Pənah Hüseynov:
Jirinovski məni Raufla birgə,
Çağırdı Rusiyaya baxmağa sirkə,
Bizlər qulağacan batmışdıq çirkə,
Yesentukidə biz xoş ovqatdayıq.
Qüdrət Həsənquliyev:
Lap çox öyündünüz sinə döyərək,
Bossu taladınız qrant yeyərək,
Qaçıb dağıldınız mitinq deyərək,
Sizi bircə gün də görmədik ayıq.
Pənah Hüseynov:
Biz yerə qoymadıq, əsla, yarağı,
Xaric də olmadı saqqal darağı,
O orda, biz burda bir bez qırağı,
Jirinovski bizə, biz ona layiq.
Qüdrət Həsənquliyev:
Sizin Jirinovski bənzər cüdama,
Siyasi meyliniz gedir xitama,
Dönə bilmədiniz yaxşı adama,
Nə qədər oxusa sizinçün Faiq.
Pənah Hüseynov:
Daim boss önündə yerə qoyduq diz,
Radikal tarixdə qoymadıq bir iz,
Vallah, bir iş görə bilmədikdə biz,
Əlinin, İsanın özünə tayıq.
Qüdrət Həsənquliyev:
Rusun küçəsini gedib az tozda,
Xodunu endirib xeyli tormozda,
Qalıb qiyamətə uğurunuz da,
Xəzər sularında batıbdı qayıq.
Pənah Hüseynov:
Ruslarda liberal lox yavaşıyıb,
Burda ac hücumda, tox yavaşıyıb,
Kür, Araz ifrat tək çox yavaşıyıb,
Şimali Qafqazda ən iti çayıq.
Qüdrət Həsənquliyev:
Keçmişiniz yüz il geridə qaldı,
Gələcəyə gedən maraq azaldı,
A Pənah, Raufla səndən fəaldı,
Tarlaya qoyulan adi bir uyuq.
Pənah Hüseynov:
İndi öləziyir ifrat harayı,
Bizlər intizarla gözlərik yayı,
Onlar günü-gündən azaltdı payı,
Pis xidmət eyləyən bosslara payıq.
Qüdrət Həsənquliyev:
Xarici bossların önündə kölə,
Adi məqamlardı uyarıq felə,
Fevralı, apreli vermişik yelə,
Uğuru daşlara çırpılmış mayıq.
Pənah Hüseynov:
Bir Yesentukidə hər cürə hikmət,
Kim durub edəcək bizi məzəmmət,
Kababdan bu qədər almadım ləzzət,
Burda xoş gəlməkdə bizlərə sıyıq.
Qüdrət Həsənquliyev:
İndi parkımızda bitməkdə palma,
Bizlərdə var hər cür nar, armud, alma,
Nə tez unuduldu plovla dolma?
Azmı yemisiniz burada toyuq?
Pənah Hüseynov:
Jirinovski bilir bizdən çox üsul,
Qoydu müsəlmanı pis günə qüsul,
Rusiya çölündə qalmaq çox məqbul,
İndi radikalla dolub hər oyuq.
Qüdrət Həsənquliyev:
Tanrı da verdiyi canı almamış,
Nə səndə, Raufda qüvvə qalmamış,
Sizi isti hava əldən salmamış,
Canınıza qənim kəsilib soyuq.
Pənah Hüseynov:
Bu gəlir bizlərə güc, səmər kimi,
Radikal yellənir südəmər kimi,
Əlimiz boşdadı Müəmmər kimi,
Bu gün çinlilər tək gözümüz qıyıq.
Qüdrət Həsənquliyev:
Şərəf də gəlmədi postlarınıza,
Etibar edəndə dostlarınıza,
İnanmayaydınız bosslarınıza,
Deyəndə sizlərə layiq daydayıq.
Pənah Hüseynov:
Hətta əqidəmiz bağlıdı bütlə,
Yürüşün sürəti ölçülər bitlə,
Nə boss bizi sevir, nə də ki, kütlə,
Dəstəkçi kütləyə bir tulapayı.
Qüdrət Həsənquliyev:
Hara göndərdilər qaçıb getdiniz,
Sizi axtaranda gözdən itdiniz,
Lider sindromunu tez puç etdiniz,
Artıq çox çox gec oldu düşəndə duyuq.
Pənah Hüseynov:
Ali məqam tapar ali soylular,
Payızda dirçələr martlı-maylılar,
Avropada gəzir ucaboylular,
Siyasi meydanda biz qısa boyuq.
Qüdrət Həsənquliyev:
Uydunuz xarici fitnəyə-felə,
Daim qərq oldunuz tufana, selə,
Yalandan yüksəkdən getsəniz belə,
Siyasi səhnədə oldunuz yoluq.
Pənah Hüseynov:
Sürətli olmadıq heç də qılçadan,
Adi bir jest ilə düşdük nalçadan,
Ən ucuz dəyərsiz nimdaş parçadan,
Bossun qatırına örtüyük, çuluq.
Qüdrət Həsənquliyev:
Yayın bürküsündə tut döyürsünüz,
Erməni adıyla tat döyürsünüz,
Əlidən, İsadan dad döyürsünüz,
Röyayla işləmək istəyir Tolik.