PDF Oxu

Araşdırma

  • 6 118

Fransa yenə səhv edir - RAKURS

image

Yanvarın 17-də Fransa Senatı Azərbaycanın “Dağlıq Qarabağa hərbi hücumunu pisləyən və Ermənistan Respublikasının hər hansı digər təcavüz cəhdlərinin və Ermənistan Respublikasının ərazi bütövlüyünün pozulmasının qarşısını alan” qətnamə layihəsinə baxacaq. Bu barədə Fransa Senatının rəsmi saytında bildirilir. Qətnamədə həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi tələb olunur və Ermənistan əhalisinin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur. Ermənistandan Senata qəbul ediləcək qərar üçün “təşəkkür” məktubları axışmaqdadır. Bütün ermənilər sevinir ki, “böyük bacı” dedikləri Fransa onları effektsiz olsa belə dəstəkləyir. “Çox şeyə görə Fransaya minnətdarıq, lakin bəzən onlar Avropa ölkəsinin rəhbərliyinin etməli olduğundan daha artığını görürlər”. Ermənilərin məktublarındakı sətirlərdəndir bu cümlə çox mətləblərə aydınlıq gətirir.Ermənistanda hesab edirlər ki, qətnamə qəbul edilsə, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsa işləri düzələcək, hətta Qarabağ elə həmin gün Ermənistana veriləcək. Unudurlar ki, Fransanın və bu ölkənin qanunverici orqanlarının Azərbaycana qarşı qəbul edəcəyi heç bir sənəd hüquqi sayıla bilməz. Çünki, Azərbaycan nə edibsə öz ərazilərində edib, torpaqlarını işğaldan azad etmək üçün Fransanın da həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun məhsuldarlığını düz 30 il gözləyib. Beynəlxalq sənədlərdə Qarabağ Azərbaycan torpağı kimi qeyd olunsa da Ermənistan silahlı qüvvələri işğalçı fəaliyyətini davam etdirib. Bəs “ədalətli arbitr” rolunda çıxış edən Fransa niyə bu illər ərzində Ermənistana qarşı hətta təbbehedici qərar belə çıxarmayıb? Axı, beynəlxalq hüquqa zidd addım atan ta əzəldən Ermənistan idi, Paris niyə susurdu? Əgər Ermənistanın təcavüzü Fransa Senatının qəbul etdiyi heç olmasa bir sənəddə öz əksini tapsa idi, bu gün Parisin addımlarını normal qəbul etmək olardı.Buna baxmayaraq Fransanın xarici siyasətində Ermənistan ön cərgələrdə deyil. Belə olmasaydı Fransanın yeni təyin olunmuş xarici işlər naziri Stefan Sejournet bazar günü Almaniyaya, bazar ertəsi isə Polşaya səfər etməz, ilk səfərini “kiçik bacı”sı Ermənistana edərdi. Fransa diplomatiyasının rəhbəri Almaniya və Polşada həmkarları ilə görüşəcək və Ukrayna məsələsini müzakirə edəcəklər. Bəli, Fransa Rusiya-Ukrayna münaqişəsində getdikcə daha fəal rol oynamağa necə can atdığını görürük. Stefan Sejournetin Xarici İşlər Nazirliyinin rəhbəri kimi ilk səfərini Kiyevə etməsi bəzi mətləbləri üzə çıxarır. Müharibənin başlaması üçün bütün imkanlarını ortaya qoyan və 1 il sonra müttəfiqləri olan avropalıları yalqız buraxan ABŞ Fransa və Almaniyanı müharibənin tam ortasına çəkmək istəyir. Fransanın narahatlığı bundadır ki, Yaxın Şərqdə baş verənləri bəhanə edən Amerika Ukrayna kampaniyasını uğurla sonlandırılması üçün hər iki Avropa ölkəsini intihara məcbur edir. Paris və Berlin bunu Vaşinqtonsuz edə biləcəklərini ağıllarının ucundan da keçirmirlər. Rusiya ilə üz-üzə qalmaq ölüm risqi yaradır.Bundan başqa, Paris Böyük Britaniya ilə ayaqlaşmağa çalışır. Hansı ki, artıq Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Sənədi Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak imzalayıb. Müqavilə ingilis dilində “Agreement on Security Cooperation” adlanır. Böyük Britaniya dünyada Ukrayna ilə əməkdaşlığa dair belə bir sənəd imzalayan ilk ölkə oldu. Müqavilə Ukraynanın təhlükəsizliyinə dəstək məqsədilə Britaniya və Ukrayna arasında hərbi və qeyri-hərbi əməkdaşlığı rəsmiləşdirir. Parisdə hamı bunu