Analitika

  • 4 012

Erməni KİV-ləri Aİ missiyasını ittiham etdilər – bizdən qaçırlar HAŞİYƏ

image

Politik.am: “Ermənistana erməniləri müdafiə etmək adı ilə gələn Aİ müşahidəçiləri erməni KİV-lərindən qaçırlar”

Ermənistanda fəaliyyət göstərən media qurumları bu dəfə Avropa İttifaqı missiyasının ölkədəki fəaliyyətinin səmərəsizliyindən şikayət etmələri ilə yanaşı, missiya təmsiçilərinin mətbuatdan qaçdıqlarını və proseslərlə bağlı heç nə demədiklərini yazırlar. Aİ missiyasını hədəfə alan Ermənistanın politik.am saytı bununla bağlı yazı hazırlayıb və orada bildirilir ki, missiya təmsilçilərinin cavabları yalnız belədir: “Biz müdaxilə edə bilmərik, bizim ixtiyarımızda yalnız binokllar və kameralar var”. Bu barədə Aİ missiyasının Ermənistana ezam olunmuş qrup rəhbəri Markus Ritter Almaniyanın Deutsche Welle nəşrinin suallarını cavablandırarkən bildirib.

“Avropa dəyərlərinə müvafiq transparentliyi təmin etmirlər”

Erməni KİV-ləri Aİ missiyasını hədəfə alaraq onlara qarşı ittiham xarakterli fikirlər dərc edirlər və “Azərbaycanın Ermənistana hücum etmə ehtimalı” ətrafında fikirlərini irəli sürərək yazırlar ki, missiya nümayəndələri nəinki bu məsələyə münasibət bildirməkdən yayınırlar, həmçinin, erməni mətbuatı ilə təmas qurmağı da istəmirlər. “Onlar bizi narahat edən suallara cavab vermirlər və Avropa dəyərlərinə müvafiq transparentliyi təmin etmirlər”, deyə KİV-lərdə bildirilir.

“Müşahidə missiyasının yerəşdiyi mehmanxanana ajiotaj yaşanırdı”

Politik.am yazır ki, bu agentlik artıq bir neçə həftədir ki, müşahidə missiyasının fəaliyyətini işıqlandırmağa cəhd edir, lakin onlar hər fürsətdə onların suallarını cavabsız qoyur: “Əvvəlcə biz missiyanın nümayəndələri ilə Aİ-nin Ermənistandakı səfirliyi vasitəsi ilə əlaqə yaratmağa səy göstərdik və bizə dedilər ki, bununla bağlı yazılı müraciət etmək lazımdır, ancaq sonrakı məqamda bizim müraciətimizə cavab verilmədi. Biz məcbur olaraq müşahidə missiyasının Yexeqnadzordakı Baş qərargahına getdik ki, bizi maraqlandıran sualların cavabını yerində öyrənək. Müşahidə missiyasının yerəşdiyi mehmanxanana ajiotaj yaşanırdı. Müşahidəçilər öyrənəndə ki, biz erməni KİV-lərinin təmsilçiləriyik, tələb etdilər ki, onları çəkməyəcək və sonra da öz rəhbərlikləri ilə əlaqə yaradaraq suallarımıza cavab verməkdən imtina etdilər”.

“Bu dəfə də məktubumuz cavabsız qaldı... Onlar nəyi gizlədirlər? Və bu qədər qapalı və məxfi fəaliyyətə səbəb nədir?”

Adıçəkilən erməni mediası onu da qeyd edir ki, onlar cavab gözləyərkən mehmanxanada fəal hərəkətlilik müşahidə olunurdu və ehtimal var idi ki, missiya nümayəndələri işləri ilə bağlı səfərə hazırlaşırdılar: “Sonra bizə missiyanın əməkdaşı yaxınlaşdı və kameralar qarşısında çıxış etməyi rədd etdi, eləcə də bizə aparat rəhbəri Erik Dikumun elektron poçt ünvanını təqdim etdi, bildirdi ki, bu şəxs sualları cavablandırmağa hazırdır. İrəvana geri döndükdən sonra biz redaksiya adından cənab Dikuma məktub göndərdik, amma bu dəfə də məktubumuz cavabsız qaldı”.

Erməni jurnalistləri bu şəxsin kimliyini araşdırıblar və məlum olub ki, Dikum fransız jandarmıdır və əvvəllər hərbi təyyarəçi olub (R.R.?!) O, Ermənistana qədər Aİ-nin Kosovadakı xüsusi missiyası ilə əlaqədə olub. Dikume 2019-cu ilə qədər Fransanın Ansi şəhərinin jandarmeriyasının komandiri olub.

Erməni nəşri sonda qeyd edir ki, Ermənistana gəlmiş Aİ missiyasının hansı səbəbdən KİV-lərdən qaçmaları suallar doğurur. “Onlar nəyi gizlədirlər? Və bu qədər qapalı və məxfi fəaliyyətə səbəb nədir?”, deyə erməni jurnalistləri nə vaxtsa bu suallara cavab tapacaqlarına ümid etdiklərini bildiriblər.

Rövşən RƏSULOV

Digər xəbərlər