Analitika

  • 4 786

Türkiyənin nüvə silahına malik olması reallığa çevrilir ANALİTİK

image

Ərdoğan tez-tez dünya sistemində dəyişən konyuktura barədə bəyanatlar səsləndirir və Türkiyənin qlobal oyunçuya çevrilməsi istiqamətində bir-birinin ardınca uğurlu addımlar atır

Sirr deyil ki, müasir dünyamızda nüvə silahına malik olmaq əsasən, aqressiyanın qarşısını almaq və müdafiə xarakterini daha güclü etmək məqsədini daşıyır. Texniki cəhətdən götürsək, buna nail olmaq heç də çətin deyil. Bu baxımdan, son vaxtlar Türkiyənin hərbi-müdafiə sənayesinin güclənməsi fonunda nüvə silahı əldə etmək şanslarının da yüksək olduğunu düşünmək olar.

Misal üçün, Türkiyənin ixtisaslaşmış texnoloji araşdırma mərkəzləri fəaliyyət göstərir. Elmi və kadr potensialı da nüvə proqramını realizə etməyə kifayət qədər imkan verir. Belə ki, bunun təməli olaraq İstanbulda fəaliyyət göstərən “CANEM” elmi-araşdırma institutunu göstərmək olar. Bu mərkəzdə hazırkı gündə gücü 1 MBt. olan nüvə reaktoru işləyir. 1979-cu ildə İstanbul texniki universiteti yanında ITU TIRGA Mark-II elmi-araşdırma reaktoru açılıb.

Türkiyə yaxın 10, maksimum 20 ilə nüvə silahına sahib ola bilər - Pakistan nüvə texnologiyası təqdim edir

2005-ci ildə isə Ankarada “SANEM” təhsil mərkəzi fəaliyyətə başlayıb və orada kifayət qədər güclü elektron sürətləndiricisi və protonları uğurla fəaliyyət göstərir.

Bundan əlavə, Ankara istədiyi zaman Pakistandan nüvə texnologiyalarını əldə edə bilər. Çünki bu ölkə yeganə müsəlman dövlətidir nüvə silahına malik olması ilə yanaşı, həm də Türkiyənin müttəfiqidir. Ekspertlər proqnozlaşdırırlar ki, Türkiyə yaxın 10, maksimum 20 ilə nüvə silahına sahib ola bilər. Ərdoğan tez-tez dünya sistemində dəyişən konyuktura barədə bəyanatlar səsləndirir və Türkiyənin qlobal oyunçuya çevrilməsi istiqamətində bir-birinin ardınca uğurlu addımlar atır.

Bu arada, BMT-nin bioloji silahlar üzrə sabiq komissiya üzvü İqor Nikulin bəyan edib ki, nüvə silahının yayılmaması haqqında razılaşma Türkiyəni müəyyən vaxta qədər saxlaya bilər, amma bu razılaşma heç də Ankaranı saxlamağa mane ola bilməz.

Maksimal uzaqlıq məsafəsi 2500 km olan ortamənzilli J-600T Yıldırım IV ballistik raketin hazırlanması prosesi aparılır

Artıq Türkiyənin nüvə silahını əldə etməsi üçün vasitələri var. Eyni zamanda, maksimal uzaqlıq məsafəsi 2500 km olan ortamənzilli J-600T Yıldırım IV ballistik raketin hazırlanması prosesi aparılır.

Beləliklə, Türkiyənin nüvə klubuna daxil olması yönündə həm ixtisaslaşmış kadrlarının, beyin mərkəzlərinin, eləcə də xammalının və hərbi potensialın olduğunu artıq deyə bilərik.

Onu da qeyd etmək yerinə düşərdi ki, nüvə silahının əldə edilməsində Türkiyə üçün əhəmiyyəti olan, həm də onun kosmik klasterinin yaradılmasına imkan yaratmasıdır. Məhz bu vasitə ilə Türkiyə kosmik dövlətə çevrilə bilmək imkanını qazanır.

Rövşən RƏSULOV

Digər xəbərlər