gördü və ildırım sürəti ilə cavab vermək qərarına gəldi. Çünki, Avropa liderliyi əldən çıxa bilər. Bəli, Parisin böyük iddiaları Ermənistan kimi kiçik məqsədləri ertələməyə yetərlidir. Bu barədə Ermənistanda da baş sındırırlar, bəs niyə biz Fransadan Ermənistana eyni dərəcədə ildırım sürəti ilə dəstək görmədik? Əvəzində Azərbaycan Prezidenti açıq şəkildə rəsmi Parisi ittiham edir və ələ salır: "Biz fransız neokolonializminin ifşasına töhfə verəcəyik və fransız müstəmləkələrinin Fransanın müstəmləkə boyunduruğundan azad edilməsi prosesinə töhfə verəcəyik" deyib. Həmçinin şəxsi heyət daşıyan kimi təsnif edilən “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli avtomobilinin keyfiyyətsiz olduğunu açıqlayıb. Reallıq budur ki, bu maşınlar Bakıda heç bir harahatlıq yaratmır. 2015-ci ildə ABŞ Müdafiə Nazirliyi Afrika ölkələrində fəaliyyət göstərən AMISOM kimi müxtəlif missiyalara çatdırılmaq üçün ABŞ-da Mack Trucks tərəfindən istehsal edilmiş 62 Bastion zirehli transportyoru alıb. Bundan əlavə, 2018-ci ildə ACMAT-ın sahibi olan Arquus AM General şirkəti ilə ABŞ ordusu üçün Bastion zirehli tibbi avtomobil istehsalı üçün müqavilə imzalayıb. Nəhayət, 2023-cü il yanvarın əvvəlində Fransa prezidenti E.Makron Bastionların Ukraynaya təhvil verildiyini elan etdi. Ukrayna tərəfi isə həmin maşınları geri qaytarıb, yararsız, adi minaatanlara qarşı dözümsüz olduğu üçün. Ermənistan Müdafiə Nazirliyi, daha doğrusu silahdan başı çıxan hərbçilər ukraynalılar kimi düşünsələr də Paşinyan hakimiyyətində təmsil olunanlar “Bastion”ların imkanlarından ağızdolusu danışırlar: “Bu, reallıqda çox müasir və nəhəng silahdır, yeri gələndə Azərbaycan onun effektivliyini görə bilər. Amma məsələ ondadır ki, Fransa Azərbaycanı ayağa qaldıracaq daha böyük addımlar atmalıdır”.Paris Afrika ölkələrindən çıxardığı hərbi kontingentin arsenalında olan silahları Ermənistan kimi ölkələrə satmaq fikrindədir. Ermənistan Fransanın məsləhəti və yardımları ilə silahlanır. İrəvanda tez-tez Azərbaycanın Ermənistan ərazisinə hücum edəcəyi barədə məlumatlar tirajlanır. Bunun təkcə Ermənistan üçün deyil, həm də müttəfiqləri üçün çağırış olduğunu düşünürlər. Ermənistan rəhbərliyi hesab edir ki, Fransa Azərbaycanın tərəfində olan Rusiya kimi saxta deyil, real müttəfiqdir: “Sadə dillə desək, bizim Fransadan Ermənistana dəstək üçün güclü addımlar gözləməyə haqqımız var. Ancaq indiyə qədər biz tamamilə fərqli bir şey görürük. Rachida Datinin Fransanın yeni mədəniyyət naziri olması xəbəri şoka salıb. Bu xanım çox bədnamdır. 2010-cu ildə Fransanın ədliyyə naziri vəzifəsində çalışarkən televiziyaya verdiyi müsahibədə “inflyasiya” əvəzinə “fellatio”, yəni “oral seks” sözünü işlətmişdi. ("Mən gördüm ki, bəzi xarici investisiya fondları 20 və ya 25% gəlir əldə etmək istəyir, halbuki “fellatio” indi sıfıra yaxındır", Dati “Canal Plus”un jurnalistinə demişdi). Beləliklə, o, asanlıqla və təbii olaraq inflyasiyanı oral sekslə qarışdırdı. Datinin bu yanaşması Fransanın hakim təbəqəsinə xasdır, deyə bilərik.Ermənistanda Azərbaycanı açıq dəstəkləyən xanımın belə yüksək posta təyin olunması absurd və qəbuledilməz adlandırırlar. “Bu, heç də Fransa rəhbərliyinin etməli olduğu şey deyil. Ancaq gördüyümüz kimi, bunun sonu belədir. Azərbaycanı sevindirmək üçün bizim gözümüzdə nüfuzunuzu itirmək. Parisin səhvi düzəltmə vaxtıdır. Və nə qədər tez olsa, onun üçün bir o qədər yaxşıdır”, deyə erməni cəmiyyəti Makron hakimiyyətini hədələməkdən də çəkinmirlər.
Simonyan nədə yanılır?
