PDF Oxu

Köşə

  • 12

“İctimai Palata”da “cavanlar” “qocaları” sıxışdırır

“İctimai Palata”da “cavanlar” “qocaları” sıxışdırır

İlyas İsmayılov:

Cavan radikallar dirənib daşa,
Bizim ideyalar düşülmür başa,
Bizlər "İslahat"da qalırıq, haşa...
Bu blok çox "İP"-i dartmağa qadir.

Fəzail İbrahimli:

Deyin, şər üstündən min şər gəlirsə,
Sizə bosslardan da xətər gəlirsə,
Əgər yerinizə gənclər gəlirsə,
Qaldız kürsünüzdə siz nəyə xatir?

İlyas İsmayılov:

İndi Con radikal, İvan radikal,
Qalıb ac, yalavac, yavan, radikal,
Nəyə arxalanır cavan radikal?..
Yaşlı radikalda məlumat nadir.

Fəzail İbrahimli:

Keçmişdən ayrılıb getməkdə qatar,
Köhnə liderlərdə mat yoxdu, pat var,
Məclisdə bizlərdən üç deputat var,
Sabirin qəlbində xəzinə yatır.

İlyas İsmayılov:

Ədalətimə mən iri deyirəm,
Qoca liderlərə diri deyirəm,
"SİDSUH"-u gətirək geri deyirəm,
Onun ətrafında yaradaq çadır.

Fəzail İbrahimli:

Çoxdu sizinkindən mənim boss payım,
Sizlər kövrəksiniz, bizlər çox qaim,
Adımız yüksəyə qalxmaqda daim,
Günbəgün qocaman adınız batır.
İlyas İsmayılov:

Cavan radikallar çox baş əkəcək,
Bossun qrantını bura tökəcək,
"İP"-i arxasınca "SİDSUH" çəkəcək,
Boss nə qazanırsa, tezliklə satır.

Fəzail İbrahimli:

Siyasi toxumu yaxşı əkək ki,
Hələ laxlamayıb möhkəm məhək ki?!
Gənclər elə gözəl işləyəcək ki,
Qrant göndərəcək bosslar min qatır.

İlyas İsmayılov:

Bizlərə xaricdən gəlir müf çörək,
Lazım boss önündə çox işlər görək,
Köhnə liderlərdən öyrənmək gərək,
İtin də, "İP"-in də bankası atır.

Fəzail İbrahimli:

Qoy "İP"-də qalmasın gözü bir kəsin,
Eybi yox qocalar qrant dişləsin,
Cavanlar coşaraq fəal işləsin,
Sən də bir qoca tək yerində otur.

İlyas İsmayılov:

İndi pula getmir boss göndərən mal,
Gənclər meydanlarda dayanmaqda lal,
Cavan radikalda qalıbmı bir hal?
Mitinqdə uğurlu qocalar udur.
Fəzail İbrahimli:

Sizlərə iradı yox bir vəkilin,
Çıxıb meydanlardan evə əkilin,
Artıq qocasınız geri çəkilin,
Sizlərə çatacaq sözümüz budur.

İlyas İsmayılov:

Boş yeri zəbt etmə öz yerin kimi,
Sayma dayazını sən dərin kimi,
Xeyli qazanıbsan liderin kimi,
Sən də yerini bil, bala, az qudur.

Fəzail İbrahimli:

Çalın başınıza ərəbi çalma,
Oturub bir küncdə tıxmayın dolma,
Çoxunuz "Demkonqres", "SİDSUH"-dan qalma,
Köhnə bədəniniz olubdu qotur.

İlyas İsmayılov:

Ömrünüz sərf olub artıq israfa,
Yumun ağzınızı, donar qrafa!..
Əslində, sizdə yox qanar qrafa,
Guya ki, sözünüz bizimlə tutur.

Fəzail İbrahimli:

Başlama sözünü odlu nidayla,
İndi iş qurulmur, dəblə, modayla,
Biz üzə çıxmadıq bu cür qidayla,
Sizin təamınız kif, zəhər dadır.
İlyas İsmayılov:

Bizim aramızda mərəkə yoxdu,
Sizdə də bir işlək şəbəkə yoxdu,
Sözsüz, özünüzdə dərrakə yoxdu,
Bizim təcrübədən bir ibrət götür.

Fəzail İbrahimli:

Meydanda az bossla gələmədik döşə,
Tapın özünüzə münasib peşə,
Biz çox becərmişik nərgiz, bənövşə,
Qoca bağınızda qanqallar bitir.

İlyas İsmayılov:

Başımız üstündə çoxlu çətirlər,
Bizim adımızla doldu titrlər,
Biz arxada qoyduq kilometrlər,
Gedə bilmədiniz heç bircə metr.

Fəzail İbrahimli:

Xaric bəyənməkdə fəal tezləri,
Pozduq meydanlardan o səhv izləri,
Çox boss çəkindirir sizdən bizləri,
Sizin təcrübədən gəlmir xoş ətir.

İlyas İsmayılov:

Bizlər peşəkarıq lət götürməkdə,
Adınız qoşadı dərd ötürməkdə,
Sizlər mahirsiniz bəd gətirməkdə,
Çıxmadı dilindən bircə xoş sətir.

Fəzail İbrahimli:

Səni inkar edir öz cavanların,
Xaricə aparan iz cavanların,
İndi dövranıdı biz cavanların,
Artıq siz kaftarlar sıradan itir.

Digər xəbərlər