Əvvəlcədən qeyd etdiyimiz kimi hava küləkli və yağmurlu keçəcək. Bölgələrdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir: “Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gcə 70-80%, gündüz 55-65 % təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatın da qeyd olunur ki, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq”.
İlham
Saqqız həqiqətən həzm olunmazdır, amma bundan qorxmağa ehtiyac yoxdur...