlik son qoymaq. Paşinyan hökuməti bu vasitə ilə “əsrlərə söykənən qardaşlığı” pozmaq məqsədini açıq-aydın ortaya qoyub.
Ermənistan özünün böyük bacısı Fransanın vasitəsi ilə Rusiyadan qorunmağa, qurtulmağa çalışırsa, bunu da Soros idarəçiliyinə arxalanaraq edir
Lakin bu məsələdə daha bir kənarda qalmayacaq faktor mövcuddur – Soros reallığı. Sirr deyil ki, Paşinyan hökuməti Sorosun dəstəyi ilə əvvəlki iqtidarı devirib və bu gün də Soros idarəçiliyi altnda fəaliyyət göstərir. Və bu gün Ermənistan özünün böyük bacısı Fransanın vasitəsi ilə Rusiyadan qorunmağa, qurtulmağa çalışırsa, bunu da Soros idarəçiliyinə arxalanaraq edir. Nəticədə, erməni hökuməti Moskvanı çıxdaş etmək siyasətini artırmaqdadır.Paşinyanın iqtidara gəlməsindən sonra KTMT-nin o zamankı baş katibi Yuri Xaçaturovun həbs olunması da qeyd edilənləri kifayət qədər təsdiq edir. Və bu gün Ermənistan publik şəkildə KTMT-nin planlı hərbi təlimlərinin keçirilməsinə (özü də ölkədə!) qarşı çıxır, sənədləri imzalamaqdan imtina edir və s. Hazırda cərəyan edən hadisələr isə Rusiya ilə qarşıdurma məsələsində kulminasiyanın çox yaxında olduğunu göstərir. Bu “hekayənin” sonunun isə, ümumiyyətlə, erməni dövlətçiliyi üçün faciəvi bitəcəyini bəri başdan ehtimal etmək heç də çətinlik yaratmır.
Rusiya Ermənistanı bağışlamayacaq, bəs İran nə edəcək?
Onda növbəti sual yaranır: bəs günahkar kimdir? Çünki Rusiya son 30 ildə dəfələrlə öz erməni “qardaşlarını” xilas edib – həm iqtisadi, həm hərbi, həm də digər məsələlərdə. Ancaq bu sondur və bir daha erməni tərəfi həmin xilaskarlıqları görə bilməyəcək.Keçək daha bir məsələyə. Özü də kifayət qədər maraqlı və düşündürücü məqama. Çox maraqlıdır ki, bəs bu gün “Ermənistanın sərhədlərinin təhlükəsizliyi İranın təhlükəsizliyidir”, “Zəngəzur İran üçün qırmızı xəttir” tipli boğazdan yuxarı bəyanatlar verən İran nə edəcək? Axı qardaşı Ermənistanın təkidi ilə həmin sərhədlərə regiondan kənar ölkələrin “missiyaları” gəlməkdədirlər! Bizdən hadisələri müşahidə etmək və nəticələri görmək qalır. Bu məsələdə isə Azərbaycanın mövqeyi və qətiyyəti nəinki region ölkələrinə, həmçinin Avropa İttifaqına da məlumdur...
Rövşən RƏSULOV

Digər xəbərlər