Köşə

  • 2 267

“ Pa atonnan kolxozçu da deputat kimi danışır”

image

“Əhməd haradadır” kinofilmində belə bir epizod var: Nərgiz xala Zülümovun sinəsindən itələyib, şəstlə və iddialı forma da müdirin kabinetinə keçir. Gözləmədiyi təpkidən duruxan Zülümov gözlərini döyə-döyə Nərgiz xalanın arxasınca baxıb, sonra da yanında dayanan şəxsə “deputatdı, yuxarıdan gəlib” deyə sual edincə “xeyir kolxozdan gəlib” cavabını eşidir. Zülümov başını bulayıb “pa atonnan kolxozçu da deputat kimi danışır” deyə gileylənir. O zaman üçün gileylənməyə dəyərdi, çünki fəhlənin, kolxozçunun dəyəri və hörməti vardı.

Kimsə harasa işə düzəlmək istəyirdisə, tərcümeyi-halında “kolxozçu ailəsində doğulmuşam” fikrindən geninə boluna istifadə edirdi. İşəgötürən bu sözlərdən xoşlanır və seçimdə digərləri ilə müqayisə də kolxozçu ailəsində doğulana üstünlük verilirdi. İdi isə payız gəlməmiş saralan yarpaqlar kimi, kolxozçularında sifətləri saralıb, kefləri aşağı düşüb. Heç onlara salam kəlam edənlər də olmur. Nədən ki, fəhlənin, kolxozçunun pulu parası yoxdur, geyimi keçimi də ki, çoxlarına xoş deyil. İndiki dövr də pullu, paralı sahibkarların, biznesmenlərin, vəzifə mənsublarının dövranıdı. Ona görə də, çoxları biznesə girişir, vəzifə pillələrində üzü yuxarıya doğru irəliləməyə çalışır. Yəni insanlar harada çox pul qazanmaq imkanı varsa, oraya can atırlar. Deputat olmaq istəyənlərin sayı da kifayət qədərdir.

Bu gün kimin evində 5 min manatdan yuxarı pulu varsa deputatlıq marafonuna qoşulmağa hazırlaşır. İşi-gücü olmayan, ancaq hansısa vəzifə də olmuş şəxslər də deputat olmaq iddiasındadır. Siyasi partiya funksionerləri, QHT rəhbərləri, media mənsubları, şou əhli, elmdə var-gəl edənlər, bir sözlə cəmiyyətin bütün iddialı və hikkəli təbəqəsi deputat olub, cibində ən azı 5 il mandat gəzdirmək arzusundadır. İnanın 98 nəfərlə söhbət əsnasında və telefon zəngləri zamanı məlum olur ki, onlar Milli Məclisə keçiriləcək seçkilər də namizədliklərini irəli sürmək fikrindədilər. Məndən onlara dəstək olmalarını xahiş edənlər də olub. Təbii ki, mən də hər kəsə “xeyirli olsun” deməklə yanaşı, “sən əsl deputatsan ki, varsan” deməklə uğurlar arzulayıram.

Elə şəxslər də var ki, deputatlıqla kifayətlənməyib, indidən komitə sədrlərinin yerinə göz dikirlər, deyirlər ki, mütləq komitə sədri olacağıq. Olsunlar, arzulara və xəyallara kimdir ki, sədd yaradan. Birdəki qanunla hər kəs deputatlığa namizədliyini irəli sürə bilər. Pulları varsa onları da xərcləmək də problem yoxdur. Qapı-qapı düşüb insanlara yağlı vədlər verməklə onlardan səs istəmək də qəbahət deyil. Sadəcə əmmaqulusu ondan ibarətdir ki, qanunverici orqan çox mötəbər bir yerdir. Deputat olmaq üçün səlis danışıq qabiliyyətin olmalıdır, seçicilərin istəklərinə uyğun olaraq təşəbbüslərlə çıxış edib, ideyalar, təkliflər irəli sürməyi bacarmalısan. Qanuvericilik aktlarının müzakirəsində fəallıq göstərib, mükəmməl qanun layihəsinin qəbulunda iştirak etməlisən. Bilik və savadınla fərqlənməyə çalışmalısan. Yəni nümunəvi bir şəxs olaraq seçilənlərdən olmalısan.

Təəssüflər olsun mənəm-mənəmlikdən çıxış edən çoxluq xəyallarla, rellıqları səhv salırlar. Anlamırlar ki, gerçək həyat və fəaliyyət mövcuddur. Razılaşaq ki, bu gün Milli Məclisdə elə deputalarımız var ki, çox passivdirlər. Qanunların müzakirəsi zamanı ağızlarını açıb, danışmırlar. Çünki potensialları yoxdur, təşəbbüskar deyillər, bilik baxımından da ciddi problemlərə malikdirlər. Söz yox ki, belə şəxslər cəmiyyətin inkişafına heç bir tövhə verə bilməzlər. Seçicilərinin də maraqlarını, problem və qayğılarını həll etmək də acizdirlər. Bu baxımdan bəlkə də hər kəs hansısa yolla deputat ola bilər, lakin onların fəaliyyətləri “get naxıra, gəl axura” məsələndən fərqlənməyəcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər