Analitika

  • 8 447

Tarixi yaradan və yaşadan BÖYÜK AZƏRBAYCANLI - TƏHLİL

image

İqbal Məmmədov,
Milli Məclisin deputatı

Mövcud reallıqlar təsdiq edir ki, xalqımız müxtəlif dövrlərdə çətin sınaqlarla üz-üzə qalımış, lakin bu sınaqladan xalqın birliyi nəticəsində şərəflə çıxa bilmişdi. Ötən əsrin 90-cı illərin əvvələrində yaşanan faciəvi dövr Azərbaycan xalqının tarixən üzləşdi ən ağır dövr olmuşdur. Həmin kəşməkeşli dövrdə xalqın sabaha olan ümidi tammilə sarsılmış, yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. AXC-Müsavat iqtidarı isə ölkədiki xaos və anarxiyanı aradan qaldırmağa cəhd etmirdi. Daha doğrusu səriştəsiz siyasətləri səbəbindən yaranan ağır, böhranlı durumu aradan qaldırmaq imkanında deyildilər. Haqlarının tapdanmasına, hüquqlarının pozulmasına, dövlətçiliyin itirilməsi təhlükəsi ilə barışa bilməyən əhali küçələrə çıxıb etiraz aksiyası keçirərkən AXC-Müsavat iqtidarı əhalinin üzərinə hücüm edir, insanları döyür, həbsxanalara atırdılar. Bu da xalqla hakimiyyət arasında həlli mümkün olmayan uçurum yaratmışdır. Böhranlı vəziyyətdən sui-istifadə edən erməni terrorçu qüvvələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdi. Belə bir ağır şəraitdə xalq üzünü Ulu Öndər Heydər Əliyevə tutdu. Azərbaycan xalqı başa düşürdü ki, ölkəni bu çətin vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən lider çıxara bilər. 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalının ünvanladığı müraciətdə Dahi Öndərdən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etməsi xahiş olundu.

1992-ci il oktyabrın 24-də cavab məktubunda Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun Sədri olmağa razılıq verdi. Beləliklə 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkşaf dövrünün əsası qoyuldu.Yeni Azərbaycan Partiyası yarandığı zamanda müxalifət partiyası olmasına baxmayarq böyük siyasətçi Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında xalqın sevgisini, inamını qazanaraq qısa müddət ərzində iqtidar partiyasına çevrildi.

1993-cü ilin iyunun 9-da xalqın tələbi ilə Dahi Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. İyunun 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bütün çətinliklərə baxmayaraq Ulu Öndər xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.Qısa müddətdə ölkədə sabitlik təmin olundu, yeni iş yerləri yaradıldı, hüquqi, demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, insan hüquq və azadlıqlarının təmin olunması məqsədilə Fərman və Sərəncamlar verildi, qanunlar qəbul olundu. Bu baxımdan haqlı olaraq 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilməyə başlandı.

Xalqa bəxş edilən şərəfli ÖMÜR

Dahi Öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdarkən demişdir: “Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”. Ulu Öndər Azərbaycan xalqının lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirdi, xalqı və dövləti yürütdüyü müdirik siyasətlə bütün bəlalardan xilas etdi, Azərbaycanı dünyanın inkişaf edən, nufuzlu dövlətləri sırasına çıxartdı.

Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılamsı üçün 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Ölkəmizin iqisadi inkişafında və əhalinin sosial rifah halının yaxşılaşmasında mühüm rol aynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatmışdır. Bunun da 60 faizdən çoxu xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır. Göstərilən müddətdə, eyni zamanda, xarici investisiyalı müəssisələrin ödədiyi vergilərin payı, cəmi vergi daxilolmalarında 9,3 faizdən 19,7 faizə yüksəlmişdir. Ümumilikdə isə, 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırma şəklində büdcəyə təqribən 600 milyon dollar, sosial fondlara isə 400 milyon dollara yaxın vəsait ödəmişlər.

Neftin ixracında Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və həyata keçirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xüsusi rol oynamışdır. Bu baxımdan şirkət rəhbərləri 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Uğurlu neft strategiyası sonrakı illərdə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihəsinin həyata keçirilməsi ilə davam etdirldi.

