“Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra Qarabağ bölgəsində yaranan sabitlik 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başlanmasına və bu ərazilərdən didərgin düşmüş soydaşlarımızın doğma yerdlarına qayıdışına imkan yaratdı. Bu gün azad edilən ərazilərdə geniş quruculuq işləri həyata keçirilir və bu işlər günü-gündən daha geniş vüsət alır”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki,kapitulyasiya aktına imza atmasına baxmayaraq Ermənistan üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində silahlı qüvvələr saxlamaqda davam edirdi: “Separatçıların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Çirkin əməllərindən əl çəkməyən ermənilər ərazilərimizdə müxtəlif provokasiyalara əl atır, mütəmadi olaraq Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutur, ərazilərimizin minalanmasını davam etdirir, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılmasına cəhdlər edirdilər. Düşmən tərəfindn döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması müşahidə olunurdu. Ermənistanın məqsədyönlü və planlı terror siyasəti həyata keçirir, mülki şəxslərə qarşı təxribatlar törədirdil. Bütün bunların qarşısını almaq, insanlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə 2023-cü il sentyabrın 19-da başlanan antiterror tədbirləri cəmi 23 saat çəkdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri və atəş nöqtələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə məhv edildi. Artıq antiterror əməliyyatlarından 2 il ötür. Bu müddət ərzində ölkəmizin ərazi bütövlüyü təmin edilib, işğaldan azad edilən ərazilərdə Azərbaycanın üçrəngli bayrağı ucaldılıb”.