Analitika

  • 5 311

Düşmən düşmənliyində qalır - TƏHLİL

image

O da ola erməni adlı, xislətli düşmən. Tarix də şahidlik etdi, zaman da sübut etdi ki, xalqımızın qara alın yazısı olan bu qonşuluqdan kənar olmuşlar bizdən əl çəkmir ki, çəkmir. Bütün dünya da onların xislətinə bələd oldu, lakin yenə də yerlərində oturmur, tamah dişlərini torpaqlarımızdan çəkmir, münaqişə ardınca münaqişə törətməkdə davam edirlər. Axı bu torpaqları görüblər. Necə əl çəkə bilərlər ki? Bu torpaqların yerüstü, yeraltı sərvətləri onları bütün dövrlərdə odlandıran səbəb olub. Bir də qızışdırıcı dairələr, regionda qəti şəkildə sakitliyi istəməyən dairələr yenə də bu həyasız düşmənin arxasındadır ki, onlar dünəndən etibarən yenə meydanlarda görünməyə başlayıblar. Əks təqdirdə yenicə müharibədən çıxan, həm də çox pis şəkildə təslim olan düşməndə nə cəsarət ola bilər, nə güc, nə də ki, qüvvə...

Ötən əsrdə nə idilərsə, yenə eynidilər
Ötən əsr bütövlükdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə tarixin səhifələrinə həkk olunub. 1906-1907-ci illərdən başlayaraq 1918-ci ildə Cümhuriyyət dövründə törətdikləri əməllər, onun ardınca soyqırımları və əsrin sonunda Xocalı faciəsindən tutmuş torpaqlarımızın işğal olunmasınadək hər biri qanla, faciə ilə ötən hadisələrdir. Ermənilərin Bakıda, Naxçıvanda, Qubada və ölkənin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları bu gün də acı və iztirablarla xatırlanır. Ötən illərdə aparılan tədqiqatlar nəticəsində erməni soyqırımına məruz qalmış bölgələrimizdə aşkarlanan sümüklər kütləvi insan qırğınlarını təsdiqləyən amillərdir.Cümhuriyyət dövründə ermənilərin çıxardığı həngamə isə hər kəsə məlumdur. Bu xislətsiz varlıqların paxıllığı, riyakarlığı ilə parlamentdə nələr baş vermədi? Onların xisləti ilə torpaqlarımızın bir hissəsi bizdən qoparılıb onlara verildi ki, bu gün də həmin ərazilərin biz tərəfdə olmamasından yaranan problemlərlə üz-üzəyik.Yüzilliklər ötür, lakin bizim torpaqlarımız hesabına sonradan bizlə qonşu olan bu xislətsizlərin əməlləri, istəkləri bitmir ki, bitmir. Çünki onları başa salanlar, qızışdıranlar var. “Böyük Ermənistan” yaradın, deyənlər var. Yoxsa, erməni hara, dövlət yaratmaq hara, erməni hara millət qədri bilmək hara. Bütün bunların hər birini dəfələrlə görmüşük axı.
44 günlük müharibədə bir daha gördük
Bu qonşuluqdan kənar olmuşların nə olduqlarını 2020-ci ilin 44 günlük müharibəsi zamanı bir daha gördük. 30 il işğal altında saxladıqları torpaqlarımızın azad olunması üçün mübarizəyə qalxıb müharibəyə başlayanda və bu müharibənin hər günü onların yeni-yeni sifətlərində gördük. Küçələrdən zorla maşınlara doldurub cəbhəyə yola saldıqları yaşlı, yeniyetmə insanların etirazında gördük. Qadınları toplayıb cəbhəyə gətirib döyüşlərdə iştiraka vadar etmələrində gördük. Ordularında özbaşınalıqda, bir-birilərini saymamaqda, eşitməməkdə gördük.Bu cür xislətə malik “xalqın” nümayəndələri hansı dövlətdən, hansı dövlətçilikdən danışa bilərlər? Onlar məgər dövlət qədri, millət qədri bilənlərdi? Bilsəydilər, öz millətlərinə qarşı bu cür çirkin əməllərə əl atmazdılar. Özlərini gülünc vəziyyətə qoymazdılar. Bütün bunlar onların özlərinin ağlı ilə hərəkət etmədiklərini təsdiqləyən amillərdir. Onlar qızışdırılırlar. Tarixin bütün zamanlarında olduğu kimi, yenə də qızışdırılmaqdadırlar. Bu qızışdırmalardan əziyyət çəkən isə bizik. Çünki regionda təbii sərvətləri ilə ən zəngin dövlət bizik. Ölkəmizin yerüstü, yeraltı sərvətləri, Qarabağın coğrafi mövqeyi, bərəkətli torpaqları, dünyaya çıxış xəttinin məhz bu ərazilər vasitəsilə reallaşa bilməsi səbəbləri ermənilərin havadarlarının da çox yaxşı bildikləri məsələlər olduğundan onlar məhz Azərbaycana yönəldiliblər zaman-zaman.2020-ci ilin 10 noyabrında Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata baxmayaraq o zamandan etibarən hələ də bunların həmin məğlubiyyət ilə barışmadıqlarının şahidiyik.
Axı erməniyə gözəl bir dərs verilmişdi
44 günlük müharibə demək olar ki, ermənilərin gözünün açılmasına izn vermədi. Onların 1990-cı illərin sonlarında min bir hiylə, oyunla Azərbaycandan qoparıb 30 il əsarətdə saxladıqları, sərvətlərini tar-mar etdikləri torpaqlar bir-bir geri alındı. 30 il əvvəl bu torpaqlarda yaşayan sakinlərin başlarına açdıqları oyunların, onları silah gücünə ev-eşiklərindən çıxarmaların, dədə-baba yurdlarından didərgin salmalarının, yüzlərlə insanı qətlə yetirmələrinin, qoca, uşaq, qadın bilmədən faciəvi şəkildə öldürmələrinin, Xocalıda törətdikləri dünyada bənzəri olmayan faciənin hər birinin qisası alındı.Ermənilər 44 gündə ağıllarına gətirmədikləri güclə qarşılaşdılar. Axı onların təfəkkürü hələ də 90-cı illərdə qalmışdı. Azərbaycan ordusu, ordunun təchizatı onların xəyalında yəqin hələ də o illərdə olduğu kimi idi. Bu səbəb bir yana, yəqin bu axmaqlar yadlarından çıxarıbmışlar ki, həmin torpaqları havadarlarının hesabına işğal edə bildilər. Yoxsa azərbaycanlı oğulların tək qollarının gücü ermənini bu torpaqlardan birdəfəlik silməyə çatardı. Unutmuşdular ki, o zaman havadarlarının ələ aldıqları Azərbaycan rəhbərləri torpaqları satmışdı, onlar da havayı şəkildə həmin torpaqların yeni sahibinə çevrilmişdilər.Xalq son anadək öz gücü ilə mübarizə aparsa da, lakin heç bir müsbət nəticə əldə olunmamışdı. Çünki düşmənə xəritə üzrə haradan girib haradan çıxdığını yaxşı başa salmışdılar. Bu səbəbdən də Şuşa belə işğal olunmuşdu. Hansı ki, Şuşanın işğal olunması mümkün deyildi. Bütün bunlar isə torpaqların satılmasını təsdiqləyən yetərli faktlardır.Bəli, təxəyyülü 90-larda qalan ermənilər gözləmədikləri ordu, əsgər-zabit heyəti, birlik, həmrəylik nümayiş etdirən insanlarla qarşılaşdılar və yaxşıca dərslərini aldılar. Cəmi 44 gün ərzində tamamilə tükəndilər, məğlub oldular. Bir zamanlar özlərini regionda güclü ölkə hesab edən bu qondarma xalq əslində nəyə qadir olduqlarını öz gözləri ilə gördülər. Özlərindən utandılar, utanmadılar deyə bilmərəm, amma bütün dünyaya heç nə olduqlarını göstərə bildilər.Onlara elə bir tarixi dərs verildi ki, təsəvvür belə olunmazdı ki, illər nədir, əsrlərlə özlərinə gələ bilələr. Lakin görünür, həm də aydın şəkildə görünür ki, kənardan müdaxilələr bu ağıldan kənarları yenə də qızışdırıb ortaya sala bildi.
Əksər erməni müharibə istəmir
Çünki yaxşı anlayırlar ki, Azərbaycana qarşı iddiaları, apardıqları müharibə haqsızdır. Çox yaxşı bilirlər ki, bu torpaqlar onlara aid deyil və onların olmayan torpaqlar üzündən övladları şəhid olur, evsiz-eşiksiz qalır, dövlət deyilən qurum isə onlara heç bir köməklik göstərmir. Bu səbəbdən də tez-tez Ermənistanda insanların küçələrdə nümayişlər təşkil etmələri, bu münaqişələrə son qoymaq tələbləri ilə, övladlarını mühafizə etmək istəkləri ilə qarşılaşırıq.Bu günlər ermənilərin yenə də Laçın, Kəlbəcər və Daşkəsən istiqamətində münaqişəyə başlamasına qarşı ölkələrində insanlar arasında etirazlar başlayıb. Bu insanlar 44 günlük müharibənin nəticələrini görən, yaşayan sıravi insanlardır. Onlar nəhayət ki, anlayıblar ki, bu torpaqlardan onlara fayda olmayacaq. Onun öz sahibi var, o sahib isə bir qarış torpaqdan belə keçməz.30 il bu torpaqlar sizdə qaldı, oldu sizin məgər? Bu 30 ildə dövlətimiz bu torpaqların geri qaytarılması üçün hərtərəfli tədbirlər həyata keçirdi. Bu tədbirlərin başlıcası o idi ki, sülh yolu ilə, sakit şəraitdə torpaqlar geri qaytarılsın, hər iki tərəfdə itki olmasın. Lakin heç bir razılıq əldə olunmadı. Bütün beynəlxalq təşkilatlara üz tutduq. Məsələnin həlli üçün kömək etmələrini istədik, lakin yenə faydası olmadı. Belə olan təqdirdə Azərbaycan bu problemin neçə həll etməyin lazım olduğunu qoydu meydana və nəticə göz qarşısında oldu. Nəticə bütün dünyanı heyrətə gətirdi. Bütün dünya gördü ki, dövlətimiz öz mənafeyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək üçün nələrə qadirdir.Bunları ermənilər də yaxşı gördülər. Bu səbəbdən də onların olmayan torpaqlar üçün yeni itkilərin olmasını da istəmirlər. Lakin Ermənistanın ağıldankəm dairələri yenə də havadarlarının qızışdırmalarından vaz keçə bilmirlər axı. Bu səbəbdən də xalq onların üstünə qalxır, ölkəni tərk etmək istəyi ilə küçələrə çıxır. Belə olanda isə həmin dairələrin tamahkar, gözlərini dünya malı pərdələmiş ünsürləri bəyanat verib xalqa ölkəni tərk etməməsi üçün yalvarırlar. Bax, budur bunların xisləti. Heç nə əldə edəcəklərini bilə-bilə yenə qalxıb meydana çıxıb bilmirlər ki, nə edirlər.Ay yazıqlar, sizin ordunuzda orduluq qaldımı 44 günlük müharibədə, siz yenidən başınızı qaldırdınız?
Qoy havadarlarınızın köməyi 5-10 günə yetsin, bəs sonra?