Azərbaycanın inkişafında yeni mərhələ

2003-cü ildən Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti Onun ən layiqli siyasi varisi, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirməkdədir. 2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev xalqa müraciət ilə əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

2003-cü il prezident seçkilərində xalq Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirlməsinə səs verdi. Dahi Öndərimizi ən layiqli siyasi varisi Cənab İlham Əliyev xalqın 76,84 faiz səsini qazanaraq ölkə Prezidenti seçildi. Prezident İlham Əliyev andiçmə mərasimində demişdir: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azəçrbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.

Son 20 il də Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub, əhalinin sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb, beynəlxalq aləmdə nüfuzu daha da artıb, dövlətimiz Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilib.Cari ilin yanvar ayının 1-dən bütün növ sosial ödənişlər, təqaüdlər, minimum əməkhaqları 30 faizədək artırılıb. Şəhid ailələrinin, qazilərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Şəhid ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə aylıq sosial ödəniş təyin olunması, 3 565 şəxsə sığorta ödənişinin edilməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının götəricisidir. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.Ötən dövr ərzində şəhid ailələrinə və qazilərə 13560 mənzil və fərdi ev verilib.Qazilər avtomabillərlə təmin olunub, xarici ölkələrdə müalicə və müayinələri təmin edilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizin bir çox yerlərində 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.Beynəlxalq əlaqələrə xüsusi önəm verən Azərbaycan əksər ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bunun nəticəsidi ki, Azərbaycanı sevən, dərin hörmət və rəğbət bəsləyən dövlətlərin səsverməsi ilə Azərbaycan daha üç il müddətinə Qoşulmama Hərəkatına sədrlik edir. Quruma sədrlik etməsi ilə təşkilatın dünyda nüfuzu daha da artıb, mövqeləri möhkəmlənib. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi ölkəmizin dünyada yerinin və rolunun yüksək olduğunun göstəricisidir. Bunla yanaşı Azərbaycan bir sıra Avropa və beynəlxalq miqyaslı idman yarışlarına, konfranslara, tədbirlərə də ev sahibliyi edir. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi ili” elan olunub.

Vətən müharibəsində qazanılmış qələbə

Təbii ki, ölkə Prezidnti İlham Əliyevin xalq, dövlət maraqlarına əsaslanan xeyirli, gərəkli fəaliyyətinin əsas məğzini 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın düşmən əsarətindən azad edilməsi və bununlada Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsidir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. 2023-cü ilin aprelin 23 -də isə Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsi quruldu. Bunlada suverenliyimiz təmin olundu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işağldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir.

Xalqın inam və etimad göstərdiyi tək ünvan Yeni Azərbaycan Partiyasıdır

Söz yox ki, əldə olunan uğurlarda Yeni Azərbaycan Patiyasının da böyük payı var. Çünki yarandığı gündən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Qazanılan qələbələr onu bir daha təsdiqləyir ki, xalqın inam və etimad göstərdiyi tək ünvan Yeni Azərbaycan Partiyasıdır. 2021-ci ilin mart ayında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı təşkilatın fəaliyyətində və qarşıya qoyduğu vəzifələrin icrasında mühüm rol oynadı.

Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. YAP-ın sıralarında 800 min nəfərə yaxın insan təmsil olunur. Bu gün Azərbaycanda üzvlərinin sayına, kəmiyyət və keyfiyyət baxımından Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Əminliklə demək olar ki, uzun on illiklər belə YAP cəmiyyətin aparıcı təşkilatı olaraq qalacaq. Çünki, bu partiyanın qurucusu Ulu Öndərimiz Heydər Əliyevdir. Dahi Öndərimiz Heydər Əliyevin dediyi kimi, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Azərbaycan xalqını bundan sonra daha xoşbəxt və firavan yaşayış gözləyir. Çünki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət Azərbaycanın bu günü kimi gələcəyinin də işıqlı və parlaq olmasını özündə ehtiva edir. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev zamanında demişdir: “Azərbaycan dünyaya günəş kimi doğacaq”.

Digər xəbərlər