PDF Oxu

Köşə

  • 17

İsa Qəmbərov aprel mitinqləri üçün pul toplayır

İsa Qəmbərov aprel mitinqləri üçün pul toplayır

İsa Qəmbərov:

O gün çıxış etdim palatada mən,
21 üzv də söylədi əhsən,
Pənah, Əhməd oldu sözümü kəsən,
Dedilər, əlbəttə, pulumuz çoxdu,
Ancaq sənə vermək fikrimiz yoxdu,
Boss ianəsindən qarnınız toxdu.

Əhməd Oruc:

Çökər "İctimai Palata"n, vallah,
Boyun qaçırmayın, sizdədi günah,
Sənə pul vermərik nə mən, nə Pənah,
Kim sənə pul verir, o, sözsüz, loxdu.

İsa Qəmbərov:

Əsil avarasan, loxsan sən Əhməd,
Bizə ziyan vurmaz doxsan sən Əhməd,
Siyasi meydanda yoxsan sən, Əhməd,
Pənah papağımı gözümə soxdu.

Əhməd Oruc:

Sözsüz ki, lox olar, loxun ətrafı,
Çoxsaylı dost olar çoxun ətrafı,
İsanı tərk etdi yaxın ətrafı,
Palatadakılar səsimdən qorxdu.

İsa Qəmbərov:

Pənah içimizə lox buraxıbdı,
Bizim "bəli"mizə "yox" buraxıbdı,
Aramıza pis iy çox buraxıbdı,
Yenə Əhməd Oruc üfunət qoxdu.

Əhməd Oruc:

İsa, boss cibinə gözünü zillə,
Hələ çox dəyəcək üzünə şillə,
Əhməd Müsavatda çovumuş güllə,
İsanın gözünə Pənah bir oxdu.
İsa Qəmbərov:

Palata bizlərdə oyadıb həvəs,
Bosslar da veribdi ikinci nəfəs,
Üzvlük haqqını verməyən hər kəs,
Daim arxamızca kədərlə baxdı.

Əhməd Oruc:

Meyitə dönsə də, "Yurd" Əli sağdı,
Əhməd qurumunda çağlar bulaqdı,
Mənimlə Pənahın üzümüz ağdı,
İsa palataya ilişmiş mıxdı.

İsa Qəmbərov:

Gəlsə palataya, olardı islah,
Onun özündədi, sözsüz ki, günah,
Sağa meyillənib son vaxtlar Pənah,
Əhmədin bizlərdən könlü qırıqdı.

Əhməd Oruc:

Tökmür ətəyindən mitinq daşını,
Vurur yamaclara sınıq maşını,
Yaman itiribdi İsa başını,
Bu gün əleyhdarlar şimşək tək çaxdı.

İsa Qəmbərov:

Elə əzəl gündən zayıldı Əhməd,
Pənahdan xeyli gec ayıldı Əhməd,
Bizim təşəbbüsdən bayıldı Əhməd,
Bu hal Pənahı da yandırdı-yaxdı.
Əhməd Oruc:

Yağı pis olarsa, aş tutmayacaq,
Barı möhkəm isə, daş tutmayacaq,
Apreldə mitinqi baş tutmayacaq,
İsanın başına çevrilər taxtı.

İsa Qəmbərov:

Həmkarlar qalıblar başlı-başına,
Gəlmək istəmirlər ifrat tuşuna,
Pənah Əhmədi də atıb maşına,
Nə qədər gücü var, pedalı sıxdı.

Əhməd Oruc:

"Hə" deyib gələn yox, əsla, tuşuna,
Bosslar da kar olub bağırışına,
Kütlə məhəl qoymur çağırışına,
Yenə gətirmədi İsanın baxtı.

İsa Qəmbərov:

Bizi dəstəklədi vətən onillər,
Xeyli xoşbəxt olduq bitən onillər,
Əhmədə-Pənaha, ötən onillər,
Nə verdik hər biri doyunca tıxtı.

Əhməd Oruc:

Mələmir hələ ki,bircə quzusu,
Hələ ki, çin olmur onun yuxusu,
Yetmədi yerinə heç bir arzusu,
İsanı kütlənin küləyi yıxdı.
İsa Qəmbərov:

Sevinərdim, Əhməd, qoxun gəlməsə,
Palata dağılar, axın gəlməsə,
Pənah cürət edib yaxın gəlməsə,
Hesab eləyin ki, işləri laxdı.

Əhməd Oruc:

Şeş qoşa da düşməz nərddə tasına,
Axın da az olar Qərbdən yasına,
Heç kəs gəlməyəcək aksiyasına,
Bu cür davam etsə, işi fırıxdı.

İsa Qəmbərov:

Söz də deyilməli deyil söz üstə,
Onlar da çıxdılar alov, köz üstə,
Biz hər ikisini qoyduq göz üstə,
Pənah da Əhmədin üstünə çıxdı.

Əhməd Oruc:

Bosslar az da olsa dollar köçürdü,
İsaya, Əliyə zəhər içirdi,
Bir vaxt radikallar mitinq keçirdi,
Cibinə çox cüzi qrantlar axdı.

İsa Qəmbərov:

Qaytara bilmirlər hələ şotumu,
Hər biri öyrəndi dərhal xodumu.
Sərf etdim Pənaha ürək odumu,
Onlara nə verdim, başıma qaxdı.

Əhməd Oruc:

Qərb özü yaradıb onda pis vərdiş,
Aciz düzəltməkdən onları gərdiş,
İsanın əlindən gəlmir başqa iş,
Onunku bosslara verdiyi maxdı.

Digər xəbərlər