Ey ordusu olmayan erməni ünsürləri. Hansı gününüzə meydana düşmüsünüz yenə? Sizdə heç abır-həya yoxdur? İnsan nə qədər başqasının ağlı ilə oturub durar. İnsan nə qədər başqasının köləsi olar? İnsan nə qədər onun-bunun istəklərini yerinə yetirər? Yorulmadınız?Axı 44 günlük müharibədə sizin ordunuz tamamilə məhv edildi. Ölkəniz bu gün də iqtisadi böhran girdabında batmaqdadır. İnsanlar yeməyə çörək tapa bilmirlər. Aclıqdan, səfalətdən ölkəni tərk edirlər. Bütün bunların qarşısında kimə arxayın olub yenə meydana atılmısınız? Nə istəyirsiniz? Başqasının torpaqları nə üçün sizin gözlərinizi kor edib?Artıq bütün dünya bilir ki, siz iki il öncə Azərbaycanla müharibədə nə vəziyyətdə məğlub olmusunuz. Hamı bilir ki, artıq sizin Azərbaycana tərəf bir güllə atmaq gücünüz belə yoxdur. Və bütün dünya da yaxşı bilir ki, arxanızdakılar kimdir, sizi qızışdıranlar kimdir.Bəs özünüz necə, bu barədə düşünmüsünüzmü? Onlar sizi maliyyələşdirsinlər 5-10 gün. Elə 44 gündə də bunun şahidi olduq da. Oradan-buradan gecədə-gündüzdə silah daşımağınızı, yardımlarınızı gördük. Axırı neçə oldu. Hamısı öz başınızda darmadağın oldu. Və bir də gördünüz ki, havadarlarınız da çəkilib oturublar yerlərində. Bu dəfə istədiyinizi də vermədilər.İnanın bu dəfə də belə olacaq. Hələ ki, ağılsızlığınızdan istifadə edib qızışdırırlar, sizi təmin edirlər. Lakin çox keçməz verdikləri bitər və ardı gəlməz.Ay ağıldan kəmlər, özünüzə gəlin, çəkilin, gedin oturun sakitcə yerinizdə-yurdunuzda. Deyilənlərə əməl edin, başınıza yeni bəlalar açmayın.
Görsək ki, erməni faşizmi baş qaldırır, onların başını bir daha əzəcəyik!
Bəli, dövlətimizin başçısının hər dəfə söylədiyi kimi, Ermənistanın yeganə çıxış yolu üçtərəfli Bəyanatın icrasını təmin etməkdir. Ölkəmizin başçısı çıxışlarında vurğulayır ki, biz bundan sonra qarşılıqlı sülh şəraitində yaşamaq istəyirik. Amma əsas şərtimiz Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Buna görə də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində problem yaratmağa çalışmaq istəyən həm Ermənistan, həm də onun havadarları dərk etməlidirlər ki, Azərbaycan işğalçını sülhə məcbur etməyin yollarını bilir.Düşmən düşmənliyində qalır. Bunu ata-babalarımız tarixin və zamanın süzgəcindən keçirib söyləyiblər. Xüsusilə erməni adlı düşmənin bizimlə düşmənçiliyi dünyanın sonunadək yürüdəcəyinə millət olaraq hər birimiz əminik. Lakin düşmənin ağlında bir qədər dəyişiklik etməyin zamanıdır. O ağıl ki, illər, əsrlərdir ki, başqalarının hökmü ilə idarə olunur. Bunun da nəticələrini çox yaxşı görürlər. Ancaq indi tam zamanıdır ki, ağıllarında bir dəyişiklik etsinlər, yoxsa bu ağılsızlıq onlara yenə də baha başa gələcəkdir.Prezident İlham Əliyev bir il öncə - İkinci Vətən Müharibəsində əldə olunan Zəfərin birinci ildönümü günü xalqa müraciətində bir daha işğalçı Ermənistana xəbərdarlıq edərək bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər