PDF Oxu

Köşə

  • 25

Lalə Hacıyeva ALP-yə qayıtmaq istəyir

Lalə Hacıyeva ALP-yə qayıtmaq istəyir

Lalə Hacıyeva:

Burda mənim səsim az yüksəlirdi,
"MBF"-yə qrant cüzi gəlirdi,
İlk amacım bossdan gələn gəlirdi,
İctimai birlik gəlir gətirmir,
"MBH" də heç bar-bəhər gətirmir,
Getməyimdən heç kim heç nə itirmir.

Əvəz Temirxan:

Uğur gətirmədi para niyyətin,
De, aparırı səni hara niyyətin,
Söylə, nədi sənin qara niyyətin?
Arzuların yaşıllıqlar bitirmir.

Lalə Hacıyeva:

Sənə qarşı yox qəlbimdə qəzəb, kin,
İnanıram arzularım olar çin,
Yenə səni mən edərəm müavin,
Mən ALP-yə qayıdıram, budur sirr.

Əvəz Temirxan:

Öz gücümü ətrafımdan alıram,
Meyilimi qurumuma salıram,
Mən ALP-nin sədri kimi qalıram,
Bir məni də başa düş, a Kirli Kir.

Lalə Hacıyeva:

Sən yanımda daim oldun bivec, lox,
A yekəbaş, dilini qarnına sox,
Qabağımı kəsməyə heç gücün yox,
Sən gülləmi sıxdığım bir adi tir.

Əvəz Temirxan:

Sən ağlını öz başına eylə cəm,
Gözümə də görükürsən xeyli dəm,
ALP-də sədr mənim özüməm,
Sən tərəfdən bu, çox böyük bir kəsir.

Lalə Hacıyeva:

Çox sümürdün təam dolu parçımı,
Sən alqışla mənim dönüm marşımı,
Cürət edib kəssən mənim qarşımı,
Eyləyərəm, əlbət, səni mən yesir.

Əvəz Temirxan:

Çoxdan idi dırmaşmırdın barıma,
ALP də yetişirdi karıma,
Mən 17 adam qoşdum quruma,
Amansızlıq etdi mənə pis təsir.

Lalə Hacıyeva:

Vaxt var idi mən sinəmi dağladım,
Sənin üçün hönkür-hönkür ağladım,
ALP-yə ümidimi bağladım,
"MBH"-də indi küləklər əsir.

Əvəz Temirxan:

Sən Əvəzi döyüşkən şəxs tək tanı,
Kürsü üçün axıdaram mən qanı,
Parçalaram sənin kimi aslanı,
Sən qadınsan, mənsə güclü oğlan şir.

Lalə Hacıyeva:

Düzgün atdım sənə doğru torumu,
Şit etmisən mənim duzlu şorumu,
Sən məcbursan tərk etməyə qurumu,
Mən Qəddafi, sən qarşımda gic Misir.
Əvəz Temirxan:

Hadisəni nə şişirtmə, nə şişmə,
Hər gün yeni bir xam xəyala düşmə,
"MBH"-ni ALP-yə dəyişmə,
Sən həsirsən, mənsə bir Məmmədnəsir.

Lalə Hacıyeva:

Ay üzlüyəm, yeni Ay tək bədr olum,
Həm Aynesə düşən "Milli metr" olum,
ALP-də mən yenidən sədr olum,
Sən yenə də mənim qoltuğuma gir.

Əvəz Temirxan:

Zəif qarı, çox olaram gücdə mən,
Heç gəlmədim səninlə də vəcdə mən,
Çox etmişəm əvvəl sənə səcdə mən,
ALP-də Əvəz Temirxandı pir.

Lalə Hacıyeva:

Uzadaram sənə şərab dolu cam,
Bəyanatdan indi özün çək əncam,
Verməmişəm çoxdan sənə sərəncam,
Gəlişim də deyən yerinə düşür.

Əvəz Temirxan:

Əgər kinlə çıxsan mənim qarşıma,
Səni qatmaq olmaz, sözsüz, borşuma,
Sən niqini döyəcəksən başıma,
Görərsən ki, Əvəz də səndən küsür.

Lalə Hacıyeva:

Özüm sənə içirdərəm mey camla,
Dindir məni Əvəz, şirin kəlamla,
Gəlişimi risk eyləyib salamla,
Mənim üçün çöldən lalələr döşür.

Əvəz Temirxan:

20 ildə mən olmadım heç də dəm,
Yaxın gəlmə mənə, Lalə, zökəməm,
ALP-nin sədri kimi möhkəməm,
Götürərəm səni quruma naşir.

Lalə Hacıyeva:

Bilirəm ki, ciyərin tutub vərəm,
İşgüzaram, işləməkdən qan-tərəm,
Mən qolumu çirmələyib işlərəm,
Pulunu al, get küncdə yuxu bişir.

Əvəz Temirxan:

Gəlməmişəm nə xeyrimə, şərimə,
Ehtiyacın yoxdu yəqin "həri"mə,
Son olaraq girsən mənim yerimə,
Müəllim ollam, əllərimdə təbaşir.

Lalə Hacıyeva:

Son zamanlar, Əvəz, həddini aşdın,
Həmişə də qabağımdan tez qaçdın,
Gəlişimə yaman mənfi yanaşdın,
Kin, paxıllıq deyən qəlbini deşir.

Əvəz Temirxan:

Lalə, dolan ətrafımda sən formal,
Qorxum da yox, mən əsil Bəbrək Karmal,
Səninkindən mənim fiqurum normal,
Ömrün keçdi, ancaq bir qarnın şişir.

Digər xəbərlər