Analitika

  • 7 961

“44”-lük şillə xatırlatması - ilin sonuna çox az qaldı... ANALİTİK+AKTUAL

image

Yaxud, Bakı üçün böyük bir HEÇ nədir?

Oktyabrın 30-da Xankəndinin mərkəzi meydanında kütləvi aksiya keçirməklə Qarabağdakı separatçı rejim ünsürləri növbəti dəfə sübut etdilər ki, onlar regionda sülhün bərqərar olmaması üçün, revanşizm xislətləri daxil - əllərində olan-qalan bütün resurslarını işə salacaqlar. Hətta belə desək, həmin mitinq sovet illərindəki məcburi kütləvi tədbirə qatılma tələbi ilə paralellik təşkil etdi. Məktəblərdən, qanunsuz hərbi hissələrdən, müxtəlif separatçı idarələrdən və s. yerlərdən gətirilən insanların demək olar ki, heç biri sözdə “kütləvi mitinqin” uğur qazanacağına ümid etmirdilər.
Revanşizmin son çırpınışları
Onlar çox gözəl dərk edirlər ki, artıq Bakı bundan sonra hər hansı oyunbazlıqlara daha əvvəlkilər kimi səbr göstərməyəcək. Məhz bu qorxu, bu hürkü separatçı rejimə rəhbərlik edən quldurları ciddi şəkildə təlaşlandırır. Əbəs deyil ki, bu gün Qarabağdakı cinayətkar rejimə dəstək verən Ermənistan siyasi dairələri də öz kirli işlərini görürlər. Əsas məsələ isə “Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmələri” üzərinə yönəldilib.Məsələn, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının daşnak təmsilçisi İşxan Saqatelyan bildirib: “Artsaxın” hüquqlarına məhdudiyyət qoyulan istənilən sənən tərəfimizdən məhv ediləcək, bu qəbulolunmazdır və biz bütün vasitələrdən istifadə etməklə ona qarşı mübarizə aparacağıq. Hansı variantdan asılı olmayaraq – Amerikalı, Rusiya, Çin ya da Hindistan – onların heç biri əhəmiyyət kəsb etmir”.Saqatelyan bildirib ki, Nikol Paşinyanın təkbaşına erməni xalqının taleyini həll etmək hüququ və mandatı yoxdur. “Biz bir çox dəfə demişik ki, burada yalnız “Artsax” məsələsi deyil, həm də Ermənistanın mövcudluğu dayanır. Bu kloun bizim ölkəmiz və xalqımızla bağlı nə edirsə o məhvə gedir, bunun qarşısını almaq mütləqdir”, deyə revanşist daşnak ünsürü bildirib.
Sonrakı oyunbazlıq məqsədləri də məlumdur – bütün dünyaya “qoymayın, genosidə uğrayırıq” bağırtılarını yaymaq üçün növbəti planlı prosesə doğru hərəkətə keçmək...
Məhz bu baxımdan, Xankəndidəki “kütləvi mitinqin” iştirakçıları arasında Ermənistandan da insanların zorla gətirilməsi məsələsi dayana bilər. Artıq bu haqda müxtəlif erməni mənbələri də yazırlar. Hələlik isə son aylarını, günlərini yaşayan separatçı rejim hələ də ümid edir ki, onlar nəticə etibarı ilə hansısa uğur qazanacaqlar. Amma reallığa qalanda nəinki Qarabağdakı ermənilərin həyatları, o cümlədən, Ermənistanın mövcudluğu get-gedə təhlükə altına atılır. Revanşistlər əsas günahkarların özləri olduqlarını anlamağa məhkumdurlar. Daha dəqiq desək, quldur və daşnak xislətli revanşist toplum öz məqsədlərinə çatmaq üçün hətta proseslərdən bezən sadə erməniləri belə odun-közün altına atmaqdan çəkinmirlər. Sonrakı oyunbazlıq məqsədləri də məlumdur – bütün dünyaya “qoymayın, genosidə uğrayırıq” bağırtılarını yaymaq üçün növbəti planlı prosesə doğru hərəkətə keçmək...
Əgər separatçılar Rusiya sülhməramlıları kontingentinə sığınaraq düşünürlərsə ki, onlara gözün üzərində qaşın var deyən olmayacaq, bu dəfə də yanılırlar. Unutmasınlar ki, 44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə uğurlu antiterror əməliyyatları apararaq mövqe dəqiqləşdirmələrini realizə ediblər. Artıq Xankəndi daxil, cinayətkar rejimin bütün hərəkətləri tam nəzarət altındadır!
Azərbaycan Prezidentinin Praqadakı bəyanatı daim qüvvədədir!
Bəli, o ola bilər ki, hazırda separatizmə və işğalçılığa açıq dəstək göstərən Fransanın siyasi dairələri, habelə Rusiya TV-lərindəki anti-Azərbaycan xarakterli sərsəmləmələrin artması onların öz təbirlərincə Bakıya təzyiq kimi göstərilə bilər. Amma Bakı bunu təzyiq kimi görürmü? Ola bilər ki, təzyiqə cəhd kimi görür, amma bütün bunların Bakı üçün böyük bir HEÇ olması danılmaz faktdır!Azərbaycan Prezidenti hələ Praqa görüşlərində açıq-aydın bəyan etmişdi ki, Qarabağ erməniləri Azərbaycanın tam hüquqlu vətəndaşlarıdırlar və əgər ölkəmizin qanunları altında yaşamaq istəyirlərsə heç bir problem yoxdur, amma bunu istəmirlərsə, yolları Laçın dəhlizindən o tərəfə doğru - Ermənistan istiqamətində açıqdır. Yəni Azərbaycanın suveren ərazilərində ikinci erməni dövlətinin olması əsla qəbuledilməzdir və buna imkan verilməyəcək də!Xankəndidəki son çırpınışlar isə batarkən saman çöpündən yapışmaq cəhdinə, yaxud bir tərəfdən hürən, digər tərəfdən isə quyruq bulayan köpək misalına daha çox bənzəyir. Bu çırpınışların isə əlbəttə ki, nəticəsiz qalacağını bəri başdan söyləyə bilərik. Uzağı ilin sonuna qədər bunu görəcəyik...

Rövşən RƏSULOV
P.S. Yeri gəlmişkən, “mitinqdəki” şüarlar da 1988-ci ildəki separatizm və ekstremizm şüarlarının təkrarı idi. Görünür, ilin sonuna qədər ağıllanmasalar “44”-lük şillənin xatırladılmasına ehtiyac yaranacaq...

Digər xəbərlər