Analitika

  • 7 216

Fars dilbeçəliyi - Cənubi Azərbaycan faktorunu susdura bilməz! TƏRS BAXIŞ+ÖZƏL

image

Mollakratiya rejiminin hər vəchlə oynamağa çalışdıqları kirli və uğursuz şovinizm tamaşalarına baxmayaraq bu ölkədə yaşayan soydaşlarımız bir amal – VƏTƏN amalı üzərində birləşərək öz milli, tarixi ənənələrini yaşadırlar

Görünür, özünü “İslam Respublikası” adı altında pərdələyən əmmaməli rejim artıq iki aya yaxındır ki, ölkədə baş verən xalq qiyamının hansı nəticələrə gətirib-çıxaracağını hələ də anlamır, yaxud anlamaq fikrində deyil. Artıq sosial, azad seçim və hüquq azadlığı çağırışları, tələbləri digər tələblərə transfer olunur və bu tələblərin realizəsi üçün proseslər davamlı xarakter alıb.Lakin bütün bunların əsasında dayanan daha bir faktor mövcuddur - İranda yaşayan Cənubi Azərbaycan soydaşlarımızın mollakratiya hakimiyyətinin silahlı gücləri, mediası və s. vasitələri ilə repressiyalara və təhqirlərə məruz qalması susqunluqla qarşılanmamalı idi.
Hətta müsəlman Azərbaycanın erməni işğalçıları ilə üz-üzə mübarizə apardığı dönəmdə belə “müsəlmançılıqlarını” bir kənara qoyub, erməni aşnalarının xidmətində dayanırdılar, bu gün də belədir!
Hazırkı dövrə qədər nəinki Cənubi Azərbaycandakı milli azadlıq fəallarına, eləcə də müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətinə qarşı dil uzadan fars şovinizminin yalnız qulbeçələri deyil, həm də dil beçələri zaman-zaman hədlərini aşmaları ilə gerçəklikdə daxillərindəki qara xislətli məqsədlərinin nələrdən ibarət olması dəfələrlə üzə çıxıb. Ancaq onlar hər dəfə dilbeçəliklərinin cavabsız qalacağını sanır, bir az da irəliyə gedir, hətta müsəlman Azərbaycanın erməni işğalçıları ilə üz-üzə mübarizə apardığı dönəmdə belə “müsəlmançılıqlarını” bir kənara qoyub, erməni aşnalarının xidmətində dayanırdılar, bu gün də belədir!Nəticədə fars mollakratiyasının şovinist ünsürləri illərdən bəri gələn tarixi məqamları unudur və bir millətin eyni araya gəldiyi halda nələrlə qarşılaşacaqlarını yaddan çıxarırlar. Elə isə bəzi xatırlatmaları etməyin tam zamanıdır. İran adlanan məmləkətdə bütün nəhəng inqilabların qığılcımı məhz Cənubi Azərbaycandan sıçrayıb. Bu inqilablardan 1908-ci ildə baş qaldırmış Təbriz fədailərinin üsyanını, Səttarxan qiyamını və sairləri göstərə bilərik.Daha bir fakt budur ki, düz onlarla əsr müddətindən başlayaraq ötən yüzilliyin dörddə birinə qədər “Persiya” adlanan mövcud “İranı” Azərbaycan dinastiyaları idarə ediblər – Atabəylər, Qraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar...
Cənubi Azərbaycan xalqı ayağa qalxanda nələr baş verə bilər...
Hətta bu gün Tehran rejiminin başıəmmaməlilərinin iqtidara gəlməsi imkanlarının əldə olunmasında belə Cənubi Azərbaycanın paytaxtı Təbrizi göstərə bilərik! Düzdür, üsyan və qiyamlar şah rejiminin yaratdığı ağır sosial mühitə görə yarandı, amma sonradan həmin amil islami inqilabla əvəzləndi. Yəni Təbrizdən baş qaldıran qiyam sonrakı mərhələdə ruhanilik tərəfindən mənimsənildi. Bununla da inqilaba fars şovinizmi əsasında formalaşan mollakratiya əbası geyindirildi. Ona görə də iqtidarda gəldiklərinə görə məhz cənublu soydaşlarımıza minnətdarlıq etməli olan İran hakimiyyəti bütün bunları təhqirlərlə, repressiyalarla, edamlarla, həbslərlə əvəzləyiblər. Çünki bilirlər ki, Cənubi Azərbaycan xalqı ayağa qalxanda nələr baş verə bilər, ona görə də odla oynanamamalıdırlar!İndi isə gəlin zamanın digər üzünə baxın, fars şovinistləri uzun illərdir ki, Azərbaycan məktəblərinin, mədəniyyət və təhsil ocaqlarının açılmasına, fəaliyyət göstərməsinə imkan vermirlər, müxtəlif bəhanələrlə maneələr yaradır, baryerlər qoyurlar, bununla da tariximizi silməyə cəhdlər göstərirlər. Lakin mollakratiya rejiminin hər vəchlə oynadıqları kirli və uğursuz şovinizm tamaşalarına baxmayaraq bu ölkədə yaşayan soydaşlarımız bir amal – VƏTƏN amalı üzərində birləşərək öz milli, tarixi ənənələrini yaşadırlar.
“Traktor”un fəthi!
Təbrizin qürurlu “Traktor” futbol klubu isə öz qələbələri ilə qürurumuzu ay və ulduzlara qədər yüskəldir! Hətta deyə bilərik ki, bu mübariz klub öz qələbələri ilə əslində Cənubi Azərbaycandakı soydaşlarımızın mübarizlik əzmini, qalibiyyət əzmini ortaya qoyur. İranın mollakrat və şovinist rejimi əbəs deyil ki, bu klubun da qarşısını müxtəlif kirli niyyətləri ilə almağa cəhdlər göstərirlər, amma uduzurlar, heç nəyə də nail ola bilmirlər. Təkcə “Traktor” futbol klubunun qələbələri bu gün sərhədlərimizdə bizə diş qıcıdan sınıq-salxaq hərbi texnikaların, Araz çayı üzərindən salınan hərbi məqsədli paslı pantonların görüntüsünü heçə endirir. Fars şovinistləri bir futbol klubunun qalibiyyətinə belə həsədlə baxırlar.Bu gün Milli Azadlıq Hərəkatı, Hürr olmaq eşqi ilə ayağa qalxan Cənubi Azərbaycan soydaşlarımız artıq vaxtın gəldiyini dərk edirlər. Və artıq fakt budur ki, tam hüquqlu və azad vətəndaş olmaq üçün öz sözünü deməyin zamanı yetişib.

Rövşən RƏSULOV

Digər xəbərlər