PDF Oxu

Köşə

  • 15

Biznesi siyasətdən üstün tutan müxalifətçilərin sayı artır

Biznesi siyasətdən üstün tutan müxalifətçilərin sayı artır

Sülhəddin Əkbər:

Uzun müddət Müsavatda çalışdım,
İsanın zülmündən yandım-alışdım,
Dərdimi bir türkə açıb danışdım,
Dedi gedək bizdə biznesə qoşul,
Qazanarsan sonsuz sayda dövlət, pul,
Çox xoşuma gəldi mənim bu üsul.

Vurğun Əyyubov:

İsa daha böyük mizə çıxıbdı,
Bu yandan palata təzə çıxıbdı,
Borcum topuğumdan dizə çıxıbdı,
Şu halda, davranım deyin, mən nasıl?

Sülhəddin Əkbər:

İstəsən uzaq ol hər cür tasadan,
Siyasəti tərk et, sıyrıl İsadan,
Bizneslə məşğul ol, ayrıl İsadan,
O zaman edərsən çox fayda hasil.

Vurğun Əyyubov:

Narmobayl alarsan narla becərsən,
Pestisid alarsan parla becərsən,
Əgər kəndə dedib tarla becərsən,
Sözsüz, götürərsən təmiz bol məhsul.

Sülhəddin Əkbər:

Siyasətlə keçdi mənim əzəlim,
İsadan ayrıldım, xeyli özəlim,
Həm ondan, həm bundan çıxıbdı əlim,
Xeyli əldən düşüb olmuşam yoxsul.

Vurğun Əyyubov:

Əlinə almışdı itiuc çəlik,
İsa hər yerimi etmişdi dəlik,
Yanında olduğum iki onillik,
Belimə en qədər yükləmişdi çul.

Sülhəddin Əkbər:

Mənə bəd yazıbdı taleyi yazan,
Evdə təsadüfən qaynardı qazan,
İsanın çulunu daşımaq asan,
O, məni qoyubdu siyasətdə dul.

Vurğun Əyyubov:

İndi onun çıxır masa əlindən,
Asandı qurtarmaq lisa əlindən,
Sən yaxşı qurtardın, İsa ilindən,
Mənə vədlər verdi yalandan bol-bol.

Sülhəddin Əkbər:

Hər bank bir kredit açdı adıma,
Qoymadılar yanam odsuz oduma,
Türkiyədə biznes çatdı dadıma,
Burada açıldı qabağımdan yol.

Vurğun Əyyubov:

Yüz İsa bossundan bir boss istədim,
Adıma tərifli çox tost istədim,
Palatada xırda bir post istədim,
Mənim qabağımda qalaqlandı kol.

Sülhəddin Əkbər:

Vaxt oldu İsadan qırağa sapdım,
Sizlər Qərbə, mənsə İraqa sapdım,
Əsil məqamında mən sağa sapdım,
Səninsə tutduğun yeganə yol - sol.
Vurğun Əyyubov:

Dünəndən ərzaq yox, boşdu qazanım,
Kimin ocağına müftə qızınım,
Biznes qururam ki, para qazanım,
Sən isə qarşımda oynayırsan rol.

Sülhəddin Əkbər:

Vaxt olub bir neçə küçə qalxmışam,
Bir dəfə demədim heçə qalxmışam,
Ən azı ikiyə-üçə qalxmışam,
İsanın önündə sən olmusan nol.

Vurğun Əyyubov:

Donuz dardasa, heylə, nə çıxar?
Bossların başını piylə nə çıxar?
Pulsuz mövcudluqdan, söylə nə çıxar?
Təki mən sağ olum, sənsə lap yox ol.

Sülhəddin Əkbər:

Bizim Müsavatda azalıb meyil,
Piketdə qışqırır bir-iki cəyil,
Onlar da o qədər çoxsaylı deyil,
Qoyubdu hər küncə itlər kimi xıl.

Vurğun Əyyubov:

Yapış qazancından, mən demədim bez,
Pul-para toplayıb, varlanginən tez,
Özün Türkiyədə, əlində biznes,
Gəlmə bu yerlərə, yerində qaxıl.
Sülhəddin Əkbər:

Mən nə meyxanaçı, nə də şairəm,
Biznes sahəsində cəldəm, mahirəm,
Səninkindən fərqli sərbəst dairəm,
Hələ də Əliyə, İsaya sıxıl.

Vurğun Əyyubov:

Gözümü açanda, gördüm itmisən,
Gedib Türkiyədə möhkəm bitmisən,
Biznes sahəsinə mənsiz getmisən,
Sənə nə söyləyim, paxılsan-paxıl.

Sülhəddin Əkbər:

Mən toxluq edirəm, səndə nəfəs yox,
Burda mal var, mülk var, Lalə, Əvəz yox,
Dişinə çəkməyə bir tərəvəz yox,
Mənimsə əlimdə toyuq, ət, taxıl.

Vurğun Əyyubov:

Gətir başıma tök o sal daşından,
Mən çay qaynadıram öz göz yaşımdan,
Pulun tökülməkdə sel tək başından,
Bir boss da pul vermir, a dünya, dağıl!

Sülhəddin Əkbər:

Demədim yolunu yanlış, bəd götür,
İsayla aranda ciddi sədd götür,
Mənim üsulumdan bir ibrət götür,
Neyləyim, çatışmır başında ağıl.

Vurğun Əyyubov:

Tərk etdim İsanın göz məhbəsini,
Boss verir onlara öz töhfəsini,
Əli parçalayır öz cəbhəsini,
İsa danışırdı mənə min nağıl.

Digər xəbərlər