PDF Oxu

Köşə

  • 31

İt dalınca sürünə-sürünə gedən "İP"

İt dalınca sürünə-sürünə gedən "İP"

Əli Məsimov:

Radikallar bürünüblər xalata,
Girişiblər boss göndərən salata,
Xoda düşmür "İctimai Palata",
Özü yoxdu, "İP"-in ucu görünür,
Yəqin iflas dumanına bürünür,
O, get-gedə məchulluğa sürünür.

Fazil Mustafa:

İsa, Əli dayanıbdı çox rahat,
"İP"-ləri də eyləyib çoxdan vəfat,
Tərpənməli MM-dəki "İslahat",
İş görməyə radikallar ərinir.

Əli Məsimov:

Üz də vurub o, Şimalda ayıya,
Ümid edir Semə, Piter dayıya,
Bir ucu da sallanıbdı quyuya,
"İP"-in üstə bulaşıbdı çirkab, kir.

Fazil Mustafa:

Görünmür ifratın gözünə qiblə,
"İP"-çün Paris olub düzünə qiblə,
İsa Qərbi sayır özünə qiblə,
ABŞ olub Əli üçün ağır pir.

Əli Məsimov:

Sakitləşir alanda ad deputat,
Burda gücsüz, əlbəttə, yad deputat,
Bir iş görməz hətta ifrat deputat,
"İP" etməkdə liderləri hədəf, tir.

Fazil Mustafa:

Cürəti yox bərk ayaqda, davada,
Kef də çəkir sakit, təmiz havada,
Boss gəlməsə sakit yatır yuvada,
Qrant alan lider dönüb olur şir.
Əli Məsimov:

İsa başda qamarlayır nəməri,
Əli bəysə doldurmaqda çəmbəri,
Qurşanaram deyir şəhid kəməri,
Bu liderlər söylər qılığıma gir.

Fazil Mustafa:

Liderlərin üzü-başı ziyilli,
İfrat olub cəyilsizli- cəyilli,
Bu palata boşalmağa meyilli,
Bərkiməzdir, əlbəttə, "İP", bu, bir sirr.

Əli Məsimov:

Radikallar öz "İP"-iylə olub pat,
Bir iş görməz tam əmin ol, ol rahat,
MM-dəki "Demokratik", "İslahat"...
Bu dünyada bosslar çoxdu, ifrat bir.

Fazil Mustafa:

İfratlardı bu gün bizdə laxlayan,
Qross gəlsə, onunla "yüz mıxlayan",
Sözsüz, radikalı bossdu saxlayan,
Əli, İsa olub bosslara əsir.

Əli Məsimov:

"İP" ucunu ovucunda sıxanda,
Boss payını həm tələsik tıxanda,
Ayda-ildə bossun səsi çıxanda,
Radikalın əli-ayağı əsir.
Fazil Mustafa:

Möhkəm qoyulmayıb ifrat təməli,
Bədxahlıq sayılır İsa əməli,
Bossun sözü ilə teylənən Əli,
Quyuya sallanan o "İP"-i kəsir.

Əli Məsimov:

Bunlarınkı adi mədhiyyə qoşmaq,
Tapşırsan hər biri cütləyər başmaq,
Olmaz mitinq deyib yalandan coşmaq,
Bax, bu cür qüsurlar sayılır kəsir.

Fazil Mustafa:

Başını bulayır boss İvan, həm Cim,
Vallah, razı qalmaz bunlardan heç kim,
Böhtanlar bunların ruhuna hakim,
Böhtan söz adama eyləyər təsir.

Əli Məsimov:

Üst-üstə qoymadı biri çöpü də,
Öndə gedəni də, naqis tipi də,
Əlisi-İsası, iti, "İP"-i də,
Xarici bossların əlində yesir.

Fazil Mustafa:

Qabağa yeridi mədh qoşan da,
İrəli atılır coşmaz, coşan da,
Sığmır ağızlara çullu dovşan da,
Bir Məmmədnəsirdi, bir də ki, həsir.
Əli Məsimov:

Xoşlarına gəlir naz buraxanda,
Şikayət edirlər paz buraxanda,
Bosslar da qrantı az buraxanda,
İsası, Əlisi mıs vurub küsür.

Fazil Mustafa:

Bədxahlar uyublar fitnəyə- felə,
Liderlər ömrünü veriblər yelə,
İşə sala bilmir bir "İP"-i belə,
Hər biri kəvəzə, həm mənfi ünsür.

Əli Məsimov:

Onların başına şimşəklər çaxdı,
Dönübdü tərsinə radikal baxtı,
Ötəndə bir qədər qrantın vaxtı,
Çevrilib olurlar həm ağlağan, kür.

Fazil Mustafa:

Bosslar eylədilər sizləri kəniz,
Tutmadı yerini məna- məğziniz,
Dada çatmayacaq vapşe ağzınız,
A bədxah liderlər, hürəsən ki, hür.

Əli Məsimov:

Onlar on liderin beşi deyildir,
Vədinə xilaflar kişi deyildir,
İş görmək onların işi deyildir,
O cür danışanlar qurtarar bu cür.

Fazil Mustafa:

Sifətlər, qarınlar veribdi piyə,
Boss büküb bunları çirkli əskiyə,
Hamısının meyli pula, viskiyə,
Araz aşığından, topuğundan Kür.

Digər xəbərlər