Analitika

  • 7 982

MOLLA REJİMİNİN ERMƏNİLƏRLƏ QARDAŞLIĞININ TARİXİ KÖKLƏRİ TƏHLİL

image

Son 200 ildə erməni terrorçu dəstələrinin və onlarının himayədarlarının apardıqları siyasət nəticəsində Azərbaycan xalqına qarşı çoxsaylı qətliamlar, soyqırımı aktları həyata keçirilib. Nəticədə yalnız son iki əsr ərzində 2 milyondan çox azərbaycanlı qətlə yetirilib, yüzlərlə şəhər və kəndlər dağıdılmışdır. Ermənlərə göstərilən hərbi-siyasi dəstəklə azərbaycanlılar doğma torpaqları olmuş indiki Ermənistan adlandırılan ərazidən didərgin salınmış, tarixi irsi yerlə-yeksan edilmişdir. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarına məxsus torpaqlarda yeni inzibati-bölgü-erməni vilayəti təşkil edilərkən bu ərazidə mövcud 1111 yaşayış məntəqəsindən cəmi 62-si erməni kəndi olmuşdur. Həmin illərdə dağıdılmış, 359 azərbaycablı kəndinin əhalisinin çox hissəsi öldürülmüş, qalanları isə təqiblərə və milli ayrıseçkilik siyasətinə məruz qalaraq İran və Türkiyə torpaqlarına qaçmağa məcbur olmuşlar.XX əsrin əvvəllərində xarici ölkələrdən köçürülən ermənilərin sayının bir milyona çatması bölgədə vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdur. Erməni daşnak millətçilərinin “böyük Ermənistan” ideyasını həyata keçirmələri ilə bağlı təbliğatları Qafqaz bölgəsini milli qırğınlara gətirib çıxarmışdır. 1905-1906-cı illərdə Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə və Cənubi Azərbaycanda bu qırğınlar davam etmişdir. Erməni daşnaq quldur dəstələri 1905-ci il noyabrın 28-də Qarabağ bölgəsinin şəhər və kəndlərini yandıraraq, uşaqlara, qadınlara və qocalara qarşı görünməmiş vəhşiliklər törətmişlər.Erməni quldur dəstələri yalnız Şuşa,Cavanşir və Cəbrayıl qəzalarında 75-ə qədər Azərbaycan kəndini, İrəvan və Zəngəzur quberniyalarında isə 200-dən çox yaşayış məntəqəsini dağıtmış əhalini vəhşicəsinə qətlə yetirmişlər.

Erməni quldur dəstələri Şamaxı və Bakıda dünyanı dəhşətə gətirən qətliamlar törətmişlər
Erməni terrorçuları hələ 1904-cü ilin sentyabrın 9-15 arası Bakı və Şamaxı şəhərlərində 100-ə yaxın azərbaycanlını qətlə yetirmişlər. 1905-ci il fevralın 5-də erməni terrorçu dəstələri Bakı qəzası Sabunçu kəndinin sakini Ağarza Babayevi öldürmüşlər. Qətl iğtişaş yaratmaq məqsədilə törədilmişdir. Elə həmin gün erməni quldur dəstələri realnı və texniki məktəblərin 7-ci sinif şagirdləri Yakov Lebedivi və İvan Volkovu öldürmüşlər. Erməni alimi C. Libardyanın yazdığına görə, üç il ərzində (1904-1906-cı illər) erməni terrorçuları 105 “siyasi qətl” törətmişlər. Bunların 56-sı ermənilərə qarşı, 32-si siyasi bəhanələrlə həm ruslara, həm də türk məmurlarına və zabitlərinə qarşı, 2-3-ü təsadüfən heç bir səbəb olmadan, qalanları isə bankirlərə və sələmçilərə qarşı olmuşdur. Alimlər Libardiyanın göstərdiyi rəqəmləri araşdıraraq yazmışlar: “Bu qısa üç illik dövrdə erməni terrorçuları tərəfindən öldürülmüş, erməni mənşəli hər iki adamla yanaşı bir qeyri-erməni mənşəli şəxsdə öldürülmüşdür. Məqsəd dəyişməyibdir: dinc ermənilərin böyük əksəriyyətini qəsdən qorxutmaq, onları terrorçuların fəaliyyətini təsviq etmək məcburiyyətində qoymaq”.1905-ci ilin fevralın 6-da Bakıda Mixaylov xəstəxanasının sənədlərinə görə erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osipovun və başqa maqnatların havadarlığı sayəsində terror qrupu 18 adamı öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı,6-sı rus, 6-sı erməni, 5-i isə başqa millətin nümayəndələridir. Ermənilərin Azərbaycan ərazisində görünməsi prosesi 1441-ci ildə erməni katalikosluğunun Kilikiyadan Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisinə Üçkilsəyə köçürülməsindən sonra başlamışdır. Ermənilərin İrəvan torpaqlarını hansı vasitələrlə ələ keçirmələri haqqinda Matendaranda qorunan 1687-ci il tarixli sənəddə göstərilir: “Biz ermənilər Azərbaycan türklərinə məxsus olan torpaqları ya satın alır, ya işğal edir, ya sahibinin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir və ya da zorla ələ keçiririk”.
Rusiya məkrli siyasətinə uyğun olaraq erməniləri Şimali Azərbaycan ərazilərinə köçürməyə başladı
Rusiya imperiyası Cənubi Qafqazda qüvvətlənmək və özünün gələcək işğalçılıq planlarını reallaşdırmaqdan ötəri bağlanmış Türkmənçay və Ədirnə müqaviləsinin şərtlərinə istinad edərək erməniləri tez bir vaxtda İran və Osmanlı imperiyası ərazisindən tam şəkildə Şimali Azərbaycan ərazilərinə köçürməyə başladı. Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə Rus çarizminin təkidi ilə İran ərazisində yaşayan ermənilər tam şəkildə Azərbaycan ərazisinə köçürülməsi rəsmiləşdirildi. 1829-cu il sentyabrın ikisində Osmanlı ilə Rusiya arasında imzalanmış Ədirnə sülhünün 13-cü maddəsinə görə Osmanlı torpaqlarında yaşayan ermənilərin hamılıqla Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını başqa xristian qaynaqları ilə yanaşı erməni mənbələri də sübut edir. Türkmənçay müqaviləsinin təstiq edilməsinin (1828-ci il 20 mart) ertəsi günü Rus çarı I Nikolay “Erməni vilayəti” yaradılması barədə fərman Verdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə Şah İran hökuməti müharibə vaxtı öz dövlətinə xəyanət göstərərək ruslara qulluq etmiş şəxslərin (əsasən ermənilərin) Rusiya işğalı və tabeliyində olan torpaqlara köçürülməsinə əngəl törətməməli idi. Belə bir vaxtdaç 1827-ci ilin mayında Rus generalı Paskeviçin Xüsusi tələbnamə əsasında ermənilər içində hörmətə sahib olan palkovnik Lazarevski (Qazarov Lazaryan) öz sərəncamına alınması ilə köçürülmənin hazırlıq işlərinə başlanıldı. O, 1827-ci il oktyabrın 19-da Təbrizə komendant təyin edildi. Rus ordularının Təbrizə basqını vaxtı (13 oktyabr) Lazarevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordularının üzünə açdılar. Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı. 1828-ci il dekabrın 24-dəki Lazarevin Paskeviçə yazdığı Yekun Hesabatında köçürmə işi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də başa çatmışdı. Lazaryev 1828-ci il martın 9-da Paskeviçə yazdığı raportunda bildirildi ki, artıq 4500 erməni ailəsi köçürülərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdi. 1828-ci il 26 may tarixli Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda bildirilirdi: Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artıq Qarabağda 279, İrəvan vilayətində 948 ailə məskunlaşdırılmışdır. Palkovnik Lazarevin vədinə görə köçənlərin sayı 5 min ailəyə çatdırılmışdı. İ. Şopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalnız 366 ailə(1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə(1110 nəfər) Naxçıvan şəhərində və 36 ailə (482 nəfər) isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559/23588 nəfər, Naxçıvan ətrafında 2137/10652 nəfər, Ordubad dairəsində 250/1340 erməni ailəsi yerləşdirildi. Nəticədə qondarma Erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Lazaryevin hesabatından məlum olur ki, üç ay yarım ərzində İran bölgəsindən 8249 xristian-erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdü, bu da ən azı 40 min nəfər demək idi. Rusiya dövlətinin xəzinəsindən 14000 manat qızıl, 400 manat gümüş pul xərclənmişdi. Məsələn, rus tədqiqatçısı N. Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan ərazilərində məskunlaşdığını yazır.
Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə- Yeni Vətən yaratmaq məqsədilə köçürülmüşdü. Bu işləri həyata keçirməkdə canfəşanlıq göstərən hərbçilər və din xadimləri Rus çarizmi tərəfindən mükafatlandırılırdılar. İkinci Rus-İran müharibəsində rus ordularının qələbəsindən sonra rus qoşunları 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığında 12 minlik qoşunla Arpaçaydan Şərqi Anadoluda hücumları başladı. İyunun 23-də Qars qalası işğal edildi. İyulun 24-də rus qoşunları Axalkələyi, avqustun 15-də Ahıskanı, 22-də Ərdahanı, 28-də Bəyazidi işğal etdilər. 1829-cu ilin yazında müharibənin yenidən alovlanması nəticəsində rus qoşunları Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdilər. İrəvan xanlığından-öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar ən çox Şərqi Anbadoluda sığınacaq tapmışdılar. Rus qoşunlarının Şərqi Anadoluya hücumları vaxtı qırğınlara və yenidən bu ərazidən köçkün halına düşməyə düçar olan yenə də azərbaycanlılar idi. Yenə də onlar əsasən Türkiyənin içərilərinə köçməyə məcbur oldular. 1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafından İstanbula irəlilədikcə II Sultan Mahmud Rusiya dövlətinə barışıq təklif etdi. Hər iki dövlət arasında 1829-cu il sentyabrın 2-də Ədirnə müqaviləsi bağlandı. Rus-Türk sərhədinə görə Axalkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ruslar tərəfindən işğal edilmiş Qars, Trabzon, Bəyazid və Ərzurum paşalıqları isə Türkiyəyə qaytarıldı. Ədirnə sülhünün 13-cü maddəsinə əsasən Türkiyənin işğal olunmuş torpaqlarındakı ermənilər 18 ay ərzində daşınan əmlakları ilə bərabər Rusiya təəbəliyinə keçmək hüququ verilmişdi. Türkiyədə yaşayan ermənilərin yenicə işğal olunmuş Azərbaycan ərazilərinə köçürmək və eləcə də, Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə 1829-cu il oktyabrın 10-da Paskeviç rus imperatoru I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “Erməni Vilayətində” yerləşdirilməsinə icazə istədi.
1829-cu il noyabrın 18-də hərbi nazir Çernişov Paskeviçə bildirdi ki, çar I Nikolay onun təklifini bəyənmişdir. Türkiyənin Qars və onun ətrafından köçürülən ermənilər yaşadıqları ərazilərin iqliminə uyğun olaraq Ələyəz(Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Rus general-mayor Bercman Qarsdan Gümrüyə yola salınan 400 erməni ailəsinə sənəd təqdim etdiyini bildirdi.
İrəvan yaxınlığında Sərdərabad qalasında olan 270 ev həmin vaxt ermənilər tərəfindən zəbt edilmişdi. Bir qədər keçdikdən sonra M. Vladkin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”.
İran islam dünyasında da parçalanma yaradır
Təsdiq olunmuş fakdır ki, İran birmənalı şəkildə ABŞ bu regiona girə bilməsin deyə, ermənilərlə hələ 1991-ci ildən yaxınlaşmağa başladı. Şuşa işğal olunanda Azərbaycan Respublikasının Milli Məclisinin sədri, eləcə də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda idi. Orada Ermənistan prezidenti Ter-Petrosyanla cəbhədə atəşkəsə nail olunması ilə bağlı müqavilə imzalayırdı. Belə məqamda Şuşa işğal olundu. Bu, nə deməkdir? Yəni İran Yaqub Məmmədovu aldadaraq Tehrana apardı, ermənilər də asanlıqla Şuşanı işğal etdilər. 20 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycanın yüksək dövlət rəsmilərinin və Rusiya hərbçilərinin olduğu vertolyotun vurulmasında da İranın əli vardı. Sübut olunub ki, bu hadisəni törədən 17 nəfərdən biri İran vətəndaşıdır. Həmin terror aktını törədən şəxsləri İran maneəsiz öz ərazisinə keçirdi. Bu gün də İran terrorçu Ermənistanı bu və ya digər formada dəstəkləyir. Hər gün ermənilər heç bir viza, şərt tələb olunmadan İrana gedib gəlirlər. Bu, həm də onu göstərir ki, Fars-molla rejimi burada Rusiyanın maraqlarını təmsil edir. Fars-molla rejimi özünü islam respublikası elan edib. Bu respublikanın banisi ayətullah Xomeneynidir. Xomeneynidən qalma ideologiyaya görə, (bu, həm də xomeneyizm ideologiyası adlanır) müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İdeologiyanın birinci şərti budur. Amma Fars-molla rejiminin indiki və əvvəlki prezidentlərinin apardıqları siyasətə nəzər yetirdikdə, bu, ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. İran hakimiyyəti özlərini Xomeneyinin davamçıları elan etsələr də reallıqda Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edərkən vandalizm aktları törətmiş, məscidlərimizi murdarlayıb, tarixi abidlərimizi dağıtmış, insanları ev-eşiyindən didərgin salan Ermənistanla geniş əməkdaşiıq münasibətləri qurmaqla pozub. Bu gün xomeneyizm ideologiyasının mühüm prinsiplərindən biri də islam inqilabının ixracıdır. Amma burada da fərqli mövqe görünür. Yəməndə, Misirdə, Tunisdə inqilablar baş verəndə İran rəhbərliyi elan etdi ki, bu xomeneyizm ideologiyasına əsasən İran inqilabının ixracının təntənəsidir. İran Suriyaya qarşı münasibətdə isə əks-mövqe sərgilədi. Halbuki oxşar ssenari, oxşar proseslərdir. Deməli, lazım gələndə, siyasətdə xomeneyist də olmaq olar, başqa halda isə xomeneyzim ideologiyasının əleyhinə siyasət də yürütmək də olar. İranın ali dini rəhbərliyinin apardığı bu yanlış siyasət regionda vəziyyəti gərginləşdirməklə yanaşı, islam dünyasında da parçalanma yaradır. Bu nöqteyi-nəzərdən o qənaətə gəlmək olar ki, əgər yaxın qonşu müsəlman dövləti olan İran ikili siyasət yeridirsə, o zaman Azərbaycandan uzaq olan ərəb dövlətlərindən Ermənistana qarşı sərt mövqe sərgiləyəcəklərini gözləmək olarmı? Burada Azərbaycanın regionun lider dövlətinə çevrilməsi beynəlxalq münasibətlər sistemində söz sahibi olması da ölkəmizə qarşı qısqanclıq hissinin yaranmasına səbəb olur. Bəzi dövlətlər zahirən özlərini dost ölkə kimi göstərsələr də, əslində, Azərbaycanın dünyada artan gücü, yüksələn iqtisadi potensialı onları narahat edir. Bir çox müsəlman ölkələrində hakimiyyət ilə xalq arasında dərin uçurum yaranıb. Onlar bundan da qısqanırlar ki, Azərbaycan sabit, sakit dövlətdir. Azərbaycanda milli birlik, mövcuddur. 44 günlük Vətən müharibəsində Azərbaycanın 30 il işğal altında olmuş torpaqlarını erməni faşizm birliklərindən azad etməsi məhz xalqın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi nəticəsində əldə olundu. Qazanılan qələbə azad olunan ərazlilərdə geniş quruculuq, bərpa və tikinti işlərinin həyata keçirilməsi ilə davam etdirilir. Çox yaxın vaxtlarda keçmiş qaçqınlar öz doğma yurdlarına tamamilə qayıdacaqlar, Qarabağ çiçəklənəcək,inkişaf edəcək və dünyanın ən sakit guşəsinə çevriləcək.

İ.ƏLİYEV

Digər xəbərlər