Analitika

  • 2 706

Bütöv Azərbaycanda çalınan SON ZƏNG TƏHLİL

image

Bu gün Azərbaycanda bütün ümumtəhsil müəssisələrdə onbirillik məktəb həyatının "Son zəng"i çalındı. On bir il elmi biliklərə yiyələnən məktəblilər məzun adını qazandılar.

Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirəsi tək əbədiləşəcəkdir.2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir. Ümumilikdə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 72 min 782 şagird bitirir. Eyni zamanda paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur.On bir il parta arxasında oturub müəllimlərini həvəslə dinləyən, elmi biliklərə yiyələnən məktəblilər məzun adını qazandılar. Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirəsi tək əbədiləşəcəkdir. Artıq bu gündən gənclər müstəqil Azərbaycanın müstəqil vətəndaşı kimi həyata qədəm qoyurlar.Artıq neçə ildir ki, ölkəmizdə ümumtəhsil məktəblərində hər il iyunun 14-də son zəng qeyd edilir. SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur.
TƏHSİL SİSTEMİNİN İNKİŞAFINA YÖNƏLDİLMİŞ DÖVLƏT PROQRAMLARI
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Müasir dövrdə ölkələrin inkişaf konsepsiyasını təhsil müəyyənləşdirir. Bu baxımdan, müasir təhsil sisteminin yeni çağırışlara cavab verməsi məqsədi ilə təhsilin normativ-hüquqi bazasının formalaşdırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilib. Ölkəmizdə son illərdə bir sıra dövlət proqramları uğurla icra olunub, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Təkcə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alıblar. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da hökumətin bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. Ayrılmış vəsaitlər "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"na və "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"ya uyğun olaraq, təhsil sisteminin inkişafına yönəldilmiş dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə geniş maliyyə təminatı yaratmışdır. Təhsil sistemində islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi, ibtidai təhsilə nailolma, ibtidai təhsili başavurma səviyyəsi demək olar ki, yüz faizə çatdırılıb.
LƏYAQƏTLİ VƏ VƏTƏNPƏRVƏR GƏNCLƏR NƏSLİ
Bu gün Azərbaycanın daxili imkanları genişləndikcə, təhsil ocaqlarının yenidən qurulması, təmiri və inşası istiqamətində də davamlı olaraq işlər görülür. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsi ilə bağlı qürur hissi keçiririk. Bütün bunlar Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub.Son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür. Məktəb tikintisi ilə bağlı qəbul olunmuş dövlət proqramları bu sahədə sürətli inkişafı təmin edib. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında yeni məktəblərin tikintisinə diqqət yetirməklə yanaşı, mövcud məktəblərin əsaslı təmirinə də yer ayrılıb.Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, dövlət proqramları və islahatlar bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də, neft gəlirləri Azərbaycanda, həm də təhsilin inkişafına yönəldilib. Şübhəsiz ki, bütün bunlar təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Respublika və beynəlxalq səviyyədə fənn olimpiadaları keçirilib və iştirak edən şagirdlərin sayı xeyli artıb. Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında qazandıqları uğurlar bir-birini əvəz edir.
"TƏHSİL BİZİM GƏLƏCƏYİMİZDİR"
Ardıcıl olaraq, təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu, keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri davam edir. Yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından, çox mühüm addımlardandır. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, deməyə əsas verir ki, Azərbaycanda bu sahədə görülən işlər uğurlu işıqlı gələcəyimizə hesablanıb.Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı günü-gündən çiçəklənən ölkəyə çevirir. Hər bir gənc harada çalışmağından asılı olmayaraq, dövlətimizə, dövlətçiliyimizin qorunmasına və milli-mənəvi dəyərlərimizin yaşamasına xidmət edəcəklər. Təbii ki, bu, hər bir vətəndaşın borcu olmalıdır.Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb. Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələsini yaşayır. Müasir gənclik ab-havanın içərisində məsuliyyət hissini ön plana çəkir. Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olunmasına gətirib çıxarır. Bu, dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır. Ölkəmizdə iqtisadi, mədəni və sosial sahələrdə aparılan islahatlar Azərbaycan təhsilinə təsirini göstərməkdədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir". Buna görə də, məsuliyyət hissi ilə cəmiyyətə layiqli vətəndaşlar yetişdirilir.Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı günü-gündən çiçəklənən ölkəyə çevirir. Hər bir gənc harada çalışmağından asılı olmayaraq, dövlətimizə, dövlətçiliyimizin qorunmasına və milli-mənəvi dəyərlərimizin yaşamasına xidmət edəcəklər. Təbii ki, bu, hər bir vətəndaşın borcu olmalıdır.Bugünkü məzunlar Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalı, bütün qüvvələrini ölkəmizin uğurlarına yeni uğurlar əlavə etməyə sərf etməlidirlər. Bu günün məzununu həyata hazırlayan güclü dövlətimiz, sağlam düşüncəli ziyalılarımız olduğundan mətin, iradəli və intellektual səviyyəli gənclərimiz müstəqil həyata vəsiqə alırlar.
TƏHSİLİMİZ QARABAĞDA
Artıq işğaldan azad olunan ərazilərdə tikilən məktəblərdə "Son zəng" çalınır. Qeyd edək ki, Qarabağ torpaqlarının işğalı nəticəsində təkcə Füzuli rayonunda 100-ə qədər orta təhsil və texniki peşə məktəbi ermənilər tərəfindən məhv edilib. Digər qədim yaşayış məskənlərimizdən biri olan Qubadlıda yaşı 100 ildən çox olan ilk dünyəvi məktəb də ermənilər tərəfindən dağıdılıb. Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərinin işğalı nəticəsində isə 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları dağıdılıb. Şuşa Realnı Məktəbi də ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilib. Ağdam şəhərində musiqi, kənd təsərrüfatı, kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirməsi texnikumları, 9 ümumtəhsil və internat məktəbi, iki peşə məktəbi, həmçinin Uşaq Şahmat məktəbi uşaq-gənclər idman məktəbi, ekoloji tərbiyə və təcrübəçilik məktəbi, tibb məktəbləri, texniki yaradıcılıq mərkəzi və gənclər yaradıcılıq mərkəzi fəaliyyət göstərirdi. Dövlətimizin Qarabağda apardığı irimiqyaslı tikinti-quruculuq işləri çərçivəsində məktəblərin də tikilib yenidən istifadəyə verilməsinə start verilib. Bu sahədə ilk müjdə Zəngilanın Ağalı kəndindən oldu. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə 5 ümumi təhsil müəssisəsində 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır. Həmin ərazilərdə 13 ümumi təhsil müəssisəsinin təmir-tikintisi davam edir, 2 ümumi təhsil müəssisəsinin tikintisi yekunlaşıb. 6 ümumi təhsil müəssisəsinin təmir-tikintisinə başlanılacaq.Əlamətdar haldır ki, işğaldan azad olunan ərazilərimizdə Zəngilanın Ağalı kəndində ötən tədris ilində son zəngin sədalarını eşitdik. Bu il başqa ərazilərdən bu səsin sədası ətrafa yayılacaqdır.Məktəbə qədəm basan şagirdlər bu torpaqda - əzəli torpaqlarımızda elmin sirlərinə bələd olub, Vətən torpağının müqəddəsliyini bir daha təhsilverənlərdən əxz ediblər. Laçın rayon 2 nömrəli tam orta məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, bir informatika, bir texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.Zabuxda inşa olunan üçmərtəbəli məktəbdə şagirdlər bir məslək, bir əqidə uğrunda burada təhsil alırlar. Elmli, savadlı və sabahın qurucusu olaraq yetişirlər. Azərbaycan gəncliyinin bir qismi bu məktəbdən boy atır.Zəfər qazanmış Azərbaycanın MƏZUNLARI, yolunuz uğurlu olsun!

Zümrüd BAYRAMOVA

Digər xəbərlər