Analitika

  • 4 242

Erməni vəhşiliyi dünya üçün təhlükə mənbəyinə çevrilib TƏHLİL

image

Tarixin müxtəlif dövrlərində erməni-daşnak qüvvələri azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Nəticədə, minlərlə insan ev-eşiyindən didərgin düşmüş, evləri talan edilmiş, yandırılmış, yüz minlərlə insan qətlə yetirilmişlər. Mövcud faktlara istinadən demək olar ki, yalnız son iki yüz ildə ermənilər tərəfindən 2 milyon azərbaycanlı qətlə yetirilmişdir. Bu cür vəhşiliyə, qəddarlığa baxmayaraq dünya birliyi erməni terrorçularının əməllərinə susqunluq nümayiş etdirmişlər. Bu da səbəbsiz deyil. Özləri yetişdirdikləri, formalaşdırdıqları terrorçu toplumu ifşa edə bilməzlər. Bütün bunlar bir daha dünya birliyinin ikili stadartlardan çıxış etdiyini göstərir. Təkcə Azərbaycan arxivlərində deyil, o cümlədən Rusiya, Fransa, İngiltərə, Türkiyə və digər ölkələrin arxivlərində saxlanılan sənədlərə görə, xarici ölkələrdən Azərbaycan ərazilərinə köçürülən ermənilər məskunlaşdıqdan sonra terrorçuluğa meyil göstərmişlər. Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmış Ədirnə sülh müqaviləsinin 13-cu maddəsinə əsasən,Osmanlı ərazisində yaşayan ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını basqa xristian qaynaqları ilə yanaşı, elə erməni mənbələri də təsdiqləyir. 1828-ci il martın 20-də imzalanan Türkmənçay müqaviləsinin səhəri günü rus çarı I Nikolay “erməni vilayəti” yaradılması barədə fərman verdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə İran hökuməti müharibə vaxtı öz dövlətinə xəyanət edərək ruslara qulluq etmiş ermənilərin Rusiya işğalı və tabeliyində olan torpaqlara köçürülməsinə əngəl törətməməli idi. Belə bir vaxtda 1827-ci ilin mayında rus generalı Paskeviçin xüsusi tələbnaməsi əsasında ermənilər arasında nüfuz sahibi olan polkovnik Lazerev köçürülmə işlərinə rəhbərlik etmək üçün Təbrizə komendant təyin edildi.

İmzalanan Türkmənçay müqaviləsinin səhərisi gün...
Rus ordularının 1827-ci il oktyabrın 13-də Təbrizə basqını zamanı Lazerevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordusunun üzərinə açdılar. Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı.1828-ci il dekabrın 24-də Lazerevin Paskeviçə yazdığı yekun hesabatında göstərilirdi ki, köçürmə işi 1828-ci il dekabrın 24-də Lazerevin Paskeviçə yazdığı yekun hesabatında göstərilirdi ki, köçürmə işi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də başa çatmışdı. Lazerev 1828-ci il martın 9-da Paskeviçə yazdığı raportunda qeyd edirdi ki, artıq 4500 erməni ailəsi köçürülərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdir. 1828-ci il mayın 26-da Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda isə bildirilirdi: “Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artq Qarabağda 279, İrəvan vilayətində isə 948 ailə məskunlaşdırılmışdır. Polkovnik Lazarevin vədinə əsasən, köçürülən ailələrin sayı 5 minə çatdırılmısdı. İ.Sopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalniz 366 ailə (1725 nəfər) İrəvan sahəsinin özündə 265 ailə (1110 nəfər) Naxçıvan şəhərində və 36 ailə (482 nəfər) isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559 ailə (23588 nəfər), Naxçıvan ətrafında 2137 ailə (10652 nəfər), Ordubad dairəsində 250 ailə (1340 nəfər) yerləşdirildi. Nəticədə, əzəli Azərbaycan torpaqları hesabına yaradılan qondarma erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Lazerevin hesabatından məlum olur ki, 3 ay yarım ərzində İran ərazisindən xristian-erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdur ki, bu da ən azı 40 min nəfər demək idisə, həmin illərdə Rusiya dövlətinin xəzinəsindən 14 min manat qızıl və 400 min manat gümüş pul xərclənmişdi. Bununla yanaşı, rus tədqiqatçısı N.Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan ərazilərində məskunlaşdırıldığıni yazır. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə - yeni vətən yaratmaq məqsədilə köçürülmüşdü. Bu işləri həyata keçirməkdə xüsusi canfəşanlıq göstərən hərbçilər və din xadimləri rus çarizmi tərəfindən mükafatlandırılırdılar. II Rusiya-İran müharibəsində qələbə çalan rus qoşunları 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığında 12 minlik qoşunla Arpaçaydan Şərqi Anadoluya hücuma başladı. İyunun 23-də Qars qalası işğal edildi. Rus qoşunları iyulun 24-də Axalkalakını, avqustun 15-də Axıskanı, 22-də Ərdahanı, 28-də Bəyazidi işğal etdilər. 1829-cu ilin yazında müharibənin yenidən alovlanması nəticəsində rus qoşunları Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdilər. İrəvan xanlığından-öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar ən çox Şərqi Anadoluya hücumları zamanı qırğınlara və yenidən bu ərazidən köçkün halına düşməyə düçar olan yenə də azərbaycanlılar idi. Onlar bu dəfə də əsasən, Türkiyənin içərilərinə köçməyə məcbur oldular. 1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafından İstanbula irəliləyərkən II Sultan Mahmud Rusiya dövlətinə barışıq təklif etdi. Bu addım 1829-cu il sentyabrın 2-də Ədirnə müqaviləsinin bağlanması ilə nəticələndi. Axalkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ruslar tərəfindən işğal edilmiş Qars, Trabzon, Bəyazid və Ərzurum paşalıqları isə Türkiyəyə qaytarıldı. Ədirnə sülhünün 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş torpaqlarındakı ermənilərə 18 ay ərzində daşınan əmlakları ilə bərabər Rusiya təəbəliyinə keçmək hüququ verilmişdi.
Paskeviçin səyi ilə qısa müddətdə 90 min erməni Azərbaycan ərazilərinə köçürüldü
Türkiyədə yaşayan erməniləri yenicə işğal olunmuş Azərbaycan ərazilərinə köçürmək, həmçinin Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə 1829-cu il oktyabrin 10-da Paskeviç rus imperatoru I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “erməni vilayətində” yerləşdirilməsinə icazə istədi. 1829-cu il noyabrin 18-də hərbi nazir Çernişev Paskeviçə çar I Nikolayın onun tərəfini bəyəndiyini bildirdi. Türkiyənin Qars və onun ətrafından köçürülən ermənilər yaşadıqları ərazilərin iqliminə uyğun olaraq Alagöz dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Rus general-mayoru Bercman Qarsdan Gümrüyə yola salınan 400 erməni ailəsinə sənəd təqdim etdiyini bildirdi. İrəvan yaxınlığında Sərdarabad qalasında olan 270 ev həmin vaxt ermənilər tərəfindən zəbt edilmişdi. Bir qədər keçdikdən sonra M.Vladkin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazrdı: ”İrəvan quberniyasında yaşayan ermənlərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə verdiyi məlumata görə, Qars və ətraf ərazilərdən köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən, yaşadıqları yerin iqliminə uyğun olan Alagöz dağı ətrafında-Pəmbək distansiyasındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Türkiyədən köçürülən ermənilər Axiska,Pəmbək-Şorəyel və “erməni vilayətində” yerləşdirildi. Talış mahalı, Göyçə gölu ətrafı və Baş Abarana 14044 erməni ailəsi köçürülmüşdü. Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 500-ü, eləcə də Ərdahandan 67 erməni ailəsi Axıska padşahlığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ail isə Pəmbək və Şorayel distansiyalarında yerləşdirilmişdi. Hesablama komissiyasının sayına görə Osmanlı dövlətinin torpaqlarından 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum oldu. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviç adına verilmiş əlahəzrətin buyuruğunda rus dövləti tərəfindən Türkiyə vilayətindən köçürülmuş xristianlar, yəni erməni və yunanlardan ibarət 90 min nəfərə üçün 380 min gümüş pulun ayrıldığı bildirildi. İ.Sopenin apardığı siyahıyaalmanın nəticələrinə görə 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni vilayətinə “Turkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdü köçürülmüşdü. Rusiya imperatorunun fərmanı ilə “erməni vilayəti” yarandığı vaxt İrəvan əyalətində İrəvan, Sərdarabad, Şərur və Sürməli dairələri yaradıldı. Mənbələr, arxiv materialların saxlandığı Matendaranda sənədlərə istinad edən N.A.Tavakalyan İrandan köçürülən ermənilərin sayının 8510 nəfər olduğunu qeyd edirlər. 1834-cu ilin kameral təsvirinə görə bütövlükdə İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil edirdi. Bunların 29690 nəfəri tatar, yəni Azərbaycan türkləri, 10350 nəfəri əvvəllər köçürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenəcə köçürülən yezidi türkləri, az qismi isə boşa adlanan qaraçılardan ibarət idi. 20-ci ildən ibarət həmin siyahıyaalmanın nəticələri İ.Şopenin 1852-ci ildə nəşr edilən “Erməni vilayətini Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” adlı əsərində verilmişdi. Bu siyahıyaalmaya görə müharibədən sonra erməni vilayətində mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahıyaalmanın nəticələrinə görə köçürülməyən vilayətlərdə 81749 nəfər müsəlman, 25151 nəfər erməni qeydə alınmışdı. 1832-ci ilin siyahıyaalmasına görə İrəvan əyalətindəki kəndlərin 526-da Azərbaycan türkləri, 98-də ermənilər, 58-də isə azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar.
İrəvan qəzasının yaradılması
Beləliklə, erməni köçkünlər boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlılar yaşadığı 70 kənddə, 22 qarışıq və 47 erməni kəndində məskunlaşmışdı. 1840-cı ildə erməni vilayəti ləğv edildi. Əvəzində İrəvan qəzası yaradıldı və bu qəza Gürcü-İmereti quberniyasının tərkibinə daxil edildi.1849-ci ildə İrəvan, Aleksandropol (Gümrü), Naxçıvan, Ordubad və Novo-Bəyazid (Göyçə mahalının sərq hissəsi) qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi və 1917-ci ilə qədər bu quruluş əsasən dəyişməz qaldı. N.Şavrov yazırdı ki, rəsmi köçürülən 124 min nəfər erməni ilə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdu və ümumiyyətlə, köçürülənlərin sayı 200 min nəfərdən xeyli artıqdır. XIX əsrin 90-cı illərində Türkiyə dövlətində baş verən erməni qiyamlarının yatırılmasından sonra daha 400 minə yaxın erməni yenə də Cənubi Qafqaza - Azərbaycan torpaqlarına köçdü. N.Şavrov qeyd edirdi ki, XIX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin bir milyondan coxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik. Beləliklə, XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik xəritəsində yeni toplum - erməni toplumu peyda oldu. N.Şavrov qeyd edirdi ki, XIX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik. Bura isə onlar Balkan yarımadasından köçüb gəlmişlər.
1980-1988-ci illər Ermənistan adlanan ərazidə 521 türk mənşəli yaşayış məskənin adı dəyişdirilmişdir
Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Rəsmi addəyişmə əməliyyatları 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə Ermənistan SSR Ali Sovetinin fərmanları əsasında həyata keçirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan adlanan ərazidə 521 türk mənşəli yaşayış məskənin adı dəyişdirilmişdir.1918-1987-ci illərdə bu torpaqlarda 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqrıma məruz qalmaqla, deportaiya edilməklə və s.) xəritədən tamamilə silinmişdir. Azərbaycanlıların 1948-1953-cü illər depotasiyasından sonra 60-dan çox yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ermənistan Ali Sovetinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə azərbaycanlılara məxsus daha 90 məntəqənin adı toponimləri ilə əvəz olunmuşdur. Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmişdir. Rus çarizmini erməniləri köçürməkdə məqsədi İran və Türkiyə sərhədlərində möhkəmləndirilmiş xristian zolağı yaratmaq və həmin dövlətlərə qarşı gələcək işğallarda ermənilərdən bir vasitə kimi istifadə etmək idi.1918-ci ilin mayın 19-da Azərbaycan Xalq Cümhuriyyəti xalqın iradəsini nəzərə almadan, böyük dövlətlərin təzyiqi ilə öz ərazisində paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla erməni dövləti yaradılmasına razılıq verdi. Ermənilər və onların Moskvadakı havadarları Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün zəmin hazırladılar. Daha dəqiq desək, yalnız 1946-1948-ci illərdə 100 mindən çox erməni xaricdən köçürülərək Qərbi Azərbaycan ərazisində məskunlaşdırıldı.
Beləliklə, bəlli olan faktlar bir daha onu sübut edir ki, ermənilər bu bölgəyə köçürülmə toplumdur. Niyə köçürüldüyü, hansı məqsədlərə hesablandığı da, yuxarıda qeyd etdiyim, məlumatlarla qeyd olunur. Hətta əlavə bir faktdı da qeyd etmək yerinə düşərdi ki, erməni toplumu 1975-ci ildə, Azərbaycan ərazilərinə köçürülmələrinin 150 illiyini qeyd etmişlər. Bütün bu faktlar ortada olduğu halda, ermənilər xislətlərinə uyğun olaraq özlərini bu yerlərinin daimi sakinləri kimi təqdim etməyə və dünya birliyini öz yalanları ilə aldatmağa çalışırlar. Ancaq dərk etmirlər ki, artıq dünyanın demokratik düşüncəli xalqları mövcud reallıqları dərk edir və ermənilərin terrorçu və vəhşi bir xalq olduğunu anlayırlar. Həm də başa düşürlər ki, ermənilər sivilizasiyanın beşiyi olan Azərbaycan ərazilərinə məqsədli şəkildə müxtəlif ölkələrdən köçürümüş toplumdur. Yəni tədricən ermənilər ifşa olunurlar. Bu isə onların rüsvayçılığa məruz qalmaları deməkdir.

İ.ƏLİYEV

Digər xəbərlər