Milli Assambleyanın sədri Alen Simonyan barəsində Ermənistan mediasında maraqlı yazı dərc edilib. Onun fikirləri ilə razılaşan da var, razılaşmayan da. O, bu dəfə bir bəyanatda bir-birini inkar edən iki mesajı səsləndirməyi bacarıb. Bu, həm Ermənistan, həm də dünya siyasətində yeni bir şeydir, deyə bilərik. Simonyan hesab edir ki, Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən ölkələr, bunun üçün “yaxşı” vasitəçi olmağa çalışacaqlar. Bununla mübahisə etmək olmaz. Çünki dünyanın istənilən ölkəsi, təbii ki, həmişə və hər yerdə, ilk növbədə, öz milli və dövlət maraqlarını düşünür. Fərqli bir şeyə inanmaq sadəcə sadəlövhlük deyil, həm də kriminal axmaqlıqdır.Sonda dəfələrlə sübut olunub ki, böyük siyasətdə əbədi dostlar yoxdur, yalnız əbədi maraqlar var. Simonyan bunu nəinki başa düşür, hətta bəyan edir. Onun sözlərinə görə, sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu, təbiidir. Amma hər bir ayrı-ayrı ölkənin dövlət maraqları ilə yanaşı, müxtəlif dövlətləri birləşdirən bir şey də var. “Məsələn, fransızların bizi gözəl gözlərimizə və tariximizə görə sevdiyini düşünmək üçün romantik olmağa ehtiyac yoxdur, amma başqaları bizi sevmir - bunlar nağıllardır. Maraqlar ya üst-üstə düşür, ya da üst-üstə düşmür”, - Simonyan bildirib. Əlavə edib ki, “Ermənistan onu əslində Rusiya Federasiyasının subyekti kimi görənlərdən xilas oldu. Bəli, məhz Robert Köçəryan və Serj Sarkisyanın dövründə ölkəmiz bir çox dövlətçilik və suverenlik atributlarını itirdi, Kremldən asılı vəziyyətə düşdü. Bütün bunlara müqavimət göstərmək, bu ahtapotun əlindən qaçmaq inanılmaz dərəcədə çətin bir işdir. Qərbdə isə bizi mübarizə apardığımız üçün qiymətləndirirlər”.Alen Simonyanın çıxışının ikinci hissəsini dinləmək daha təəccüblü idi. “Mən istisna etmirəm ki, birbaşa danışıqlar da baş verə bilər, çünki bizim belə danışıqlarda müsbət təcrübəmiz olub... Amma təbii ki, beynəlxalq ictimaiyyət də mühüm məqamdır”, o hesab edir. Ermənilər sual edirlər “Simonyan kiminlə birbaşa danışıqlar aparmağı təklif edir, Ermənistanı və Fransanı təhdid edən ölkə ilə?”. Ermənistan hakimiyyəti və eyni zamanda müxalifət Bakının İrəvan və Zəngəzura qarşı ərazi iddiaları səsləndirdiyini deyirlər. Düşünürlər ki, Bakı ilə dialoqa getmək uduzmağa bərabərdir. Hakimiyyəti təmsil edən Simonyanın danışıqların iki ölkə arasında, vasitəçilərsiz aparılmasını sanki düşmənçilik kimi qələmə verirlər. Halbuki son 30 ildə danışıqların heç bir nəticə verməməsinin əsas səbəbi də vasitəçilərin çox olması və xüsusən də həmin həmsədr ölkələrin bu münaqişəni söndürməkdə maraqlarının olmaması idi. Deməli yeni vasitəşilərin danışıqlara cəlb olunmasını istəyənlər, əslində yeni müharibənin baş verməsini arzulayanlardır.Ermənilər bir dəfə palçığa düşdülər, 30 il çamurda çapaladılar, nəticədə uduzdular. Növbəti bataqlıq da hazırlanmaqdadır, erməni lobbisinin əli ilə. Onlara bəlli ölkələr də yardım etmək niyyətini gizlətmir. Bəs, ermənilər necə, buna gedəcəklərmi? Dünya ordularının qlobal reytinqi yayılıb. Siyahıda həm şəxsi heyət, həm də silahlı qüvvələrin maliyyələşdirilməsi ilə bağlı parametrləri nəzərə alır. Hərbi gücə görə ABŞ illik Global Firepower reytinqinə başçılıq edir, Rusiya hələ də ikinci, Çin isə ilk üçlüyü qapayır. Ermənistan ötən il olduğu kimi reytinqdə 102-cidir. Azərbaycan 59-cu, Gürcüstan isə 84-cü yerlərdə qərarlaşıb. İllik indeksdə hər bir ölkənin hərbi gücünü müəyyən etmək üçün ümumilikdə 60 faktor nəzərə alınır. Bunlar: şəxsi heyətin sayı, silah və hərbi texnika, maliyyə investisiyaları və bir çox digər parametrlərdir.Məntiqi sual yaranır, Ermənistan vəermənilər hansı reytinqlə döyüşə hazırlaşırlar?

V.VƏLİYEV

Digər xəbərlər