PDF Oxu

Köşə

  • 37

İsa Qəmbərov Sərdar Cəlaloğluna çoxlu pul vəd edib

İsa Qəmbərov Sərdar Cəlaloğluna çoxlu pul vəd edib

Sərdar Cəlaloğlu:

Boss pulu salıbdı qarnıma vərəm,
Pul verən obyektin pulun dişlərəm,
Kim çoxlu pul versə, ona işlərəm,
Pulu çox olan kəs masa verəcək,
Yəqin içi dolu kasa verəcək,
Eşitdim pulları İsa verəcək.

İsa Qəmbərov:

Suyunu artırma, nəm buğumda dur,
Çox irəli getmə, quyruğumda dur,
Sən gəl mən nə desəm, buyruğumda dur,
Mən kiməm? Mannanı Musa verəcək.

Sərdar Cəlaloğlu:

Üsullu- üsulsuz mənə giribsə,
Üstümə çətrilə qanad gəribsə,
Əgər İsa mənə pul söz veribsə,
İstəyir qusmaya-qusa, verəcək.

İsa Qəmbərov:

Əsla sevinmərik dizə gətirsə,
Pis olar, bizləri gözə gətirsən.
Əgər ADP-ni bizə gətirsən,
İsa sənə qızıl əsa verəcək.

Sərdar Cəlaloğlu:

Sənə xidmət üçün sinə bolluca,
Edə də bilərsən tənə bolluca,
Sən pul vəd etmisən mənə bolluca,
Aldatsan, başına tasa gələcək.

İsa Qəmbərov:

Gedib oynasaq da biz Qarsda belə,
Heç verə bilməzsən bir mars da belə,
Sən uda bilməzsən bir tas da belə,
Bizim nərdtaxtamız tasa gedəcək.
Sərdar Cəlaloğlu:

Ay İsa, incitmə Sərdar qulunu,
Sər onun belinə eşşək çulunu,
İşdir, sən bilməyib kəssən pulunu,
Sərdar zildən enib, basa gedəcək.

İsa Qəmbərov:

Ona xidmət üçün qul verəcəyəm,
Razı qalsın deyə çul verəcəyəm,
Sərdara o qədər pul verəcəyəm,
O, səsini kəsib susa biləcək.

Sərdar Cəlaloğlu:

Belimə qoymağa çoxlu yəhər var,
Xeyirxah adamam, burada şər var,
Müsavatda bədxah sifətlilər var,
Mən toya gedəcəm, yasa biləcək.

İsa Qəmbərov:

Mənim qədrimi heç bilməyəcəkdir,
Çoxlu pul versəm də, gülməyəcəkdir,
Əlbəttə, yumasa, bilməyəcəkdir,
Əgər günahını yusa biləcək.

Sərdar Cəlaloğlu:

Bura gələnlərə Arif vurur pəl,
Onda olmamışdır qüdrətli bir əl,
İsa Qəmbərovun özü bir Keçəl,
Sərdarın qəddini Kosa biləcək.
İsa Qəmbərov:

Müsavatdan bir rəy soruşmayanlar,
Birlikdə qaynayıb-qarışmayanlar,
Bizim diqtəmizlə barışmayanlar,
Ən uzun yolu da İsa gedəcək.

Sərdar Cəlaloğlu:

Titrəyiş olacaq İsa səsində,
O, məni incidib qovurur kində,
Sonuncu İlaxır çərşənbəsində,
Kütüm tapmayanlar losa gedəcək.

İsa Qəmbərov:

Deyəcək bal yeyir, kədər yesəm də,
Əyri biləcəkdir, düz söz desəm də,
Mən onu nə qədər şirnikdirsəm də,
Sərdar hiylə qurub bossa gedəcək.

Sərdar Cəlaloğlu:

Sınadım yüz dəfə bunu, onu da,
Bəlaya tuş gələr hətta sonu da,
Atacaq Qərbi də, Vaşinqtonu da,
Qəmbərov üz tutub rusa gedəcək.

İsa Qəmbərov:

Desəm, pisi saxla, gözəlini vur,
Ağıllını saxla, sən dəlini vur,
Mən ona desəm də "Yurd" Əlini vur,
Təpik vurmaq üçün kosa gedəcək.
Sərdar Cəlaloğlu:

Yolumu Kərbəla, Hələb edəcəm,
Pulları içməkçün mən həb edəcəm,
Söz verdiyi pulu tələb edəcəm,
Zilini itirib basa gedəcək.

İsa Qəmbərov:

Vədə xilaf çıxar padoş tək üzsüz,
Yalan deyən qalsın hər iki gözsüz,
Əməl edəcəyəm vədimə, sözsüz,
Sərdar İsa kimi asa gedəcək.

Sərdar Cəlaloğlu:

Əlbəttə, dayansa gözünün yaşı,
Həm də az da olsa, işləsə başı,
Maliyyə dəstəyi edilsə yaxşı,
İsa İrandakı Tusa gedəcək.

İsa Qəmbərov:

Onu yıxıb yerə mən sərməsəm də,
O, kömək edəcək pul dərməsəm də,
Burdan qaça bilməz pul verməsəm də,
Sərdarın hər cəhdi fısa gedəcək.

Sərdar Cəlaloğlu:

İsaya çox dedim mitinqlərdən bez,
Əynimdə narıncı gödəkçədən bez,
Üzvlər seyrəlsə ətrafımdan tez,
Əlimdən o, basabasa gedəcək.

İsa Qəmbərov:

Üz döndərib Sərdar bu gözəl gündən,
Yapışar dördəlli bəd, xəzəl gündən,
Mustafa deməyib o, əzəl gündən,
Töküb göz yaşını mısa gedəcək.

Digər xəbərlər