Köşə

  • 4 046

Biz niyə Qələbə çaldıq? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

55 milyon insanın həlakı, onlarla ölkənin, on minlərlə şəhər kəndin dağılması ilə müşayiət olunan II Dünya Müharibəsi illəri bəşəriyyət tarixində ən ağır və dəhşətli dövr oldu. Almaniya və İtaliyada meydana gələn faşizm kabusu nəinki bu ölkələrin özünü, bütün bəşəriyyəti təhlükə altına almışdı.

Bu müharibənin ən böyük hədəfi də SSRİ oldu. Bəşəriyyəti faşizmdən isə elə Sovet İttfaqı xilas etdi. 1945-ci il mayın 8-i gecəsi Almaniyanın təslim olması haqda müqavilə imzalandı- bu, əslində, Yaponiya ilə haqq-hesabın daha sonra çürüdülməsinə baxmayaraq, bəşəriyyət tarixində ən dəhşətli müharibənin sona çatmasını xəbər verirdi.

Böyük Vətən Müharibəsi illərində Sovet vaxtı dünya tarixində misli görünməmiş qəhrəmanlıq göstərdilər. 141-ci il 22 iyun gecəsində Almaniya işğal etdiyi 6 dövlətin orduları ilə birlikdə SSRİ-yə qəfil hücum etmişdi və hazırlıqsız yaxalanan Qızıl Ordu çətin vəziyyətə düşmüşdü.

Düşməndən canlı qüvvə, silah-sursat və hərbi texnika sayına görə 3 dəfə zəif olan Sovet Ordusu bu müharibədə yüksək mənəvi-ideoloji üstünlük, vətənpərvərlik, döyüşkənlik, xalqın birliyi, arxa cəbhənin ağlagəlməz dərəcədə gərgin zəhməti və nəhayət Stalin başqa olmaqla Sovet generalitetinin ağıllı taktikaları sayəsində qalib gəldi.

Bəşəriyyətin qorxunc faşizmdən xilas edilməsində respublikamızın da əvəzedilməz xidmətləri oldu. Azərbaycan xalqının oğul və qızları həm agır döyüşlərin getdiyi cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq nümunələri göstərdilər.

Qısa zamanda respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstəsi təşkil olundu. 1941-1945-ci Azərbaycanın 3,4 milyon əhalisindən 600 mindən çoxu cəbhəyə yollanmışdı ki, onlardan da yarısı döyüşlərdə həlak oldu. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz döyüş yolu keçdilər.

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bunlardan Həzi Aslanov (2 dəfə), Adil Quliyev, Ziya Bunyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov və başqalarını göstərmək olar.

Bundan başqa, 30 nəfər Şərəf ordeni ilə təltif olundu. Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazdılar. Ümumilikdə isə, 170 mindən artıq Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edildi.

Respublika iqtisadiyyatı cəbhə üçün işləməyə başladı. Az bir vaxtda Bakı Qızıl Ordunun ən mühüm cəbbəxanalarından birinə çevrildi. Müharibə illərində Bakıda cəbhə üçün 130 növ silah və döyüş sursatı da istehsal olunub.

Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər. 1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı, paltar və ərzaqla dolu yük qatarları və gəmilər yollanırdı.

1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox- 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 70%-dən çoxunu təşkil edirdi.

Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, o cümlədən 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti də vacib amillərdən biri oldu.

Lakin Azərbaycan xalqının bu müharibədə əsas xidməti cəbhəyə neft vermək deyildi. Yüz minlərlə əsgərimizin qəhrəmancasına döyüşməsi, o vaxtkı respublika rəhbəri Mircəfər Bağırov başda olmaqla xalqımızın arxa cəbhədə mütəşəkkil və gərgin fəaliyyəti əsas rol sayılmalıdır.

Müharibə illərində neft sənayesi naziri olmuş Nikolay Baybakovun sözləri ilə desək, “faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir digər respublika etməmişdir”.

Digər xəbərlər