Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun öz işinə başlaması mükəmməl platforma kimi bir daha Azərbaycanın regional sülh və həmrəylik mərkəzi olduğunu təsdiqlədi.
Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında diqqəti bir qlobal forumdan digərinə keçərkən fəaliyyət sahəsinin getdikcə genişləndiyinə yönəldərək təmasların son dərəcə fəal olduğunu bildirdi. Onu da əlavə etdi ki, dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir.
Forumda iştirak edən Prezident cənab İlham Əliyev bildirdi ki, "Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik." XIII Qlobal Bakı Forumunda dünya birliyinə çatdırılan mesajlar konkret və tam aydındır. Qeyd dək ki, Azərbaycanın təqdim etdiyi ümumdünya çağırışları isə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi və faydalı siyasi dialoqun təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etmək lazımdır ki. Avropa İttifaqı ilə münasibətlər müxtəlif səviyyələrdə aparılan dialoq üzərində qurulub. Son dövrlərdə Avropa Komissiyasının nümayəndələrinin regiona tez-tez səfərləri bu əməkdaşlığın dinamik və davamlı olduğunu nümayiş etdirir. Azərbaycan-Avropa İttifaqı münasibətləri çoxşaxəli və strateji xarakter daşıyır. Enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq, nəqliyyat imkanları və regional sabitlik bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı