PDF Oxu

Köşə

  • 16

Hacı İbrahim 8 aprel mitinqinə hazırlaşır

Hacı İbrahim 8 aprel mitinqinə hazırlaşır

Sərdar Cəlaloğlu:

Meydanlarda hər nə etdik, bəd etdik,
Bəzən birgə ated etdik, ted etdik,
Mitinqləri keçirməyi vəd etdik,
Öhdəliyi qoyan Qərbdə zorçudu,
Aksiyaya çıxmaq onun borcudu,
Bu İbrahim Müsavatda nurçudu.

Hacı İbrahim:

Bosslar ayaq altda döşəyəcək zər,
Biz kifayət qədər tökməliyik tər,
Biz meydanda olacağıq səfərbər,
Kim nurçu deyilsə, əsil Qorçudu.

Sərdar Cəlaloğlu:

Saymalıyıq biz payızda cücəni,
Yeməliyik çox kökəlmiş beçəni,
Silkələrik meydanları, küçəni,
Hacı bizi ovu sayan torçudu.

Hacı İbrahim:

Bizi yolumuzdan döndərmək çətin,
Küçə və meydanda durarıq mətin,
Adi üzvləri biz kvartetin,
İsa bizdə başda duran xorçudu.

Sərdar Cəlaloğlu:

Biz öz yolumuzu getməliyik düz,
Dəstək olmayandan çevirərik üz,
Çıxmarıq meydandan gecə və gündüz,
Sıraya bölünmüş bizlər turçudu.

Hacı İbrahim:

Qurbanıq həm Əli, İsa başına,
Dərhal toplanırıq bağırışına,
Bizlər səs verərik çağırışına,
Başqan partiyada natiq carçıdı.

Sərdar Cəlaloğlu:

Xurafat bu şəxsin ruhuna hakim,
Çoxları nurçuya deyirlər dahim,
Bəziləri deyir Hacı İbrahim,
İran mollasıdı, əsil gorçudu.

Hacı İbrahim:

Yürüş-mitinqlərdə səviyyəsiz çox,
Bossun xörəyilə qarın olmaz tox,
Ardımızca gələn siyasətçi çox,
Damda qır əridən əsil qırçıdı.

Sərdar Cəlaloğlu:

Gərək cuşə gəlib konyak zollayam,
Bossun sənədini sonra qollayam,
Bizlərə deyib ki, nurçu mollayam,
Hacı İbrahimin özü xırçıdı.

Hacı İbrahim:

Siyasi meydanda mən varam deyir,
Halal deməsə də, yüz haram deyir,
Sərdar bizə üzdə dindaram deyir,
Bizləri çaşdıran busə marçıdı.

Sərdar Cəlaloğlu:

O, meydana girir əlində quran,
Qrantın eşqilə köksünə vuran,
İsanın yolunun üsündə duran,
İbrahim adlanan ölüm marşıdı.
Hacı İbrahim:

Mitinqə, piketə o, etmir meyil,
İstəyir ki, gəzə o, veyil-veyil,
Sərdar daxilində bizimlə deyil,
Açıq-açığına bizə qarşıdı.

Sərdar Cəlaloğlu:

Xırdadı, özünü göstərir iri,
Ölüdü, özünü saysa da diri,
Bu Hacı İbrahim mollanın biri,
Əlində tutduğu mitinq parçıdı.

Hacı İbrahim:

Gopçu topuğundan olubdu manşır,
Tənqid edilməkdən lap olub qançır,
Sərdar mitinqlərdən, piketdən qaçır,
İçi qovuq dolu adi şarçıdı.

Sərdar Cəlaloğlu:

İsadan başqa da bir kimsəsi yox,
Onun natiq kimi yaxşı səsi yox,
Nə dinlə, nə nurla əlaqəsi yox,
Xəyalpərvər olan gopçu Morçudu.

Hacı İbrahim:

Qulaq asan da yox bircə sözünə,
Bosslar nə verirsə, təpir gözünə,
Sərdar hüquqşünas deyir özünə,
Əslində dumbulçu, ya da tarçıdı.

Sərdar Cəlaloğlu:

Güngörməz yerində görünmür kiriş,
İndi gənclər ona göstərməkdə diş,
Eşitdim İbrahim molla deyilmiş,
Çoxları bildirir bu şəxs morçudu.

Hacı İbrahim:
Demakrat şəxslərdə dözümheç yoxdu,
Bossa yaltaqlanan kamil bic yoxdu,
Sərdarda idarə edən güc yoxdu,
Diktatoru sevən cılız carçıdı.

Sərdar Cəlaloğlu:

Molla İbrahimdən əksiyəm bəyəm,
Çətin qarşısında qəddimi əyəm,
Siyasətçi kimi ondan güclüyəm,
Bu, molla adamın mənə şarjıdı,

Hacı İbrahim:

Mənimki duadı, onunku candı,
Həm də siyasətdə o, xeyli xamdı,
Sərdar Müsavatçün gücsüz adamdı,
Mitinqi apreldən kəsən qayçıdı.

Sərdar Cəlaloğlu:

Sözsüz ki, İbrahim küncdə yatıbdı,
Götürüb nədəsəbizə çatıbdı,
Onu ortalığa İsa atıbdı,
Hacı Müsavatda mitinq morjudu.

Hacı İbrahim:

Bizlərdə çoxları sərin qiyamçı,
Mən ona baxanda dərin qiyamçı,
Özümə deyirəm şirin qiyamçı,
Sərdar siyasətdə acı turşudu.

Digər xəbərlər