Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə telefon danışığı aparıb. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib. "Hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.
Qeyd olunub ki, tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.
Mətləb
Ukrayna Krımı təcrid etməyə başlayıb...