PDF Oxu

Araşdırma

  • 900

Azərbaycanın şanlı və şərəfli tarixi - ŞƏRH

image

“Ermənilər tərəfindən azərbaycanlılara qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti iki əsrdən çox davam edib. Çar Rusiyası tərəfindən imperiyanın cənub sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan Qarabağa köçürülməsindən sonra xalqımıza qarşı başlamış düşmənçilik siyasəti XXI-ci əsrin ikinci onilliyinə qədər davam edib. Zaman-zaman öz havadarlarına arxalanan ermənilər bütün vasitələrlə azərbaycanlıları və bu ərazilərdə yaşayan digər millətləri sıxışdıraraq öz torpaqlarından didərgin salmağa cəhdlər etmiş, müəyyən vaxtlarda istəklərinə nail ola bilmiş, 20-ci əsrin əvvəllərində isə bizim ərazilərin bir hissəsi hesabına öz dövlətlərini yarada bilmişdilər”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, XX əsrin ayrı-ayrı dövrlərində xalqımıza qarşı etnik təmizləmə siyasəti aparan, azərbaycanlıları öz evlərindən qovan, onların həyatına, malına-mülkünə qəsd edən ermənilər 1988-ci ildə başlayan Qarabağ hadisələri ilə bu əməllərini bir daha həyata keçirdilər: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Amma Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən inkişaf və tərəqqi siyasəti öz bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunun gücləndirilməsinə, müasir silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın 50 ən güclü ordularından birinə çevrildi. Nəhayət ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, “Güclü ordu - güclü dövlət” strategiyasının və “dəmir yumruq” siyasətinin nəticəsidir”.

Digər xəbərlər