Analitika

  • 5 797

"DƏMİR YUMRUĞ"un gücü bizi əzəli və əbədi torpaqlarımızdan olan Kəlbəcərə qaytardı TƏHLİL

image

30 ilə yaxın həsrətlə gözlədiyimiz, xəyalımızda canlandırdığımız erməni işğalında olan torpaqlarımıza qovuşmuşuq. Hər gün əzəli, doğma yurdumuza qayıtmaq arzumuz, istəyimiz reallığa çevrildi. Yolumuz yurd yerlərimizə, işğaldan azad edilmiş doğma, isti ocaqlarımızadır. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz erməni təcavüzkarlarından azad edərək, doğma torpaqlarımıza qovuşmuşuq. Milyonların arzusu çin oldu. Dəmir yumruğun gücünə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Üçtərəfli bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı və ötən ilin bu günü Kəlbəcər işğaldan azad olundu. Beləliklə, Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb, Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirib. Ərazini tərk edən ermənilər evlər ilə yanaşı, meşələri də yandırıblar. Cari ilin avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olarkən dövlət başçısı çıxışında bildirdiyi kimi, "Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır".

"KƏLBƏCƏRİN İŞĞALA MƏRUZ QALMASI SATQIN AXC-MÜSAVAT HAKİMİYYƏTİNİN ƏMƏLLƏRİDİR"
Əlbəttə ki, tarix boyu ermənilərin faşist ideologiyasının şahidi olmuşuq, İllər, qərinələr ötsə də belə ermənilərin məramı dəyişməz olaraq qalıb. Tarixi faktlar bunu göstərir. 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcərdə 511 nəfər şəhid olmuş, 231 nəfər itkin düşmüş, 100-lərlə adam şikəst olmuşdur. 130 yaşayış məntəqəsi, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilmişdir. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunmuşdur. Bu statistik rəqəmlər insanlığa sığmayan erməni xislətini ortaya qoymuş olur. Əlbəttə ki, bu bir rayonun işğal dövründə olan statistik göstəriciləridir. Digər ərazilərimizdə də ermənilər belə vəhşilikləri ilə nə qocaya, nə cavana, nə uşağa belə aman vermədən onları öldürmüş, bütün infrastrukturu, yaşayış yerlərini, maddi-mədəniyyət abidələrini dağıtmış, yerlə-yeksan etmişdir. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəymişdir. Əlbəttə ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Müstəqilliyimizin ilk illərində hərc-mərclik, özbaşınalıq hökm sürürdü. Belə bir zamanda, Azərbaycanın 20 faiz torpaqları işğal altına düşdü. Azərbaycan Prezidenti çıxışında bildirdiyi kimi, Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir: "Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı və artıq digər torpaqların işğalı da labüd idi. Çünki AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. Onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir".
"ƏGƏR İSTƏMİRLƏRSƏ Kİ, BİZ ONLARI DÜNYA MİQYASINDA BİABIR EDƏK, GƏLSİNLƏR, VURULMUŞ ZİYANI BİZƏ ÖDƏSİNLƏR"
Kəlbəcər rayonunda sənaye əhəmiyyəti olan civə ehtiyatları Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il idi ki, Ermənistan respublikası tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Bir faktı da diqqətə çəkək ki, 1997-ci ildə Ermənistan Sənaye və Ticarət Nazirliyi Söyüdlü (Zod) yatağinin istismari üçün Kanadanın "First Dynasty Mines" (FDM) şirkəti ilə müqavilə imzalayıb. Yalnız 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib. Cənab Prezident çıxışlarının birində ermənilərin işğal dövründə bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan etdiklərini bildirmiş və bu işlərdə bəzi xarici şirkətlərin onlara yardım etdiyini də diqqətə çəkmişdir: "Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərinidəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər".Bu gün işğaldan azad olunan ərazilərimiz kimi, Kəlbəcərdə də quruculuq-abadlıq işlərinə start verilib. "Kəlbəcər" yarımstansiyası istifadəyə verilib. Qısa müddətdə - cəmi altı ay ərzində inşa edilib və Kəlbəcəri elektrik enerjisi ilə təmin edəcək. Tunellər tikilir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında 11.6 kilometrlik tunel inşa olunur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinləri Kəlbəcərə ezam ediliblər. Cənab Prezidentin bildirdiyi kimi, "Heyvandarlar da Kəlbəcər yaylaqlarına qayıdıblar. Həm arıçıları, həm heyvandarlıqla məşğul olanları biz qaytarmışıq. Görürsünüz, onlar məskunlaşıblar. Qoyunları da burada otarırlar. Bu ənənə də bərpa edildi".Görülən işlər tezliklə kəlbəcərlilərin öz doğma yurdlarına qaydacaqlarına söykənir. Kəlbəcər torpağı öz əbədi sakinlərinindir. Cənab Prezidentin vurğuladığı kimi, "Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə dəən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər