Nüşabə Sadıxova:
Mitinqlərə Əli bizi çağırır,
Səhər-axşam fasiləsiz bağırır,
Ağız açıb mütəmadi anqırır,
Əvəz edə bilər deyir dağı-dağ,
Bossun deyir pulu puldu, yağı-yağ,
Qrant alıb biz vətəni dağıdaq.
Əli Kərimov:
İtiləyək mitinqlərdə lal dili,
İşə salaq gənc səsləyən al dili,
Silkələyək bizdən uzaq bu eli,
Həm də doymaz bir tamahı ovudaq.
Nüşabə Sadıxova:
Son zamanlar İsaya da gəlib kəf,
Nankorluqdan duymaqdadı o, şərəf,
Əli bu vətəni edibdi hədəf,
Çalışarıq gülləmizi çovudaq.
Əli Kərimov:
Topla, qrant yolun üstə bitəndə,
Boss pulları qana dönüb bədəndə,
Ağac əkmə səni sevməz vətəndə,
Hər birimiz kəsək tökək min budaq.
Nüşabə Sadıxova:
Müsavata doğru axaq, hey axaq,
Əlini, "Yurd"unu yandıraq-yaxaq,
Gəlin biz İsaya yüksəkdən baxaq,
Əksildib Əlini çox ucuz tutaq.
Əli Kərimov:
Gənclər üstə qanad gərib söyləyək,
Aldadıb pul alaq, hərif söyləyək,
Pul verən bosslara tərif söyləyək,
İri tikələrlə qrantı udaq.
Nüşabə Sadıxova:
Əli əsil dikbaş, fağırdan kənar,
Qala bilmir çığır-bağırdan kənar,
Qoy qalsın hər biri uğurdan kənar,
Əli uduzanda arzuya çataq.
Əli Kərimov:
Xeyir çox uzaqda, daim şər dolsun,
Rəqibi pisləyən min dəftər dolsun,
Küçəyə-meydana pis gənclər dolsun,
Mitinqlər yönündə sərt addım ataq.
Nüşabə Sadıxova:
İştirak etmərik biz mitinqində,
Əməl yox adicə söz mitinqində,
Qoy Əli boğulsun öz mitinqində,
Bizlər gələcəkdə şirinlik dadaq.
Əli Kərimov:
Bosslar bizə verər çoxlu pul-para,
Elektorat bizə vurmaz da yara,
Yalan vəd verərək biz həmkarlara,
Sonra da onları dalbadal sataq.
Nüşabə Sadıxova:
Xaricə yalvarıb istəyək əppək,
Əli kimisinə saxlayaq kəpək,
Bosslara özümüz açaraq ətək,
Əlinin "Yurd"unun başını qataq.
Əli Kərimov:
Gənclərin əlinə küt paya verək,
Dibsiz cibimizə çox maya verək,
Onlara yüzlərlə aksiya verək,
Bossun verdiyindən güpəyib yataq.
Nüşabə Sadıxova:
Həqiqət söyləsək yalanlarına,
Əgər tabe olsaq klanlarına,
Sözsüz əməl etsək planlarına,
Avropa hər yerdə verər çox otaq.
Əli Kərimov:
Qışqıraq meydanda belədən-belə,
Günü mitinqlərsiz verməyək yelə,
Bizi bəyənməsə bircə boss belə,
Gərək maliyyəsiz palçığa bataq.
Nüşabə Sadıxova:
İndi hamamda da boşalmaqda toz,
Bosslar son zamanlar etməkdədi naz,
"Yurd" şefiniz özü siyasətdə qaz,
Əlinin ətrafı quldur, qaşqaldaq.
Əli Kərimov:
Sifəti qorumaq indi çətini,
Gözləyək biz, hətta bundan bədini,
Əsirgəyib xaric səxavətini,
Keçmiş saxlanclardan gərək pul qıtaq.
Nüşabə Sadıxova:
Real təkliflərin beşi oyundu,
Vallah, bu Qərbin də işi oyundu,
Əli öz "Yurd"unda dişi qoyundu,
Boss özü Əliyə büzməkdə dodaq.
Əli Kərimov:
Üzüyumuşağı var, düzü, sərti var,
Bizə qoşulanın şiti, pərti var,
Yaxşı qazanmağın vacib şərti var,
Bununçün gəncləri meydana dartaq.
Nüşabə Sadıxova:
O da pay ummaqda bizim qazandan,
Ona bədxahlıq da keçibdi qandan,
Bu da mitinqiylə çıxdı bu yandan,
İsa boğazına Əli də ortaq.
Əli Kərimov:
Qərb hara göstərir, o səmtə axaq,
Yalandan bir qədər gurlayaq-çaxaq,
Boss pul verir bizə küçəyə çıxaq,
Meydanda o başdan-bu başa yortaq.
Nüşabə Sadıxova:
İstefa dalğası Cəbhəni sarsın,
Bossları önündə pörtsün-qızarsın,
Qoy Əli "Yurd"unda üzvlər azalsın,
Bizsə günü-gündən çoxalıb-artaq.
Əli Kərimov:
Özümüzü bir az göstərib oyaq,
Bu yolla bossların cibini soyaq,
İsa kimisini arxada qoyaq,
Qoy rəqiblər bizə desinlər yaltaq.